İcbari tibbi sığortanın tətbiqi ölkəmizdə ən böyük sosial islahatlardan biridir
21.02.2020 [09:39]
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
Fevralın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib. Mətbuat konfransında Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqi ölkəmizdə ən böyük sosial islahatlardan biridir.
O qeyd edib ki, cari il fevral ayının 15-dək icbari tibbi sığortanın tətbiq edildiyi 23 regiondakı tibb müəssisələrinə 381 482 nəfər 607 063 müraciət edib. Bu müraciətlər üzrə 1 321 592 tibbi xidmət göstərilib. Ən çox vətəndaşın müraciət etdiyi regionlar Mingəçevir (76 992), Yevlax (48 325), Xaçmaz (43 030), Şəki (42 896) və Qəbələdir (42 874). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (244 747), Yevlax rayon Mərkəzi Xəstəxanası (108 376), Ağdaş rayon Mərkəzi Xəstəxanası (92 151), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (72 757) və Şəki rayon Mərkəzi Xəstəxanasıdır (84 350).
Z.Əliyev qeyd edib ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri yaradılıb: “Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir. Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə, deyə bilərəm ki, fevralın 15-dək ən çox Şəki-Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki-Zaqatala üzrə 169 204, Bərdə-Yevlax üzrə 149 683, Quba-Xaçmaz üzrə 124 350, Göyçay-Kürdəmir üzrə 83 562 və Dağlıq Şirvan üzrə 80 264 müraciət qeydə alınıb”.
Ən çox müraciət edilən xəstəliklərə gəldikdə, fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır.
Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. Bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir.
Agentlik sədrinin sözlərinə görə, görülən tədbirlərdən biri də səhiyyə işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələrlə bağlıdır. Yeni Qaydaya əsasən tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib. Əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir. İcbari tibbi sığorta səhiyyə sahəsində aparılan əhəmiyyətli islahatdır. Azərbaycan səhiyyə sistemində ilk dəfədir ki, səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir. Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur. Hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar. Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”, - deyə agentlik sədri bildirib.
Növbəti yeniliklərdən biri də agentliyin “Sığortaolunanın Tibbi Kabineti” adlı yeni elektron xidmətinin “myGov” portalına inteqrasiya olunması ilə bağlıdır. Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “MyGov” portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər.
Z.Əliyev sonda bildirib ki, əhalinin səhiyyə sistemindən gözləntilərinin bir il ərzində qarşılanması mümkün deyil: “Bunun üçün müəyyən vaxt tələb olunur və bu proses mərhələlərlə öz həllini tapacaq. Bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşıb. İcbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq, həmin tibbi xidmətlər göstəriləcək. Sadəcə olaraq səhiyyə sisteminin icbari tibbi sığortaya keçidində yeni mexanizmlərin və qaydaların tətbiqi müsbət dəyişikliklərə səbəb olacaq. Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartları, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi, əməkhaqlarına tətbiq edilən əlavələr - bütün bunların hamısı göstərilən tibbi xidmətlərin keyfiyyətinə bilavasitə təsir etmiş olacaq. Bu islahatın uğurla həyata keçirilməsi ölkəmizdə səhiyyə sistemini köklü surətdə dəyişəcək və əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq”.
Daha sonra Zaur Əliyev jurnalistlərin suallarını cavablandırıb. O, suallara cavab olaraq qeyd edib ki, kəndlərdə tibb məntəqələrinin vəziyyəti qənaətbəxş deyil: “Yerlərdə həkim çatışmazlığı var, bəzi xəstəxanalarda avadanlıqlar istənilən səviyyədə deyil. Həkimlərin bəziləri düzgün müalicə-müayinə aparmaqda çətinlik çəkirlər. Regionlardakı həkim çatışmazlığını qısa müddətdə aradan qaldırmaq istəyirik. Xaricdə, xüsusilə Türkiyədə oxuyan tələbələri regionlara səfərbər etməyi düşünürük. Bununla bağlı onlarla danışıqlar gedir, həvəsləndirmə tədbirləri də görüləcək. Rezidenturanı bitirən tələbələr də regionlara göndərilərək, ən azı 3 il orada işləməsini təmin etmək niyyətindəyik”.
Agentliyin rəhbəri onu da deyib ki, bu il aprelin 1-dən tibbi sığorta haqlarının toplanılmasına başlanacaq və bu, bütün respublikanı əhatə edəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20

