/ / Bakı Dövlət Universitetinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı Dövlət Universitetinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
03.09.2019 [09:42]
Bakı Dövlət Universitetinin (BDU) kollektivi bu ali məktəbin təsis olunmasının 100 illik yubileyi münasibətilə sentyabrın 1-də Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
İslam Şərqində ilk Avropa tipli universiteti yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti üçaylıq gərgin mübarizədən sonra 1919-cu il sentyabrın 1-də “Bakı şəhərində Dövlət universitetinin təsis edilməsi haqqında” Qanun qəbul edib. Cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitet ağır sınaqlardan keçərək öz təşəkkülünü tapıb və elə yarandığı gündən millətin qürur mənbəyinə çevrilib.
Bakı Dövlət Universitetinin yubileyinin ölkədə dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli Sərəncam imzalayıb. Universitetin yubileyinin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli qərarı ilə yubileyin tədbirlər planı təsdiq edilib. Bu istiqamətdə tədbirlərin gerçəkləşdirilməsinə başlanılıb.
Bu gün 100 yaşlı Bakı Dövlət Universiteti ölkəmizin ali təhsil ocaqlarından ilki kimi elmin və təhsilin inkişafında böyük xidmətlər göstərir. XX əsrin əvvəllərindən başlayaraq BDU Azərbaycan xalqının maariflənməsində, ziyalı təbəqəsinin formalaşmasında, elmi ənənələrin zənginləşməsində mühüm rol oynayır. Azərbaycanın keçən əsrin sonunda ikinci dəfə istiqlaliyyətini elan etməsində, milli dövlətçiliyimizin bərpasında, siyasi və ictimai şüurun formalaşmasında, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında universitetin xidmətləri əvəzsizdir.
BDU ən nüfuzlu informasiya agentlikləri tərəfindən aparılan reytinq müsabiqələrində iştirak edir və dünyanın 800 elitar universiteti sırasında yer alır, 60-dan çox ölkənin 200-dən çox universiteti, elm və təhsil mərkəzləri ilə əməkdaşlıq edir. Universitet Avropa İttifaqının layihələri - TEMPUS-TASİS, ERASMUS MUNDUS, türkdilli ölkələri əhatə edən Mövlanə Mübadilə Proqramı, eləcə də dünyanın tanınmış universitetləri ilə imzalanmış müqavilələrə əsasən tələbə-müəllim mübadilələri həyata keçirir, Fransa, Almaniya universitetləri ilə ali təhsilin magistratura və doktorantura səviyyələrində “ikili diplom” üzrə mütəxəssislər hazırlayır, ənənəvi olaraq tanınmış dövlət xadimlərinin, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin mühazirələrini təşkil edir, zəngin maddi-texniki bazası, səriştəli kadr potensialı əsasında gənc nəslin müasir dövrün tələbatına uyğun olaraq hərtərəfli inkişafını, layiqli vətəndaş kimi yetişməsini təmin edir.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32

