Bakıda Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib
15.10.2019 [09:41]
Oktyabrın 13-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Gənclər Platformasının ilk Baş Assambleyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türkiyə Parlamentinin üzvü Ahmet Böyükgümüş, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) prezidenti Ayxan Taha iştirak ediblər.
Baş Assambleyanın Türk Şurasının Zirvə görüşü ərəfəsində keçirildiyini deyən Şuranın Baş katibi Bağdad Amreyev bildirib: “Zirvə görüşü öncəsi ilk dəfə olaraq gənclər bir araya gəlib fikir mübadiləsi aparır və əməkdaşlıq üçün yeni yolları müzakirə edirlər. Bir sözlə, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni ənənənin təməli qoyulur. Bu tarixi hadisə həm də ölkələr arasındakı mövcud əməkdaşlıqda yeni səhifə açır”.
Azərbaycanın Baş Assambleyanın Bakıda keçirilməsini təklif etdiyini vurğulayan B.Amreyev deyib: “Baş Assambleyada Türk Şurası Gənclər Platformasının İdarə Heyətinin, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün Fəaliyyət Planının və Zirvə görüşünə təqdim etmək üçün gənclərin tövsiyələrinin hazırlanması da nəzərdə tutulur”.
Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyasının Bakıda keçirilməsi tarixi hadisədir. Bu hadisə ölkələrimiz arasında mövcud əməkdaşlıqda yeni bir səhifə açır. Əminəm ki, platforma çərçivəsində əməkdaşlığımız birgə səylərimiz nəticəsində faydalı olacaq və gənclərin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verəcəkdir. Bildiyiniz kimi, Baş Assambleya Türk Şurasının Zirvə görüşü ərəfəsində keçirilir. Əminəm ki, belə görüşlər ənənə halını alacaq və davamlı olacaq. Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, bizim ölkələrimizin potensialı, birgə fəaliyyəti, Əməkdaşlıq Şurası kimi çox önəmli əməkdaşlıq formatı vardır. Biz bütün müsbət meyilləri gücləndirməliyik.
A.Rəhimov, həmçinin bildirib ki, bizi birləşdirən bir sıra dəyərlər var. Bunlar bizim soykökümüz, ortaq mədəniyyətimiz və tariximizdir. Hazırda baş verən hadisələr dünyanın yeni bir mərhələyə keçdiyini deməyə əsas verir. Hadisələrin gedişi bizdən daha sürətli inteqrasiya tələb edir. Türk Şurası hamımız üçün yaxşı bir fürsət və alternativsiz bir platformadır. Əminəm ki, Gənclər və İdman nazirlərinin toplantılarında verdiyimiz qərarlar xalqlarımız arasında əsrlərboyu mövcud olmuş sıx əlaqələrin daha da möhkəmlənməsinə sürətli təkan verəcək.
“Bu günədək İstanbul (2016), Bakı (2017) və Astanada (2018) Gənclər və İdman nazirlərinin üç toplantısı keçirilib. Türk Şurasında bu istiqamətdə daimi işçi qrupu fəaliyyət göstərir. 2015-ci ilin fevralından Türk Şurası çərçivəsində gənclər və idman sahəsində əməkdaşlığa başlanılıb. Bu müddət ərzində biz birlikdə böyük yol keçmişik. Görülən işlərə baxdıqda əməkdaşlığın düzgün istiqamətdə getdiyini əminliklə söyləyə bilərik”, - deyə nazir vurğulayıb.
Tədbir türkdilli dövlətlərin gənclər təşkilatlarının nümayəndələrinin çıxışları ilə davam edib.
Sonda Türk Şurası Gənclər Platformasının sədri vəzifəsinə seçkilər keçirilib. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov seçkilərdə qalib gələrək Türk Şurası Gənclər Platformasının sədri vəzifəsinə seçilib.
Xatırladaq ki, Türk Şurasının ötən ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Zirvə görüşü gənclər və idman məsələlərinə həsr olunub. Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə dövlət başçıları bu sahədə görülmüş işləri yüksək qiymətləndirib və Türk Şurası Gənclər Platformasının fəaliyyətə başlaması üçün zəruri addımların atılmasının vacibliyini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20

