/ / İnsanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasalar, yoluxma halları çoxala bilər
İnsanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasalar, yoluxma halları çoxala bilər
30.04.2020 [10:26]
Yaxud xüsusi karantin rejimində tətbiq olunan məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi sanitar-epidemioloji qaydalara, 2 metrlik distansiya və digər sosial təcrid tələblərinə riayət etməlidirlər
Azərbaycan dövləti yeni növ koronavirus infeksiyasının (COVİD-19) geniş yayılmasına qarşı milli səviyyədə ən səmərəli mübarizə aparan və nümunəvi yanaşma sərgiləyən ölkələr sıraında yer alır. Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq pandemiya şəraitində insanların sağlamlığının qorunması və sosial müdafiəsinin təmin edilməsi əsas vəzifələr kimi müəyyənləşdirilib. İndiyədək ölkə ərazisində koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi məqsədilə zəruri olan bütün tədbirlər görülüb. Müxtəlif mərhələlərdə çevik və zəruri qabaqlayıcı addımlar atılıb.
Ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində görülən operativ tədbirlər öz müsbət nəticələrini verir
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən zəruri tədbirlərin miqyası kifayət qədər genişdir və müxtəlif istiqamətləri əhatə edir. Ölkəmizdə müvafiq dövlət qurumlarının çevik və koordinasiya olunmuş fəaliyyətini təmin etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və dövlət başçısının tapşırığı əsasında geniş Tədbirlər Planı təsdiqlənib. Mart ayının 3-dən etibarən respublika üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırılıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və yaxud ləğv edilib. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilib. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan olunub. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyətinin tətbiqinə başlanılıb. Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılıb.
Respublikamızda pandemiya ilə mübarizə çərçivəsində reallaşdırılan sərt məhdudlaşdırıcı və sosial izolyasiya tədbirləri paralel şəkildə səhiyyə xidmətlərinin gücləndirilməsi ilə tamamlanır. Ölkəmizdə qısa müddətdə səhiyyə müəssisələri, həkim personalı pandemiyaya qarşı mübarizəyə səfərbər edilib. Hazırda republikamızın müxtəlif bölgələrində virusa yoluxma hallarını erkən mərhələdə dəqiqliklə müəyyənləşdirməyə imkan verən 18 laboratoriya fəaliyyət göstərir. Respublikanın 22 ən yaxşı xəstəxanası koronavirus xəstələrinin müalicəsinə cəlb olunub. Bir qədər bundan əvvəl Prezident İlham Əlyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni Klinika” da belə xəstəxanalar sırasındadır. Eyni zamanda, qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Artıq bu xəstəxanaların tikintisinə start verilib. Respublikamızda qısa müddətdə tibbi maska istehsalının, dezinfeksiyaedici maddələrin istehsalının qaydaya salınması da mühüm hadisədir.
Ölkımizdə pandemiya ilə mübarizə tədbirləri çərçivəsində qarşıya qoyulan əsas məqsədlərdən də biri virusa yoluxma hallarının erkən mərhələdə aşkarlanmasıdır. İndiyə kimi ölkə üzrə bu məqsədlə 120 mindən çox test keçirilib və respublikamız bəhs olunan göstəriciyə görə bütün dünyada öncül yerlərdən birini tutur.
Həyata keçirilən bu və ya digər tədbirlər öz müsbət nəticələrini verir. Artıq respublikamızda virusa yoluxma dinamikasında müsbət tendensiya müşahidə edilir. Belə ki, sağalan xəstələrin sayı virusa yeni yoluxanların sayını üstələyir. Bu müsbət dinamika nəzərə alınaraq ölkəmizdə aprelin 27-dən etibarən xüsusi karantin rejimində müəyyən yumşalmalar edilib. Bütövlükdə, ölkəmizdə məhdudlaşdırıcı rejimin aradan qaldırılmasını mərhələlərlə həyata keçirmək nəzərdə tutulub.
Xəstəliyin dinamikasında yenidən artım baş verərsə, karantin rejimi bir daha sərtləşdirilə bilər
Yeri gəlmişkən, bütün bu sadalananların fonunda hazırda xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar əhalidə təhlükənin sovuşduğu əhval-ruhiyyəsi yarana bilər. Lakin mütəxəssislərin də qeyd etdikləri kimi, xəstəliyə yoluxmada müsbət dinamikanın müşahidə edilməsi və karantin rejiminin müəyyən dərəcədə yumşaldılması heç də pandemiyaya qarşı mübarizənin bütünlüklə bitməsi anlamına gəlmir. Yəni hələlik arxayınlıq üçün heç bir əsas yoxdur. Daha dəqiq desək, karantin rejimindəki məhdudiyyətlərin bəziləri aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər. İnsanlar bilməlidirlər ki, COVID-19 xəstəliyi ilə mübarizə uzunmüddətli prosesdir. Bu səbəbdən də mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Bu məqsədlə gigiyena qaydalarına daha ciddi riayət edilməlidir. Eyni zamanda, xüsusilə yaşı 65 dən artıq olan vətəndaşlarımızın hələ bir müddət də evdə qalması həm onların özləri, həm də cəmiyyətimiz üçün vacibdir.
Yuxarıda vurğuladığımız kimi, ölkə ərazisində xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli şəkildə yumşaldılması nəzərdə tutulub. Ancaq unutmamalıyıq ki, epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında yenidən artım baş verərsə, karantin rejimi bir daha sərtləşdirilə və müvafiq məhdudiyyətlərin tətbiqi təkrarlana bilər. Bu səbəbdən indiki vəziyyətdə hər şey insanlardan, yəni hər birimizdən asılıdır. Yəni bilməliyik ki, məhdudiyyətlər götürülsə belə, əgər bizlər profilaktik tədbirlərə, sanitar normalara uygun davranmasaq, yoluxma halları çoxala bilər. Bu təhlükə realdır və tibbi mütəxəssislərin də ümumi qənaəti budur ki, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməli, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik distansiya və digər sosial təcrid tələblərinə riayət etməlidirlər.
Beləliklə, bundan sonra da hər birimizin üzərinə düşən əsas vəzifə xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblərə riayət etməkdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05

