Qax rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
11.01.2020 [10:47]
Uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində son illər ölkəmizdə səhiyyə sahəsində də böyük dəyişikliklər baş verib. Əhalinin sağlamlığının qorunması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, son illər respublikamızda yüksək standartlara uyğun, ən müasir tibbi avadanlıqla təchiz olunmuş yüzlərlə xəstəxana, tibb məntəqəsi tikilib əhalinin istifadəsinə verilib.
Ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatların mühüm istiqamətlərindən biri də icbari tibbi sığortanın tətbiq edilməsidir. İcbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq, yüksək keyfiyyətli tibbi xidmətlərə əlçatanlığı təmin etmək və vətəndaş məmnunluğuna nail olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın şimal-qərb bölgəsinin digər rayonları kimi, Qaxda da yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək və bu xidmətlərdən rayonun 55 mindən çox sakini faydalanacaq.
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Qax rayonunda da ötən ilin noyabr-dekabr aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib, sistemin üstünlükləri barədə əhali ətraflı məlumatlandırılıb.
Hazırda Qax rayonunda əhaliyə rayon mərkəzi xəstəxanası, Tasmalı və Əlibəyli kənd sahə xəstəxanaları, həmçinin 10 həkim və 26 tibb məntəqəsi vasitəsilə tibbi xidmətlər göstərilir. Bu müəssisələrdə 110 həkim və 402 nəfər orta tibb işçisi çalışır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində icbari tibbi sığorta sisteminin tətbiqinin səhiyyənin inkişafına çox böyük töhfə verəcəyini vurğulayıb. Baş həkim bildirib ki, icbari tibbi sığorta sisteminə keçidlə əlaqədar rayon mərkəzi xəstəxanasına müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün xəstəxanada 3 yerdə qeydiyyat mərkəzi yaradılıb. Ailə Sağlamlıq Mərkəzinə müraciət edən sakin əvvəlcə ailə həkimi tərəfindən qəbul edilir. Sonra xəstə müayinələrdən keçmək üçün müvafiq şöbələrə göndərilir, ehtiyac yaranarsa ixtisaslı həkimlərə yönləndirilir.
Baş həkimin sözlərinə görə, yanvarın əvvəlindən bu günədək xəstəxanaya 1250 nəfərdən çox sakin müraciət edib. Onlardan 35 nəfəri stasionar, 1220 nəfər isə ambulator müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 300-330 nəfərədək vətəndaş müraciət edir.
Müayinə olunmaq üçün xəstəxanaya gələn Qax şəhər sakini Şərqiyyə Fərhadova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Kardioloji problemim olduğu üçün həkimə müraciət etmək istəyirdim. Qeydiyyat mərkəzində məni çox yaxşı qarşıladılar. Qeydiyyata alındıqdan sonra tibb bacısı məni aidiyyəti həkimin yanına apardı. Həkim məni hərtərəfli müayinə etdi, müalicə yazdı. Bütün bu proseslər yüksək səviyyədə təşkil olunub”.
Turaclı kənd sakini Röyal Abbasov isə xəstəxanaya sağlamlıq haqqında arayış almaq üçün müraciət edib. Digər sakinlər kimi, Röyal da icbari tibbi sığortanın tətbiqinin əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərəcəyini bildirib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

