“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!
26.02.2020 [09:19]
Müştərilərinə hər zaman keyfiyyətli şəbəkə təcrübəsi təqdim edən “Nar”ın 4/4.5G şəbəkəsinə qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb. Son bir ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A texnologiyalı baza stansiyaları sayəsində “Nar”ın ümumilikdə 4G istifadəçilərinin sayı iki dəfə artıb.
Mobil operator paytaxtla yanaşı, regionlarda da şəbəkəsinin gücləndirilməsinə hər zaman xüsusi önəm verib. Belə ki, təkmilləşmə işləri nəticəsində, ötən illə müqayisədə müxtəlif bölgələr üzrə 4G istifadəçilərinin sayında 101% artım qeydə alınıb. 4G şəbəkəsinə qoşulan 1 milyonuncu istifadəçi də məhz region sakini - Oğuz rayonundan Müşviq Babayev olub. “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke tərəfindən “Nar”ın baş ofisində qarşılanan 1 milyonuncu 4G istifadəçisinə ən son model dəyərli smartfon hədiyyə edilib.
“Keyfiyyətli və yüksəksürətli LTE/LTE-A şəbəkəsinin daha da genişləndirilməsi müştəriyönümlü biznes yanaşmamızın əsas istiqamətlərindəndir. Ən gənc mobil operator olaraq, mühüm bir nailiyyətimizi qeyd edirik. Belə ki, 4G şəbəkəmizdən yararlanan abunəçilərimizin sayı artıq 1 milyonu ötüb. Bu isə hər iki “Nar” abunəçisindən birinin aktiv 4G istifadəçisi olması deməkdir. “Nar”ın müştərilər tərəfindən yalnız rahat və sərfəli məhsullar üçün deyil, həm də keyfiyyətli şəbəkəsinə görə seçilməsi bizi sevindirir”, - deyə Qunnar Panke bildirib.
“Nar”ın 4G abunəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının quraşdırılması, mobil operatorun təqdim etdiyi paketlər və tariflər, eləcə də 4G smartfon penetrasiyasının artımı təsir edib. “Nar” artıq 54 bölgə mərkəzini 4G şəbəkəsi ilə təmin edib ki, bu da coğrafi ərazi əhatəsini 76%-ə qaldırıb. Hazırda “Nar”ın 4G şəbəkəsi ölkə əhalisinin 93,2%-ni əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09

