Ötən dövrdə DOST mərkəzlərinə 250-dək könüllü cəlb olunub
11.01.2020 [10:58]
Prezident İlham Əliyevin 2019-cu il dekabrın 30-da imzaladığı Sərəncamla 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllülük fəaliyyətinin ümummilli hərəkat kimi daha geniş miqyas almasına təkan verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) də “Könüllü DOST” proqramı ilə könüllülük hərəkatının genişlənməsində mühüm rol oynayır.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən ilin mayında DOST Agentliyinin Yasamal və Səbail rayonunun sakinlərinə xidmət göstərmək üçün 1 saylı Bakı DOST mərkəzi və dekabrda Xəzər və Pirallahı rayonları sakinlərinə xidmət göstərmək üçün 2 saylı Bakı DOST mərkəzi açılıb. DOST Agentliyi tərəfindən “Könüllü DOST” proqramı üzrə 3 altproqram “Gənc DOST”, “Gümüşü DOST” və “Virtual DOST” altproqramları icra olunur.
Könüllülük fəaliyyətinə, o cümlədən DOST mərkəzlərində könüllü fəaliyyətə olan böyük marağın göstəricisi kimi, “Könüllü DOST” proqramına indiyədək 6 min 900-dək müraciət olunub və ötən dövrdə bu proqram üzrə 250-dək könüllü DOST mərkəzlərinə cəlb edilib.
Könüllülər DOST mərkəzlərində dövlət sosial xidmətlərinin “bir pəncərə”dən vətəndaş məmnunluğu prinsipi ilə təqdim edilməsi işlərinə öz töhfələrini verir.
“Gənc DOST” proqramı üzrə çalışan könüllü gənclərlə bərabər, 60-75 yaşlarında bir qrup pensiyaçı da “Gümüşü DOST” proqramı əsasında könüllülər komandasında çalışır. Həmçinin bir qrup sağlamlıq imkanları məhdud gənc DOST könüllüləri sırasına qoşulub.
DOST könüllüləri üçün ilk növbədə təlimlər təşkil olunub, onlara müəyyən zəruri bilik və bacarıqlar aşılanıb. Mərkəzlərdə vətəndaşların qarşılanması, xidmət pəncərələrinə yönləndirilməsi, növbələrin idarə edilməsi, vətəndaşların məlumatlandırılması, onların elektron sistemlərdən istifadəsində, müxtəlif anket, forma və s. doldurmalarında, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsində, əlilliyi olanların xüsusi diqqət və qayğı ilə qarşılanaraq onların xidmətlərdən yararlanmalarında, rəy sorğularının keçirilməsində və bir sıra başqa işlərdə kömək göstərirlər.
“Könüllü DOST” proqramı məzunlarından 17 nəfəri 1 saylı Bakı DOST mərkəzinin əməkdaşları kimi fəaliyyətlərini davam etdirirlər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

