Koronavirus pandemiyası ilə mübarizədə vətəndaş məsuliyyəti vacib amildir
18.06.2020 [08:55]
Ekspertlər hesab edirlər ki, insanlar virusun geniş yayılmasının qarşısının alınması üçün müəyyən olunmuş qaydalara ciddi şəkildə əməl etməlidirlər
Məlum olduğu kimi, ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının qeydə alındığı ilk vaxtdan dövlət tərəfindən həyata keçirilən tədbirlər, tətbiq olunan qadağalar öz müsbət nəticəsini vermişdi. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, infeksiyaının geniş yayılmasına qarşı tətbiq olunan karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artma müşahidə edilir. Bunun səbəbi insanlar arasında bir arxayınlıq yaranması, bəzi vətəndaşların qoruyucu vasitələrdən istifadə etməmələri, o cümlədən tibbi maska taxmamaları ilə bağlıdır. Xatırladaq ki, son vaxtlar yaranmış vəziyyətlə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərarlar verib. Həmin qərarlara əsasən müəyyən edilmiş yerlərdə tibbi maskalardan istifadənin məcburiliyi təsbit edilib, həftə sonları karantin rejimi gücləndirilib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nizami Cəfərov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı qabaqlayıcı təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi barədə verdiyi qərarlar vəziyyətin qısa müddətdə nəzarətə alınmasını təmin etdi. Onun sözlərinə görə, dövlətimizin başçısı dəfələrlə qeyd edib ki, əsas məsələ insanların sağlamlığı, təhlükəsiz və təminatlı həyatıdır: “Hazırkı çətin qlobal vəziyyətdə xüsusi tibbi avadanlıqların respublikaya gətirilməsi, tibbi maskaların, dezinfeksiyaedici vasitələrin ölkə daxilində istehsalının təşkili, yeni xəstəxanaların qurulması, insanların sosial müdafiəsi istiqamətində atılan addımlar öz müsbət nəticəsini verməkdədir”.
Millət vəkili söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın pandemiyaya qarşı fədakarlıqla mübarizəsi xalqın dövlətə inam və etimadını daha da gücləndirib: “Bunu hər bir vətəndaş ifadə edir və yazılan minnətdarlıq məktubları da bunun əyani sübutudur. Amma bu bəlaya tam qalib gəlmək üçün hər birimiz öz məsuliyyətimizi dərk etməli, karantin rejimi qaydalarına ciddi riayət olunmalı, tibbi maskalardan istifadə etməliyik. Əgər dövlətimizin başçısı qapalı yerlərdə tibbi maskadan istifadə edirsə, bu, hər bir şəxsə nümunə olmalıdır. Çünki qaydalara əməl etməyimiz, nəticə etibarilə, sağlamlığımızın qorunması deməkdir. Ona görə də mən hər bir vətəndaşımızı məsuliyyətli olmağa çağırıram”.
“Son günlər koronavirusa yoluxan insanların sayında artımın müşahidə edilməsi göstərir ki, sosial məsuliyyətimizi daha da artırmalıyıq”. Bu fikirləri isə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda görülən sistemli tədbirlər nəticəsində virusun ölkə ərazisində geniş yayılmasının qarşısını almaq mümkün oldu: “Dövlət tərəfindən görülən genişmiqyaslı tədbirlər nəticəsində ölkədə epidemioloji vəziyyət nəzarətə alındı. Lakin təəssüflər olsun ki, aprelin 27-dən xüsusi karantin rejimində yumşalmaların edilməsindən sonra insanlarda müəyyən arxayınlıq yarandı ki, bu da virusa yoluxanların sayında artıma səbəb oldu. Əlbəttə ki, yoluxmaların artımı insanlarımızın həyatını təhlükə qarşısında qoyur və eyni zamanda, sərt karantin rejiminin tətbiq edilməsini zərurətə çevirir. Bu baxımdan, yoluxmaların qarşısının alınması üçün insanlar karantin rejiminin tələblərinə əməl etməli, tibbi maskalardan istifadə olunmalı, zərurət olmadıqda evdən çıxmamalıdırlar”.
S.Hüseynova bildirib ki, hər kəsin tibbi maskadan istifadə etməsi virusun yoluxma ehtimalını 90-95 faiz azaldır: “Bu baxımdan, vətəndaşlarımız da özlərini və yaxınlarını bu bəladan qorumaq və pandemiyanın ölkəmizdə daha tez bitməsi üçün bu qaydalara ciddi şəkildə riayət etməlidirlər. Əks halda, biz bu virusdan çox əziyyət çəkəcəyik, itkilərimiz çoxalacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

