/ / Daşkəsəndə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb
Daşkəsəndə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb
28.08.2019 [09:23]
Avqustun 27-də Daşkəsəndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.
Regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, həmçinin ictimaiyyət fəalları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə DQİDK-nın tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin nümayişi olub.
Konfransda çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin yaşadılmasına, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin sərəncamları ilə son illər bir çox tarixi dini abidə və ziyarətgahlar bərpa edilir, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə beynəlxalq tədbirlər keçirilir. Ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atılan addımlar nəticəsində Azərbaycan dünyada multikulturalizmin əsas mərkəzinə çevrilib.
Rayondakı mövcud dini durum barədə məlumat verən icra hakimiyyətinin başçısı qeyd edib ki, Daşkəsəndə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət olunur, həmçinin dini durumun sabitliyi və dini etiqad azadlığı sahəsində Konstitusiya prinsiplərinin qorunması təmin edilir.
DQİDK sədri Mübariz Qurbanlı çıxışı zamanı dövlət-din münasibətlərinin tənzimlənməsi, milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin önəmindən, dini radikalizm və xurafat elementlərinə qarşı mübarizədə maarifləndirmənin əhəmiyyətindən söz açıb.
Bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə maarifçilik işinin effektivliyini artırmaq məqsədilə bir neçə sənədli film hazırlanıb: “Buna misal olaraq “Şəhadət”, “Fitnə”, “Üfüqdəki gələcək” kimi filmləri göstərmək olar. Bu cür filmlərin nümayişi xüsusilə gənc nəslin tərbiyəsində, maariflənməsində mühüm əhəmiyyətə malikdir. Konfransda nümayiş etdirilən, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşmasından, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli film də bu qəbildəndir. Filmdə nümayiş olunan Heydər Əliyevin milli kimliyimizin, soykökümüzün, tariximizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması uğrunda apardığı mübarizə hər bir vətəndaşımıza, xüsusilə gənclərimizə örnəkdir”.
Komitə sədri vurğulayıb ki, dilimiz, dinimiz, milli kimliyimiz, milli əxlaqımız, ailə dəyərlərimiz, himnimiz, gerbimiz, bayrağımız bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Milli-mənəvi dəyərlərimizi qorumaq və gənc nəsillərə ötürmək üçün bütün gücümüzü səfərbər etməliyik, bu, bizim vəzifəmizdir.
Bu gün dünyada dindən sui-istifadə hallarının çox geniş xarakter aldığını qeyd edən Mübariz Qurbanlı müxtəlif ölkələrdə din adı altında ekstremist, radikal qrupların yarandığını deyib. Bildirib ki, həmin qruplar bir-birini qəbul etməmə istiqamətində təbliğat aparırlar ki, bu da böyük faciələrə, toqquşmalara gətirib çıxarır. Dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması və dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasının vacibliyini vurğulayan Komitə sədri insanları birliyə, vəhdətə çağıran dinlərin mahiyyətindən uzaqlaşdırılaraq kimlərinsə əlində radikal, ekstremist, xurafat, antimilli formaya çevrilməsinin yolverilməz olduğunu deyib. Əlavə edib ki, biz özümüzü bu cür təhdidlərdən, belə problemlərdən qorumaq üçün üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Yeni gələn nəsillər milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə edilməlidir. Prezident İlham Əliyevin siyasəti də məhz bu istiqamətə yönəlib ki, biz öz gücümüzü, qüdrətimizi qorumalıyıq və din pərdəsi adı altında Azərbaycan əleyhinə istifadəyə imkan verməməliyik.
Dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinə, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələrlə yekunlaşan konfrans işini avqustun 28-də Daşkəsən rayon Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda panellə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

