Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr müzakirə olunub
11.01.2020 [10:51]
ADA Universitetində Azərbaycan Milli Avtomobil Klubunun təşkilatçılığı ilə “Həssas təbəqədən olan uşaqların yollarda üzləşdikləri təhlükələr” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlət qurumları ilə əlaqələr üzrə menecer Azər Allahverənov layihə barədə məlumat verib. O, bildirib ki, tədbirin əsas məqsədi uşaqların yollarda üzləşdiyi təhlükələrin araşdırılması, sorğuların keçirilməsi və xüsusilə dövlət və özəl sığınacaqlarda, reabilitasiya və günərzi qayğı mərkəzlərində yaşayan uşaqların yol hərəkəti təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması üçün maarifləndirmə sessiyalarının təşkilindən ibarətdir.
Layihənin məsləhətçisi Gülnarə Pənahova çıxışında qeyd edib ki, uşaq evləri, sığınacaqlar, internat və məcburi köçkün məktəblərində olan uşaqların yol hərəkəti təhlükəsizliyi sahəsində biliklərinin artırılması məqsədilə layihə çərçivəsində risk qrupuna aid edilən həssas uşaqların yollarda üzləşdikləri problemlərin dərindən öyrənilməsi üçün hədəf qruplarında sorğular keçirilib, müxtəlif maarifləndirmə tədbirləri təşkil olunub və gələcəkdə icrası vacib hesab edilən perspektivlər müəyyənləşib. Onun dediyinə görə, layihənin icra olunduğu dövrdə əldə edilən nəticələrə əsasən həssas təbəqədən olan uşaqlar arasında oğlanların daha çox üstünlük təşkil etdiyi, uşaqların yol-hərəkəti təhlükəsizliyi və yol nişanları barədə xəbərsizliyi və onların məktəblərdə yol hərəkəti təhlükəsizliyinin tədrisində maraqlı olduqları aşkar olub.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sığınacaqlarda uşaqlarla iş və onların cəmiyyətə inteqrasiyasında yaranan çətinliklər və uşaq sığınacağında bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb.
Həssas yol istifadəçilərinin yollarda üzləşdiyi çətinliklər barədə məlumat verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev təmsil etdiyi icra orqanının bu sahədə həyata keçirdiyi profilaktik tədbirlər barədə məlumat verib.
Layihələr üzrə menecer Ülviyyə Hüseynova icrası başa çatmaqda olan layihənin nəticələrini təqdim edib və müzakirəyə ehtiyac olan müddəaları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dəyirmi masada aidiyyəti dövlət orqanlarının məsul şəxslərinin, ictimai təşkilatların və digər maraqlı tərəflərin nümayəndələrinin fəal iştirakı ilə aparılan müzakirələrdə qeyd olunub ki, həssas təbəqələrdən olan uşaqların yollarda üzləşdikləri təhlükələr oxşar olsa da, onların aradan qaldırılması müxtəlif yanaşmalar və üsullar vasitəsilə mümkündür. Bu sahədə ciddi nəticələrin əldə olunması üçün səmərəli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə, maarifləndirmə, məlumatlandırma və digər profilaktik tədbirləri bir araya gətirməklə hədəflərə doğru birgə addımlamağa ehtiyac var. Yalnız belə olduğu təqdirdə həssas təbəqədən olan uşaqları yollarda hərəkətlə əlaqədar təhlükələrdən qorumaq olar.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

