Ədliyyə fəaliyyəti dövlətimizin başçısının tapşırıqlarına uyğun təkmilləşir
28.12.2019 [10:06]
Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. İclasda çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov bildirib ki, 2019-cu il respublikamızın hərtərəfli tərəqqisi və xalqımızın rifahı naminə uğurlu islahatlar ili kimi yadda qalır. Ölkəmiz Ulu Öndər Heydər Əliyevin yolu ilə gedərək Prezident İlham Əliyevin güclü siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində daha da inkişaf edir və möhkəmlənir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiyada nazirliyin əsas fəaliyyət istiqamətləri üzrə cari ildə görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə olunub.
Nazir və digər natiqlər dövlətimizin başçısının həyata keçirdiyi çoxşaxəli islahatların, həmçinin ədliyyə və məhkəmə sistemini əhatə etdiyini vurğulayaraq, cari ildə ədliyyə fəaliyyətinin müasirləşdirilməsi, o cümlədən qanunvericiliyin təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrası, istintaq, probasiya və penitensiar sahədə işin səmərəliliyinin artırılması, innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqi üzrə görülən tədbirlər barədə məlumat veriblər.
Bildirilib ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə mühüm “yol xəritəsi” olan Fərmanın icrası çərçivəsində ötən dövrdə kompleks tədbirlər həyata keçirilib, ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən 40-dək normativ aktın layihələri işlənib hazırlanıb və dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni qanunlar qəbul edilib.
Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən və çevik baxılmasını təmin etmək məqsədilə yeni regional kommersiya və inzibati məhkəmələr yaradılıb. Həmin məhkəmələrin ərazi yurisdiksiyası, aparılmış təhlillərə uyğun olaraq hakim və aparat işçilərinin ştat sayı müəyyən edilib, infrastruktur, maddi-texniki təminatla bağlı zəruri tədbirlər görülüb.
Bundan əlavə, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilib, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırılıb.
Eyni zamanda, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasına xidmət edən “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin ölkəmizin bütün ərazisi üzrə genişləndirilməsi və bütövlükdə ahəng işlənilməsinin təmin olunması üzrə işlər davam etdirilib, məhkəmə istifadəçiləri üçün faydalı olan “Mobil məhkəmə” proqram təminatının ictimai təqdimatı keçirilərək yenicə istifadəyə verilib. Ədliyyə sahəsində də xidmətlərin məsafədən göstərilməsinə imkan verən elektron ədliyyə köşkünün, “Mobil notariat”ın funksionallığı artırılıb və ötən bir ay ərzində ondan istifadə edənlərin sayı artıq 30 mini ötüb.
Kollegiyada Fərmanın icrası çərçivəsində bu günlərdə məhkəmə-hüquq islahatlarının iki mühüm istiqamətini əhatə edən ikinci qanunvericilik aktları paketinin qəbul olunduğu diqqətə çatdırılıb, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən özəl ekspertiza institutunun yaradılması ilə bağlı 2020-ci il martın 1-dən qüvvəyə minən qanunvericilikdəki dəyişikliklərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsində, keyfiyyətli hüquqi xidmətlərinin göstərilməsində xüsusi əhəmiyyəti vurğulanıb.
Yeni qanunvericilik aktlarından irəli gələn vəzifələrin mütəşəkkil və vaxtında icrası, o cümlədən özəl məhkəmə ekspertlərinə şəhadətnamələrin verilməsi, onlarla müsahibənin və təlimlərin keçirilməsi, məhkəmə ekspertlərinin, bu sahədə tədqiqat metodlarının reyestrlərinin aparılması və məhkəmə ekspertizasının metodiki fondunun yaradılması, KİV-lərin imkanlarından istifadə olunmaqla geniş maarifləndirmə işinin keçirilməsi, ekspertiza sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı konkret göstərişlər verilib. Dövlətimizin başçısının məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlərə toxunulub, mərkəzin yeni binasının layihəsinin əyani təqdimatı keçirilib.
İclasda, həmçinin qarşıda duran vəzifələr müzakirə edilib, ədliyyə işçiləri tərəfindən dövlətimizin başçısının insanlara layiqli xidmət, vətəndaş məmnuniyyəti, şəffaflıq, korrupsiyanın yolverilməzliyi kimi tələbləri daim rəhbər tutulmaqla etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyi vurğulanıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinə diqqətin artırılması, maliyyə intizamının gücləndirilməsi, israfçılığa yol verilməməsi və s. ilə bağlı konkret tapşırıqlar verilib.
Bununla yanaşı, ədliyyə fəaliyyətinin istiqamətləri üzrə əsas prioritetlər, o cümlədən ədliyyə sahəsində idarəetmənin müasirləşdirilməsi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, yeni seçilən bələdiyyə üzvləri və qulluqçularına effektiv metodoloji yardımın göstərilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı və digər aidiyyəti tədbirlər müəyyən edilib.
Sonda bir sıra qeyri-hökumət təşkilatları dövlət qeydiyyatına alınıb.
Xəbər lenti
Hamısına baxGündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20

