“Nar” eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına dəstək oldu
27.07.2019 [01:28]
İnsanların həyat keyfiyyətinin yüksəldilməsinə yönəlmiş layihələrə hər zaman xüsusi diqqətlə yanaşan “Nar”ın eşitmə məhdudiyyətli insanlar üçün təşkil etdiyi “Təlim Məktəbi” layihəsi başa çatıb. Üç ay boyunca davam edən layihədə ümumilikdə 45 nəfər 3 fərqli peşə üzrə intensiv kurslarda iştirak edərək aşpaz, şirniyyat ustası və motorçu peşələri üzrə biliklərə yiyələniblər. Bu layihə, eyni zamanda, eşitmə məhdudiyyətli insanların işlə təmin olunmasına da yardım edib. Belə ki, layihənin yenicə başa çatmasına baxmayaraq, artıq 7 nəfər müxtəlif biznes qurumlarında işə başlayıb.
“Təlim məktəbini başa vuran iştirakçıların hər biri bacarıqlı və cəmiyyət üçün faydalı fərdlərdir. Onların vaxtında və düzgün istiqamətləndirilməsi çox sevindiricidir. Əminəm ki, bu layihədə iştirak edən hər kəs cəmiyyətdə öz yerini tuta biləcək”, - deyə layihənin təlimçisi Bəhrəm Hüseynov bildirib.
Qeyd edək ki, “Nar” və “Karlara Dəstək” İctimai Birliyi ilə birgə reallaşdırılan “Təlim Məktəbi” layihəsi eşitmə məhdudiyyəti olan insanların peşə sahibi olmaqla cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilib. Peşə təlimi ilkin olaraq paytaxt Bakıda həyata keçirildi. Gələcəkdə isə bölgələrdə də “Təlim Məktəbi” layihəsinin davam etdirilməsi planlaşdırılır.
“Nar” 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiyası “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32

