/ / Qış Məktəbi layihəsinin iştirakçılarına Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verilib
Qış Məktəbi layihəsinin iştirakçılarına Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verilib
19.02.2020 [09:59]
Fevralın 18-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin iştirakçıları “Azərbaycanda multikulturalizm və tolerantlıq siyasəti” mövzusunda mühazirə dinləyiblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşı, İlahiyyat İnstitutunun müəllimi Anar Qafarov dünyada multikulturalizmin və tolerantlığın əhəmiyyətdən danışaraq, Azərbaycanın bu istiqamətdə həm sosial, həm də hüquqi sahədə görülən işlər sayəsində nümunə bir ölkə olduğunu qeyd edib.
Məruzədə Azərbaycan Respublikasında multikultural və tolerant mühitin qorunub saxlanılması istiqamətində görülən sosial və siyasi tədbirlərdən söhbət açılıb, bu istiqamətdəki işlərin və tədbirlər planının ölkənin dini, etnik, mədəni, ideoloji və siyasi təhlükəsizliyi baxımından əhəmiyyəti vurğulanıb.
Anar Qafarov Azərbaycanda yaşayan etnik, mədəni və dini qruplar haqqında ətraflı məlumat verib. Məruzədə, eyni zamanda, Azərbaycanın multikulturalizm siyasəti və cəmiyyət üçün vacibliyi, Azərbaycanın multikulturalizm və tolerantlıq siyasətinin əsasları, həmçinin Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinə uyğun olaraq praktik nümunələr barədə ətraflı söhbət açılıb.
Məruzəni dinlədikdən sonra Qış Məktəbi layihəsinin iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olub, açıq səma altında Şəxsiyyətlər muzeyi, Heydər Əliyev seyrəngahı və Çənlibel parkını gəziblər.
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində hazırda dünyanın 21, Azərbaycanın isə 38 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri şəkildə öyrəndiklərini multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə öz gözləri ilə görüb şahid olmasına şərait yaratmaqdır.
Fevralın 22-dək davam edəcək X Beynəlxalq Multikulturalizm Qış Məktəbində Azərbaycan, Ukrayna, Kolumbiya, Xorvatiya, Hindistan, İraq, Yaponiya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Litva, Monteneqro, Moldova, Nigeriya, Portuqaliya, Rusiya, San-Tome və Prinsipi Demokratik Respublikası, Türkiyə, ABŞ və Braziliya kimi ölkələrin aparıcı universitetlərindən 25 tələbə iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

