Karantin rejiminin qaydalarına riayət olunması hər kəsin vətəndaşlıq borcudur
17.06.2020 [08:55]
Rafiq Bayramov: Vətəndaşlar qoruyucu vasitələrdən istifadə tələbinə, bir-biri ilə yaxın təmasdan çəkinməyə əməl etməsələr, virusla mübarizə aparmaq da çətin olacaq
Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ilkin hallar üzə çıxdığı andan etibarən ölkəmizdə dövlət tərəfindən atılan addımlar, reallaşdırılan təxirəsalınmaz tədbirlər nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayının minimuma endirildiyi, ölüm hallarının çox aşağı səviyyədə olduğu bəllidir. Təəssüflə qeyd etmək lazımdır ki, xüsusi karantin rejiminin yumşaldılmasının ardından ölkəmizdə bu infeksiyaya yoluxma halları yenidən artıb. Bunun başlıca səbəbi isə vətəndaşların məsələyə, necə deyərlər, loyal yanaşmasındadır. Əksər ekspertlərin vurğuladıqları kimi, hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından birbaşa asılıdır.
Təhlükəli virusdan qorunmağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir
Mütəxəssislər qeyd edirlər ki, ölkədə karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artma müşahidə edilməsinin əsas səbəbi bəzi vətəndaşların sanitar-epidemioloji qaydalara məhəl qoymamaları, qoruyucu vasitələrdən istifadə etməmələri, o cümlədən də tibbi maska taxmamaları ilə bağlıdır. İstər ÜST təmsilçilərinin, istərsə də yerli tibb mütəxəssislərimizin bəyan etdikləri kimi pandemiya şəraitində təhlükəli virusdan qorunmağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir. Çünki tibbi maska həm COVİD-19 daşıyıcılarının ətrafa virus yaymalarının qarşısını alır, həm də onlarla təmasda olan, yaxın məsafədə dayanan insanların burun, ağız və müəyyən dərəcədə də üz nayihələrinə virus düşməsinə imkan vermir. Mütəxəssislərin qənaətinə görə, maska taxmaq virusa yoluxma riskini 90 faizədək azaldır.
İctimai yerlərdə, qapalı və insanların sıx toplaşdığı məkanlarda qoruyucu maskalardan istifadə zəruridir
Azərbaycan Tibb Universitetinin (ATU) ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramovun sözlərinə görə, ictimai yerlərdə, qapalı, o cümlədən əhalinin sıx toplaşdığı məkanlarda qoruyucu maskalardan istifadə zəruridir. Bu, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üçün əsas amillərdən biridir: “Təəssüf ki, tibbi maskaların taxılması, ondan istifadə edilməsi bəzi vətəndaşlar tərəfindən birmənalı qarşılanmır. Hər birimiz marketlərdə, avtobus dayanacaqlarında, bir sıra inzibati idarələrdə bəzi vətəndaşların qoruyucu tibbi maskalardan istifadə etmədiyinin şahidi oluruq. Bəziləri isə ağız və burun boşluğunu maska ilə örtmək əvəzinə, onu çənələrinin altında saxlayırlar”.
Kimsə ətrafındakıların infeksiyaya yoluxub-yoluxmadığını bilmir, ona görə də hər kəsin tibbi maska taxması tövsiyə olunur
Mütəxəssisin sözlərinə görə, karantin rejiminin qaydalarına əməl olunması hər kəsin vətəndaşlıq borcudur: “Həmrəylik göstərərək birgə mübarizə aparmasaq, COVID-19-a qalib gəlmək mümkünsüzdür. Çünki infeksiyanın yayılma sürəti kifayət qədər yüksəkdir. Buna görə də vətəndaşlar qoruyucu vasitələrdən istifadəyə, bir-biri ilə yaxın təmasdan çəkinməyə əməl etməsələr, virusla mübarizə aparmaq da çətin olacaq. Düzdür, infeksiyaya yoluxan və xəstələnənlərin maska taxması daha vacibdir. Lakin kimsə ətrafındakı insanların infeksiyaya yoluxub-yoluxmadığını bilmir. Ona görə də hər kəsin maska taxması tövsiyə olunur”.
Həmrəy olaraq, birgə mübarizə apararaq “gözəgörünməz düşmən”lə savaşdan qalib ayrıla bilərik
Rafiq Bayramov onu da qeyd edib ki, əksər hallarda COVID-19-a yoluxan insanlar özlərində heç bir klinik əlamət hiss etmirlər. Bu baxımdan, həmin şəxslərin ictimai yerlərdə, əhalinin sıx toplaşdığı digər yerlərdə sağlam insanları yoluxdura biləcəyi labüddür. “Buna görə də pandemiya dövründə hər kəsin qoruyucu tibbi maskalardan istifadə etməsi, sosial məsafəni saxlaması və zərurət olmadıqca evdən çıxmaması çox vacibdir. Həmrəy olaraq, birgə mübarizə apararaq “gözəgörünməz düşmən”lə savaşdan qalib ayrıla bilərik”, - deyə R.Bayramov qeyd edib.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

