Qafqaz Müsəlmanları İdarəsinin sədri şəhid generalın ailəsi ilə görüşüb
31.07.2020 [11:08]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Ordusunun şəhid general-mayoru Polad Həşimovun doğulub boya-başa çatdığı Qəbələ rayonunun Vəndam kəndində olub.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şəhidin ata ocağını ziyarət edən Allahşükür Paşazadə xalqımızın qəhrəman oğlu Polad Həşimovun əziz xatirəsini anmaq üçün məhz bu günü - müqəddəs Qurban bayramının Ərəfə gününü seçdiyini xüsusi vurğulayıb. QMİ sədri bildirib ki, əzəmətli Ərəfə günü Həcc ziyarəti zamanı xüsusi önəm kəsb edən mübarək zamandır. Builki Ərəfəni qəhrəman şəhid ocağında keçirərək şəhidimizin mübarək ruhunu yad etməkdən şərəf və qürur duyduğunu qeyd edən Şeyxülislam Allahşükür Paşazadə Vətəni sevməyin imandan olduğunu xatırladıb. Bildirib ki, Vətən torpağı uğrunda şəhid olanlar, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksəlmişlər.
Şeyxülislam Allahşükür Paşazadə haqq işimiz uğrunda mübarizədə canını fəda etmiş general-mayor Polad Həşimovun atasına və övladlarına başsağlığı verib, ikinci Fəxri xiyabanda uyuyan qəhrəman hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhuna dualar oxuduğunu bildirib. Qeyd edib ki, düşmənin sərhədlərimizdə törətdiyi son məkrli təxribat zamanı qəhrəman zabit və əsgərlərimiz şəhid olub, dinc sakin qətlə yetirilib. QMİ sədri Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizi yad edib, Tovuz rayonu istiqamətində düşmən təxribatı zamanı şəhid olmuş 12 hərbçimizin xatirəsini anıb, Allahdan onlara rəhmət diləyib.
QMİ sədrinin birinci müavini Müfti Salman Musayev şəhidlərimizin ruhuna dualar oxuyub.
Şəhidin ailəsi ilə səmimi söhbət edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqının qəhrəman oğulları ilə fəxr etdiyini, onların xatirəsini əziz tutduğunu və qanlarının yerdə qalmaması üçün mübarizəyə hər zaman hazır olduğunu vurğulayıb. QMİ sədri əmin olduğunu bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik dövlətçilik xətti və qətiyyətli siyasi iradəsi sayəsində, inşallah, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, düşmən layiqli cəzasını alacaq, şəhidlərimizin qanı ilə suvarılmış Vətən torpağı işğaldan azad olunacaq və biz bütün bayramlarımızı könül xoşluğu ilə qeyd edəcəyik. QMİ sədri Azərbaycan Prezidentinin Qəbələyə səfəri zamanı şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi ilə bağlı qərarını yüksək dəyərləndirib. Bildirib ki, bu, Azərbaycan xalqının öz qəhrəman övladlarına verdiyi dəyərin təzahürü olaraq gənc nəslin vətənpərvərlik ruhunu dərinləşdirən məqamlardandır.
Ziyarətdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatı Cavanşir Paşazadə iyulun 12-də erməni quldurlarının Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri hərbi təxribat zamanı şəhid olan Azərbaycan Ordusunun qəhrəman zabit və əsgərlərinin ruhlarını ehtiramla anıblar, general Polad Həşimovun ailə üzvlərinə, yaxınlarına dərin hüznlə başsağlığı veriblər. Komitə sədri çıxışında Azərbaycan Prezidentinin ərazi bütövlüyümüzün təmini, haqq işimizin qələbəsi yönündə yorulmaz fəaliyyəti barədə məlumat verib, Azərbaycan dövlətinin şəhid ailələrini hər zaman diqqət və qayğı ilə əhatə etdiyini, onların xatirəsini əbədiləşdirmək, qanlarının yerdə qalmaması üçün lazım olan bütün addımları atdığını vurğulayıb.
Şəhid generalın ailəsi ilə görüşdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak ediblər.
Şəhid Polad Həşimovun ailəsi Şeyxülislam Allahşükür Paşazadəyə və onunla bərabər təşrif buyuran bütün şəxslərə dərin minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

