/ / AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
20.02.2020 [09:49]
Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq müxtəlif qurumlarla keçirilən görüşlərin Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan quruculuq prosesinə fəal şəkildə dəstək verməyə xidmət etdiyini bildirib. Çıxışında Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətinə də toxunan akademik Ramiz Mehdiyev komissiyanın işinin möhkəmləndirilməsi və nüfuzunun artırılması istiqamətində Prezident Sərəncamı ilə görülən işlərdən, bu sahədə tətbiq olunan yeniliklərdən danışıb.
Sonra Ali Attestasiya Komissiyasının sədri təqdimatla çıxış edib. Famil Mustafayev insan kapitalının əsası olan elm və təhsilin vəhdətinə xidmət edən görüşlərin, o cümlədən bundan öncə elm və təhsil müəssisələrində tədbirlərin təşkilinin və elm qurumları ilə əlaqələrin möhkəmləndirilməsinin ölkəmizdə elmi potensialın yüksəldilməsinə bir töhfə olduğunu vurğulayıb, işgüzar müzakirələr şəraitində keçəcək faydalı görüşə görə akademiya rəhbərliyinə minnətdarlıq edib.
Sədri olduğu komissiyada atılan bütün addımların Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi altında və maksimum bu işə dəstəyi ilə həyata keçirildiyini bildirən Famil Mustafayev rəhbərlik etdiyi müddət ərzində 2500-yə yaxın elmi işə baxıldığını və bunun əsasında aparılan müşahidələrlə prosedur qaydalar, normativ sənədlər və mexanizmlərin yeniləndiyini, sənədlərdəki mücərrədliyin layihələrlə aradan qaldırıldığını diqqətə çatdırıb. Elmi dərəcə və elmi adların verilməsi prosesindən söz açan sədr yenilənmiş normativ sənədlər, əlavə və dəyişiklik edilmiş qaydalar və dövri elmi nəşrlər barədə geniş məlumat verib. Ölkə başçısının 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə toxunan F.Mustafayev elmi dərəcələrin verilməsində Rusiya, Belarus, Qazaxıstan, Ukrayna, o cümlədən Avropa ölkələrinin təcrübəsindən yararlandıqlarını bildirib.
Elmi dərəcə və elmi adların verilməsi üçün elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri və ya bazaları, eləcə də elmi məqalələrin ölkədə dərc olunması tövsiyə olunan dövri elmi nəşrlərlə bağlı vacib nüansları da tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Görüşdə məqalələrin, konfrans, konqres və simpoziumla bağlı tələblərin sayının azaldıldığını vurğulayan Famil Mustafayev dissertasiya işlərinin tərtibi, həcmi, təqdim olunma müddəti, dissertasiya şuralarının səsvermə qaydaları, səlahiyyət müddəti, xaricə göndərilən avtoreferatların yazılma dili, seminarlar, plagiat baş verən hallarda tətbiq olunan qaydalarla əlaqədar tətbiq olunan yeniliklər və dəyişiklikləri diqqətə çatdırıb.
Tədbirdə AMEA əməkdaşları və dissertasiya şuralarının sədrlərinin, elmi katiblərin sualları cavablandırılıb. Suallar ətrafında geniş müzakirələr aparılıb.
Sonda akademik Ramiz Mehdiyev görüşdə iştirakına görə Famil Mustafayevə AMEA əməkdaşlarının adından minnətdarlığını bildirərək elmi potensialın gücləndirilməsinə və səsləndirilən fikirlərlə bağlı mühüm nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya şuralarının sədrləri və dissertasiya şuralarının elmi katibləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

