COVID-19 infeksiyasına yoluxma riskini artıran kütləvi toplaşmalar yolverilməzdir
21.08.2020 [09:18]
Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirus infeksiyası ilə mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər
Pandemiya şəraitində Azərbaycan dövləti əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında COVID-19 infeksiyasına yoluxma riskini artıran kütləvi toplaşmaların qarşısının alınması mühüm yer tutur. Vurğulamaq lazımdır ki, böyük ticarət mərkəzləri, şadlıq evləri, yas mərasimlərinin keçirildiyi məkanlar insanların daha sıx və kütləvi toplandığı ərazilər sayıldığı üçün onların fəaliyyəti müəyyən müddət üçün dayandırılıb. O cümlədən hazırda pandemiya şəraitində məscidlər dini ayinlərə bağlıdır. Bu isə insanların sağlamlığının qorunmasına xidmət edir. Çünki məscidlərdə dini ayinlərin yerinə yetirilməsi zamanı kütləvilik yaşanması COVID-19-a yoluxma riskini artırmış olar.
Qeyd etmək vacibdir ki, Məhərrəmlik ayı və Aşura bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə təsadüf edir. Öz növbəsində, Azərbaycan möminləri, inanclı şəxslər dövlətin bu sahədə qəbul etdiyi qərarlara böyük hörmətlə yanaşır, gördüyü işləri yüksək qiymətləndirir və yüksək məsuliyyət və intizamlı davranışla qlobal bəla ilə mübarizəyə güc qatırlar. Mütəxəssislər də qeyd edirlər ki, Aşura ilə əlaqədar kütləvi dini tədbirlərin, ayinlərin keçirilməsi ölkədə yeni növ koronavirus infeksiyası ilə mübarizədə əldə edilmiş uğurlara zərbə vura, vəziyyətin yenidən pisləşməsinə, karantin rejimininin daha da uzanmasına və ya yenidən sərtləşdirilməsinə səbəb ola bilər. Xarici ölkələrin təcrübəsi də göstərir ki, dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması həmin ölkələrdə epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Deməli, bu məsələdə xüsusi riskə getməmək və əldə olunan uğurların davamını təmin etmək başlıca şərtdir. Beləliklə, kütləviliyi ilə seçilən, sosial məsafənin saxlanması mümkün olmayan Aşura mərasiminin izdihamla keçirilməsi, yürüşlər təşkil olunması, məscidlərin, ziyarətgahların qarşısında toplaşmaq insanlarımız və cəmiyyətimiz üçün böyük təhlükədir.
Yeri gəlmişkən, Ağdam rayon Xındırıstan kənd məscidi dini icmasının sədri Barat Bağırov KİV-ə açıqlamasında deyib ki, dövlətimiz tərəfindən pandemiyanın qarşısının alınması, vətəndaşların təhlükəsizliyi və sağlamlığının qorunması üçün lazımi tədbirlər görülür. Bütün dünyada, o cümlədən Azərbaycanda xəstəliyin geniş yayılmaması üçün kütləvi tədbirlər qadağan olunub. Lakin təəssüf ki, xəstəliyə yoluxma halları davam etməkdədir: “Odur ki, hər bir vətəndaş, o cümlədən dindarlar Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qayda və tələblərə əməl etməli, kütləvi mərasimlər təşkil olunmamalıdır”.
Bu il pandemiya ilə əlaqədar Azərbaycanda Ramazan və Qurban bayramları ilə bağlı məscidlərdə ənənəvi bayram namazlarının da qılınmadığını qeyd edən dini icmanın sədri xalqımızın hazırkı çətinliyi geridə qoyacağına, dini tədbirlərini növbəti illərdə davam etdirəcəyinə əminliyini bildirib.
“Xaçmazlı möminlər bu il koronavirusla bağlı yaranmış olduqca təhlükəli və riskli şəraitə görə dini mərasimlərlə bağlı verilən qərarları anlayışla və həmrəyliklə qarşılayırlar. Ölkəmizdəki epidemioloji vəziyyət nəzərə alınmaqla, bu il Azərbaycanda Ramazan və Qurban bayramları ilə əlaqədar məscidlərdə ənənəvi bayram namazları qılınmayıb. Hətta islamın vacib şərtlərindən biri olan Həcc ziyarəti dayandırılıb. Belə olan vəziyyətdə Aşura mərasiminin məscidlərdə qeyd olunmamasını da anlayışla qarşılamalıyıq. Bu, kütləvi tədbirlərlə əlaqədar bu vaxta qədər verilmiş qərarların məntiqi davamıdır. Azərbaycan dövləti əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu addımları atır”. Bu fikirləri isə KİV-ə açıqlamasında Xaçmaz “Təzə Şəhər” məscidinin axundu Yaşar Rzayev söyləyib.
O bildirib ki, hazırda dünya çətin sınaqdan keçir. Bu imtahandan üzüağ çıxmaq üçün vətəndaşlarımız həmrəylik göstərməli, verilən qərarlara diqqətlə əməl etməlidirlər: “Bu bəşəri bəlanın təhlükəsi səngiməyib. Biz görürük ki, bir sıra ölkələrdə pandemiyanın ikinci dalğası başlayıb. Bəzi ölkələrdə dini ibadət yerlərinin kütləvi tədbirlər üçün açılması epidemioloji vəziyyətə olduqca mənfi təsir göstərir. Biz bundan nəticə çıxarmalı, eyni nöqsanlara yol verməməliyik. İnşallah, bu xəstəliyə tezliklə qalib gələcək, pandemiya başa çatandan sonra yenə də dini mərasimlərimizi yüksək səviyyədə qeyd edəcəyik”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
21 Sentyabr 23:34
İqtisadiyyat
21 Sentyabr 23:19
Sosial
21 Sentyabr 22:56
Dünya
21 Sentyabr 22:20
Dünya
21 Sentyabr 21:43
Dünya
21 Sentyabr 21:15
Dünya
21 Sentyabr 20:58
Dünya
21 Sentyabr 20:26
Dünya
21 Sentyabr 19:41
Sosial
21 Sentyabr 19:34
Dünya
21 Sentyabr 19:14
YAP xəbərləri
21 Sentyabr 19:00
İqtisadiyyat
21 Sentyabr 18:41
Sosial
21 Sentyabr 18:15
YAP xəbərləri
21 Sentyabr 18:10
Sosial
21 Sentyabr 18:10
YAP xəbərləri
21 Sentyabr 18:06
Sosial
21 Sentyabr 18:05
YAP xəbərləri
21 Sentyabr 17:53
Dünya
21 Sentyabr 17:47
İdman
21 Sentyabr 17:31
Dünya
21 Sentyabr 17:25
İdman
21 Sentyabr 16:46
YAP xəbərləri
21 Sentyabr 16:41
Elm
21 Sentyabr 16:19
Elm
21 Sentyabr 15:48
YAP xəbərləri
21 Sentyabr 15:15
YAP xəbərləri
21 Sentyabr 14:53
İdman
21 Sentyabr 14:36
Formula 1
21 Sentyabr 14:35
Elm
21 Sentyabr 14:27
YAP xəbərləri
21 Sentyabr 14:23
Siyasət
21 Sentyabr 13:34
Sosial
21 Sentyabr 13:27
Sosial
21 Sentyabr 13:25
Hadisə
21 Sentyabr 13:24
YAP xəbərləri
21 Sentyabr 13:21
Xəbər lenti
21 Sentyabr 12:45
YAP xəbərləri
21 Sentyabr 12:37
Siyasət
21 Sentyabr 12:27
İqtisadiyyat
21 Sentyabr 11:43
İqtisadiyyat
21 Sentyabr 11:42
Dünya
21 Sentyabr 11:41
Dünya
21 Sentyabr 11:40
Siyasət
21 Sentyabr 11:38
Dünya
21 Sentyabr 11:19
Siyasət
21 Sentyabr 11:12
Hadisə
21 Sentyabr 11:09
Sosial
21 Sentyabr 11:00
Dünya
21 Sentyabr 10:57
Avropa
21 Sentyabr 10:53
İqtisadiyyat
21 Sentyabr 10:47
Daxili siyasət
21 Sentyabr 10:43
Sosial
21 Sentyabr 10:40
Dünya
21 Sentyabr 10:25
Xəbər lenti
21 Sentyabr 10:21
Dünya
21 Sentyabr 09:42
Dünya
21 Sentyabr 09:16
Dünya
21 Sentyabr 08:58
Dünya
20 Sentyabr 23:18
Hadisə
20 Sentyabr 22:31
Sosial
20 Sentyabr 21:13
Dünya
20 Sentyabr 20:35
Dünya
20 Sentyabr 19:21
Dünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19

