Kənan Quluzadə: “Beşbarmaq dağı” ölkənin milli tarixi üçün böyük əhəmiyyət kəsb edir
09.06.2020 [17:19]
“Beşbarmaq dağı” ölkənin milli tarixi üçün böyük əhəmiyyət kəsb edir. Hər il bu ərazini on minlərlə yerli və xarici turist ziyarət edir. Dövlət Turizm Agentliyinin həyata keçirdiyi sahə tədqiqatları və müşahidələrindən ortaya çıxan nəticələr göstərir ki, ərazi dini-mənəvi destinasiya olmaqla yanaşı həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malikdir. “Beşbarmaq dağı” təbiət abidəsinin ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc, ilk dəmir dövrünə aid yaşayış yeri, Azərbaycan xalqı tərəfindən müqəddəs bilinən Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid Karvansaray qalıqları, müdafiə səddi) mövcuddur. Azərbaycanın əsas turizm koridorlarından biri hesab edilən şimal xətti üzrə Bakı və ölkənin şimalında yerləşən digər əsas turizm destinasiyaları (Qalaaltı, Quba, Qusar, Şahdağ, Xınalıq və s.) arasında yerləşən Beşbarmaq ərazisi turizm axınının əsas ziyarət mərkəzlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
O bildirib ki, turistlər tərəfindən maraqla qarşılanan potensial turizm nümayiş obyektləri sırasında olduğunu nəzərə alaraq, Beşbarmaq ətrafında abidə qoruğunun təşkil edilməsi, müasir turizm infrastrukturunun yaradılması zərurəti yaranıb. Bu infrastrukturun yaradılması “Beşbarmaq dağı”, ətraf ərazilərdə yerləşən tarixi-mədəni irs nümunələri haqqında ictimai maarifləndirmənin artmasına və təbii irs kimi onların təbliğinə, qorunmasına şərait yaradacaq. Eyni zamanda, yaradılan yeni qoruq idarəsi və turizm infrastrukturu turist məmnunluğunu artırmaqla yanaşı yerli əhali, xüsusi ilə ətraf ərazilərdə məskunlaşmış insanlar üçün yeni iş yerlərinin açılmasına şərait yaradacaq.
Onun sözlərinə görə, qeyd olunan yeni qoruq idarəsinin tərkib hissəsi kimi ziyarətçilərə müxtəlif xidmətlər təklif edəcək iaşə və əyləncə obyektləri fəaliyyət göstərəcək. Bu da öz növbəsində qanunla müəyyən edilmiş qaydada mövcud resurslardan, xüsusi ilə turizm imkanlarından istifadə edərək gəlir əldə etmək potensialı yaradacaq. Əldə olunan gəlirlər mədəni irsin qorunmasına yönəldiləcək.
Burada nəzərdə tutulur:
- Beşbarmaq dağından piyada gəzinti yolları ilə turistlərə ətrafda yerləşən palçıq vulkanlarına və nadir landşafta sahib Xızı rayonuna (Altıağaca) doğru piyada gəzintilər və safari turlarının təklif edilməsi;
- Beşbarmaq ərazisi köçəri quşların müşahidəsi adlı turizm fəaliyyəti üçün dünyada çox nadir hallarda rast gəlinən ərazilərdən biridir. Belə ki, hər il milyonlarla köçəri quş bu ərazidən keçməklə cənuba doğru köç edir. Ona görə də Beşbarmaq ərazisində dünyada populyarlıq qazanan “Quş Müşahidəsi” turizminin inkişaf etdirilməsi;
- Beşbarmaq dağı və ətrafı ziyarətçilər tərəfindən müqəddəs hesab edilən bir məkandır və yüz minlərlə şəxs bu ərazini ziyarət edir, qurban kəsir və nəzir verir. Bu mənada Türkiyə, İran, Yaxın Şərq və digər müsəlman ölkələrindən Azərbaycana gələn ziyarətçilər üçün ölkədəki dini turizm potensialının inkişaf etdirilməsi;
- Qayaya dırmanma, atçılıq, hipoterapiya və s. turizm məhsullarının inkişaf etdirilməsi.
Əldə olunan gəlirlər həmin turizm nümayiş obyektinin saxlanılmasına və fəaliyyətinin tənzimlənməsinə yönəldiləcək. İlk öncə dövlət büdcəsindən ayrılan investisiyalar nəticəsində onlar yenidən qurulacaq və istifadəyə veriləcək. Turizmin inkişafı üçün şərait yaradılandan sonra həmin obyektdə turizm məhsulları yaradılacaq, o əsas turizm marşrutlarına salınacaq və turizm sənayesi nümayəndələri ora cəlb ediləcək. Turizmin inkişafı nəticəsində gəlirlər artacaq və bu gəlirlər dolayısı ilə təbii irsimizin qorunmasına sərf ediləcək.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

