ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
21.09.2019 [10:12]
Sentyabrın 20-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADU-nun rektoru Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor qarşılıqlı əlaqələrin yaradılması üçün göstərilən təşəbbüsü yüksək qiymətləndirib: “Hesab edirəm ki, Azərbaycan ali məktəbləri arasında bu cür münasibət qurmaq son dərəcə vacibdir. Biz də əl-ələ verib Azərbaycan naminə görülən işlərə öz töhfəmizi verməliyik. Mənə elə gəlir ki, həm bizim tələbələrimizin sizin müəllimlərin və mütəxəssislərin mühazirələrinə, məşğələlərinə, həm də Polis Akademiyasının tələbələrinin də bizim müəllimlərin məsləhətlərinə ehtiyacı var. Universitetimizdə bir sıra ölkələrin dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir ki, biz onların yalnız burada yaradılması ilə kifayətlənmək istəmədik. Yaradılan mərkəzin işi həmin ölkənin mədəniyyəti, dili, tarixini burada təbliğ etməkdir. Bu istiqamətdə tələbə qəbul olunur, cürbəcür tədbirlər keçirilir. Hazırda bizim məqsədimiz həmin ölkələrdə də Azərbaycan mədəniyyətinin təbliğini təşkil etməkdir. Serbiyanın Belqrad Universitetində, Hindistanda, Çində, Rusiyada, Gürcüstanda Azərbaycan dili və mədəniyyəti mərkəzləri var. Digər ölkələrlə də danışıqlar aparılır. Əsas məsələ odur ki, onların bu gün Azərbaycanı öyrənməyə həvəsləri, maraqları var. Bu da Azərbaycanın bugünkü durumunun, inkişafının, ölkə Prezidentinin apardığı siyasətin, polis işçilərinin Azərbaycanda olan bu rifahın keşiyində doğru-düzgün, mətinliklə durmasının nəticəsidir. Ona görə də mən güman edirəm ki, sizin xarici dil həvəsinizi və arzunuzu yerinə yetirmək işində sizə köməklik göstərə bilərik, sizin mütəxəssislərin universitetimizdə vaxtaşırı mühazirə oxumalarını təşkil edə bilərik. Mənə elə gəlir ki, ideyalarımız bir-birini tamamlayacaq”.
Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev səmimi qəbula görə təşəkkürünü bildirib. N.Əliyev Akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib: “Bu gün ölkə başçımız da Öz çıxışlarında deyir ki, ictimai sabitliyin olmadığı yerdə iqtisadi inkişafdan söhbət gedə bilməz. Azərbaycanda bugünkü sabitliyi qoruyan hüquq-mühafizə orqanlarının ən fəalı polisdir. Ona görə də biz yalnız elmə malik məzun yox, Azərbaycan vətəndaşına xidmət edəcək, dövlətimizi, gələcəyimizi, doğmalarımızı qoruyacaq mütəxəssislər yetişdiririk. Bu gün Azərbaycanın bütün regionlarında beynəlxalq tədbirlər keçirilir, xarici qonaqlar səfər edir. Dil biliyi ünsiyyət zamanı mütləq lazımdır. Biz də qarşımıza məqsəd qoyduq ki, hər bir məzunumuz ingilis dilini bilməlidir. Ona görə də sizinlə əməkdaşlıq etmək qərarına gəldik”.
Görüşdə gələcək perspektivlər, birgə mühazirələrin, konfransların, layihələrin keçirilməsi haqqında fikir mübadilələri aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31

