/ / Rəvanə Həşimova: 2020-ci ilin “Könüllülər ili” elan olunması bu sahədə fəaliyyət göstərən şəxslərin əməyinə verilən yüksək qiymətdir
Rəvanə Həşimova: 2020-ci ilin “Könüllülər ili” elan olunması bu sahədə fəaliyyət göstərən şəxslərin əməyinə verilən yüksək qiymətdir
10.01.2020 [09:32]
Könüllü öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən şəxsdir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması dövlətimizin başçısının əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti ilə son illərdə ölkəmizdə təşkil olunan onlarla mötəbər tədbirdə təşkilatçılığın dayağı olan, könüllü ruhu ilə yaşayan insanların əməyinə verilən daha bir yüksək qiymətdir.
Bunu Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Rəvanə Həşimova AZƏRTAC-a açıqlamasında deyib.
Həm dünya təcrübəsində, həm də Azərbaycanda xüsusi yeri olan könüllülük hərəkatının fəaliyyət istiqamətlərinin də müxtəlif olduğunu vurğulayan R.Həşimova deyib: “Bu gün elə bir sahə yoxdur ki, oraya könüllülər cəlb olunmasın. Qürurverici haldır ki, öz könüllülük fəaliyyətlərini Vətənə, dövlətə, xalqa dəstək, vətəndaşlıq mövqeyinin göstəricisi kimi görən azərbaycanlı könüllülər dünyanın inkişaf etmiş ölkələrinin könüllülərindən heç nə ilə geri qalmırlar. Bu insanların gördükləri işə sevgilərinin artması, gördükləri işdən zövq almaları və missiyanı özlərindən sonrakı nəsillərə sevə-sevə ötürmələrinə vəsilə olan bu addımı Gənclərin İnkişaf və Karyera Mərkəzi olaraq alqışlayır və yeni gənc könüllüləri sıralarımızda gözləyirik. Bizə qoşularaq, gənc könüllü olaraq çoxlu sayda könüllü ilə tanış olub ən möhkəm dostluqların təməlini qoymaq imkanı əldə edilir. Gənclərimiz özlərində yeni xüsusiyyətlər kəşf etməklə xoş və yaddaqalan anlar yaşayacaqlar. Bununla da şəxsi inkişaflarına böyük töhfələr verəcəklər və təbii ki, könüllülük zamanı qazandıqlarını başqa heç zaman qazanmayacaqlar”.
“Gənclərin İnkişaf və Karyera Mərkəzi geridə qoyduğumuz ildə gənc könüllülərlə bir çox uğurlara imza atdı”, - deyən R.Həşimova qeyd edib ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı, bütün könüllü təşkilatları və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi”ndə Gənclərin İnkişaf və Karyera Mərkəzinin yerli nümayəndəliklərinin könüllüləri də fəal iştirak etdilər. Həftə çərçivəsində həyata keçirilən “Şəhidimiz”, “VətənimİZ”, “Könüllülük sərhəd tanımır!”, “TəbiətimİZ” kampaniyalarında GİKM-in könüllüləri öz rayon və şəhərlərini layiqli şəkildə təmsil etdilər.
“Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq, Cəlilabad, Masallı, Quba, Qusar, Zaqatala, Qax, Biləsuvar, Qazax, İsmayıllı, Şəmkir, Bərdə, Ağcabədi, Xaçmaz, Goranboy, Yevlax və Lənkəranda Gənclərin İnkişaf və Karyera mərkəzləri fəaliyyətə başlayıb. 2020-ci ilin birinci rübündə açılması nəzərdə tutulan daha 40 nümayəndəliyimizdə bizə qoşulacaq könüllülərlə tanışlığı indidən səbirsizliklə gözləyirik. 2020-ci ilin “Könüllülər ili” elan olunması tarixi könüllülük ənənələrimizə verilən ən yüksək qiymətdir. Könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, Vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq”, - deyə R.Həşimova bildirib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32

