Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüş keçirilib
07.03.2020 [12:04]
Martın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.
Görüş zamanı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vicdan azadlığının təmini, dövlət-din münasibətlərinin tənzimlənməsi, dinə dövlət qayğısı və bu istiqamətlərdə Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Habelə Komitə sədri ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və konfessiyalar arasındakı qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə danışıb. O bildirib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunur, hər il Prezident İlham Əliyev tərəfindən dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi məqsədilə maliyyə vəsaiti ayrılır. Ölkəmizdə müxtəlif dinlərə aid abidələrin qorunduğunu da diqqətə çatdıran Mübariz Qurbanlı onlar arasında atəşpərəstlik inancına aid izləri də özündə daşıyan “Atəşgah məbədi”ni nümunə göstərib.
Komitə sədri həmçinin, qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi, yüz minlərlə azərbaycanlını etnik təmizləməyə, dini zəmində zorakılığa məruz qoyması, tarixi-dini abidələri məhv etməsi barədə məlumat verib.
Öz növbəsində, Azərbaycandakı tolerant və multikultural mühit, bütün dini konfessiyalara yaradılan bərabər şərait, ölkənin inkişafı haqqında xoş təəssüratlarını bölüşən səfir qeyd edib ki, Azərbaycanın bu sahədəki təcrübəsi bütün dünya üçün nümunə sayılmalıdır. O bildirib ki, iki xalq arasında tarixi köklərə əsaslanan dostluq münasibətləri bu gün müxtəlif sahələrdə əlaqələrin inkişafında özünü göstərir.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşdə səmimi qəbula görə səfir Bavitlunq Vanlalvavna Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib. Görüşün sonunda qonağa DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42

