Gürcüstanın Milli Muzeyində “İrəvan xanlığı” kitabının təqdimat mərasimi keçirilib
14.12.2019 [09:34]
Tbilisidə, Gürcüstan Milli Muzeyində “İrəvan xanlığı” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabın müəllifi Gürcüstan Milli Muzeyinin baş kuratoru, tarixçi alim, professor Eldar Nadiradzedir.
Kitabın təqdimatı müəllifin 70 illik yubileyi çərçivəsində muzeyin direktoru, professor David Lordkipanidzenin təşəbbüsü ilə təşkil olunub.
Nəşrdə İrəvan xanlığının tarixi və hökmdarları, İrəvan qalası uğrunda döyüşlər, xanlığın Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumatlar, eləcə də Gürcüstanın Milli Muzeyində qorunub saxlanan və İrəvan xanlığının tarixini əks etdirən fotolar, rəsmlər və nadir eksponatların fotoşəkilləri əksini tapıb. Kitabda AZƏRTAC-ın fotoları da yer alıb.
Tarixçi alim Eldar Nadiradze bildirib ki, “İrəvan xanlığı” nəşri onun Azərbaycanla bağlı üçüncü kitabıdır. Bu kitab üzərində üç il iş aparıb. “Kitabda əksini tapan materiallar tarixi həqiqətlərdir”, - deyən müəllif nəşrin işıq üzü görməsində əməyi keçən hər kəsə minnətdarlığını ifadə edib.
Professor David Lordkipanidze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun böyük elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov və başqaları çıxış edərək müəllifi yubileyi münasibətilə təbrik edib, onun yaradıcılığının, elmi araşdırmalarının əsas istiqamətlərindən söz açıblar.
Qeyd olunub ki, bu ilin may ayında Bakıda, Heydər Əliyev Mərkəzində “İrəvan xanlığı” kitabının təqdimatı olub. Minlərlə insan bu kitabla tanış olub ondan istifadə edir.
Bildirilib ki, Qafqazın tarixini dərindən araşdıran müəllifin kitabları, elmi məqalələri tarixçi alimlər, siyasətçilər və tələbələr üçün etibarlı mənbədir.
Çıxışlarda Heydər Əliyev Fondunun və Prezident Administrasiyasının sektor müdiri Fuad Axundovun Gürcüstan Milli Muzeyi ilə əməkdaşlıq çərçivəsində İrəvan xanlığının tarixi və irsinin tədqiqi, geniş yayılması üzrə birgə layihənin həyata keçirilməsindəki mühüm töhfələri xüsusi qeyd olunub.
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib ki, çoxillik əməkdaşlığın nəticəsi olaraq professor Eldar Nadiradzenin belə bir kitab hazırlayıb çap etdirməsi Azərbaycan və Gürcüstan alimlərinin, tarixçilərinin sıx əməkdaşlığının daha bir nümunəsidir. O, birgə əməkdaşlığa görə Gürcüstan Milli Muzeyinin rəhbərliyinə minnətdarlıq edib. Bildirib ki, tarixçi alimlərimizin birgə əməkdaşlığı nəticəsində biz daha böyük araşdırmalar apararaq indiyədək ictimaiyyətə məlum olmayan tarixi faktları ortaya çıxaracaq və ictimaiyyətə təqdim edə biləcəyik. R.Hüseynov birgə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
“İrəvan xanlığı” kitabının gürcü dilinə tərcümə olunaraq nəşr edilməsinin nəzərdə tutulduğunu qeyd edən mərkəzin direktoru deyib: “Gürcüstanın Milli Muzeyinin arxivində Azərbaycanın tarixinə aid zəngin materiallar var. Aktuallığı nəzərə alınaraq ilk kitab İrəvan xanlığına həsr olundu. Tədqiqatlar davam etdirilir və Azərbaycanın digər xanlıqları barədə də kitablar hazırlanacaq”.
Kitabın təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, gürcü elm xadimləri və tarixçilər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

