UNEC-də “Elm həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
23.10.2019 [09:21]
“Elm həftəsi” çərçivəsində UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin “Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri” mövzusunda ilk tədbiri təşkil olunub.
Rektor, professor Ədalət Muradov bildirib ki, tədbirdə UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin apardığı təhlillərin nəticələri açıqlanacaq və bu istiqamətdə müzakirələr aparılacaq. Əsas məqsəd Ermənistanın mövcud iqtisadi durumunu və gələcək iqtisadi inkişafını araşdırmaq və müvafiq dövlət qurumlarını və ictimaiyyəti bu barədə məlumatlandırmaqdır.
UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetinin (Kayseri şəhəri) Ermənişünaslıq bölümünün rəhbəri, professor Qafar Mehdiyev Ermənistan iqtisadiyyatı ilə bağlı araşdırmaların aparılması ideyasını alqışladığını bildirib. Ermənistanın iqtisadiyyatının öyrənilməsinin vacibliyindən danışan mərkəz rəhbəri iqtisadiyyatın tarixinə qısa nəzər salıb. Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) tikintisinə diqqət çəkən məruzəçi ölkə enerjisinin 40 faizini təmin edən AES-in istismar müddətinin başa çatdığını, lakin ermənilərin süni şəkildə bu stansiyanın fəaliyyətini davam etdirməyə çalışdıqlarını bildirib. Ermənistanın Dağlıq Qarabağ və Azərbaycanın digər rayonlarının işğalı nəticəsində regionda reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı beynəlxalq layihələrdən kənarda qaldığını, kredit ödəmə qabiliyyəti olmadığı üçün iqtisadi əməkdaşlıq edə bilmədiyini bildirən professor Q.Mehdiyev Ermənistan iqtisadiyyatının 75 faizinin Rusiyanın payına düşdüyünü deyib.
Çıxışdan sonra mövzu ilə bağlı suallar səsləndirilib. UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadənin Ermənistana xarici dövlətlər tərəfindən göstərilən maddi və sosial yardımların ÜDM-dəki payı, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlının Ermənistan dövlətinin xarici borcu və ödəmə mexanizmləri, professor Şahlar Əsgərovun təhsilin və elmin iqtisadiyyatdakı rolu, UNEC-in müəllimi Nazim Cəfərovun Dağlıq Qarabağ münaqişəsinin Ermənistan iqtisadiyyatına təsiri və digər iştirakçıların sualları cavablandırılıb.
Millət vəkili Flora Qasımova Ermənistan iqtisadiyyatının araşdırılmasının vacibliyindən danışıb. UNEC-in böyük elmi potensialı ilə bu istiqamətdə böyük töhfələr veriləcəyini və ictimaiyyətə həqiqətlərin çatdırılacağını vurğulayıb.
Tədbir müzakirələrlə davam edib. “Humanitar fənlər” kafedrasının müdiri, professor Vəkil Həsənov ermənilərin vaxtilə Azərbaycanda böyük iqtisadi gücə sahib olduqlarını diqqətə çatdıraraq, onların sonradan bu güc sayəsində Azərbaycana qarşı soyqırımı və işğalçılıq siyasəti həyata keçirdiklərini bildirib, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Ermənistan əhalisinin orta əməkhaqqının məbləğini, işsizlik faizini və Rusiyadan hər il əldə etdiyi gəlirləri, UNEC-in prorektoru, professor Sakit Yaqubov bəzi inkişaf göstəricilərini açıqlayıb.
Müzakirələrdən sonra təkliflər səsləndirilib.
Rektor Ədalət Muradov UNEC Eksterndə iqtisadçı tədqiqatçılar üçün erməni dilinin distant tədrisinə başlanılacağını, Ermənistan iqtisadiyyatında baş verənləri müzakirə etmək məqsədilə UNEC-də Debat klubun yaradılacağını, Ermənistan iqtisadiyyatı ilə bağlı rus, ingilis və erməni dillərində məlumat bazasının formalaşdırılacağını və tədqiqatçıların həmin bazadan sərbəst istifadəsinin təmin ediləcəyini bildirib. Həmçinin Ermənistan iqtisadiyyatı ilə bağlı beynəlxalq tədbirlərdə UNEC Ermənistan İqtisadiyyatının Araşdırma Mərkəzinin tədqiqatçılarının təmsil olunmasının vacibliyini diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33

