Azərbaycan və Rusiya gəncləri arasında beynəlxalq əməkdaşlığa dair fəaliyyət planı hazırlanıb
26.09.2019 [09:49]
Rusiyanın Sankt-Peterburq şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən VII Rusiya-Azərbaycan Gənclər Forumu bu gün başa çatıb.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanı bu forumda Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Azərbaycandan 25 gəncin qatıldığı forumda “Gənclərin yaradıcılıq sahəsində beynəlxalq əməkdaşlıq. Mədəniyyət və mədəniyyətlərarası dialoqun təşviqi”, “Gənclər üçün biznes. Sosial sahibkarlıq”, “Qeyri-formal təhsil və gənclərin qeyri-hökumət təşkilatlarının bu istiqamətin inkişafındakı rolu”, “Davamlı inkişaf məqsədləri”, “Müasir media məkanı” mövzusunda sessiyalar təşkil edilib.
Sessiyalarda Rusiya və Azərbaycan gəncləri arasında əməkdaşlığın inkişafı ilə bağlı təkliflər səsləndirilib, beynəlxalq əməkdaşlığa dair fəaliyyət planı hazırlanıb. Eyni zamanda, forumun yekunu olaraq bəyannamə qəbul olunub. Bəyannamədə hər iki ölkənin müxtəlif sahələri əhatə edən gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi, əldə olunmuş nailiyyətlərin daha da inkişaf etdirilməsi kimi məsələlər yer alıb. Bununla yanaşı, yaradıcılıq, elm, texnologiya və digər sahələrdə beynəlxalq layihələrin və eyni zamanda, müxtəlif festivalların keçirilməsi, forumun qarşıdakı illərdə fəaliyyətinin daha da genişləndirilməsi və gəncləri maraqlandıran digər sahələr də bəyannamədə öz əksini tapıb.
Forumun yekununda iştirakçılar II Dünya müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş “Müharibə uşaqları” abidəsinin, eyni zamanda, böyük Azərbaycan şairi Nizami Gəncəvinin və Ulu Öndər Heydər Əliyevin abidələrinin önünə güllər qoyublar.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 16:25
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11

