Tümen vilayətinin biznes missiyası "Azərsun" Holdinqdə olub
19.08.2019 [16:57]
Tümen vilayətinin İxraca Dəstək Mərkəzinin sədri Sergey Poluxinin rəhbərlik etdiyi nümayəndə heyəti "Azərsun" Holdinqdə olub. Səfər zamanı Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti ilə "Azərsun" Holdinq rəhbərliyi arasında ikitərəfli görüş keçirilib. Azərbaycanın ixrac potensialının artmasında, yerli məhsulların dünya bazarlarına çıxarılaraq istehlakçılar tərəfindən böyük rəğbətlə qarşılanmasında müstəsna rol oynayan "Azərsun" Holdinq barədə məlumat verildikdən sonra, qonaqlara şirkətlər qrupunun tanıtım videoçarxı nümayiş etdirilib.
"Azərsun" Holdinqdən verilən məlumata görə, Tümen vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinə rəhbərlik edən Sergey Poluxin bildirib ki, "Azərsun" Holdinqə səfərində məqsəd şirkətlər qrupunun fəaliyyəti ilə yaxından tanış olmaq, gələcək ikitərəfli əməkdaşlığın müzakirəsi və işbirliyinin qurulmasıdır.
Tümen vilayətində "Jizn" şirkətinin təsisçisi, idarə heyətinin sədri Oleq Dedkov öz çıxışında görüşdə iştirak edən "Azərsun" Holdinq rəhbərliyini salamlayaraq, belə böyük şirkətlər qrupu ilə gələcəkdə əməkdaşlıq etmək istədiklərini və bundan məmnunluq duyacaqlarını söyləyib. Görüşün sonunda qonaqlara "Azərsun" Holdinqin məhsullarından ibarət hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.
Qeyd edək ki, Tümen vilayətinin Azərbaycanda səfərdə olan biznes missiyasının iştirakçıları "Tümen Cihaz", "Tümen maşınqayırma zavodu", "Jizn" , "SİBNA" qurumlarının rəhbərləri, "Azərsun" Holdinq tərəfindən isə "Azərsun Kənd Təsərrüfatı Məhsulları"nın baş direktoru Məhəmməd Gozal, "Azərsun Kənd Təsərrüfatı Məhsulları"nın direktor müavini Akif Əsgərov, "Azərbaycan Şəkər istehsalat Birliyi"nin (AŞİB) direktoru Mehran Məmmədov, "Azərsun" Holdinqin baş direktor müavini Nazim Quliyev və İctimaiyyətlə Əlaqələr direktoru Kazım Babayev iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

