Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi mövzusunda onlayn müzakirə keçirilib
22.08.2020 [14:04]
Xəbər verildiyi kimi, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrasına başlayıb.
Təşkilatdan verilən məlumata görə, İcra Planının şərtlərinə uyğun olaraq layihənin ilk onlayn ictimai müzakirəsi keçirilib.Onlarla şəxsin iştirakı ilə keçirilən tədbirdə mövzunun aktuallığı və vacibliyi qeyd olunub, diqqətə çatdırılıb ki, sözügedən məsələyə önəm verilməsi günümüzün tələbidir, belə görüşlər bu sahədə müəyyən irəliləyişlərə səbəb olacaq.
Tədbiri açıq elan edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov qonaqları salamlayaraq nəzərə çatdırıb ki, vətəndaş cəmiyyətinin üzvləri, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaq olduqca əhəmiyyətlidir.O, əlavə edib ki, əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.
Sədr müavini sonra sözü Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi, layihələr üzrə əlaqələndirici Ülvi Allahverdiliyə verib.O, təmsil etdiyi qurum barədə ətraflı məlumat verib və aktuallıq kəsb edən mövzular üzrə layihələrin icrasında Şuranın da maraqlı olduğunu diqqətə çatdırıb.İlk dəfə olaraq müxtəlif qurumlarla birgə keçirilən qrant müsabiqəsinin əhəmiyyətinə toxunan Ü.Allahverdili vurğulayıb ki, bu məsələdə əsas hədəf və məqsəd layihələrin daha peşəkar səviyyədə icrasıdır.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi Müsfiq Ələsgərli isə beynəlxalq təcrübədən, sosial şəbəkələrdə yayılan xəbərlərin hüquqi tənzimlənməsindən, şəxsi həyatın toxunulmazlığından, təhqirlə tənqidin fərqindən, fərdi məlumatların yayılmasından, Azərbaycan seqmentində ciddi problemlərin olmasından, təmsil etdiyi qurum – Mətbuat Şurasının neqativ hallara qarşı atdığı addımlardan bəhs edib.
Professor, tibb elmləri doktoru, məhkəmə-tibbi ekspert, Azərbaycan Tibb Universitetinin (ATU) Məhkəmə Təbabəti kafedrasının professor,YUNESKO-nun Bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri Vüqar Məmmədov pandemiya dövründə sosial şəbəkələrdən istifadənin daha da aktuallıq kəsb etdiyini xatırladaraq, COVİD-19 virusu ilə bağlı həm də psixoloji təsirlərdən, bəzən yanlış, düzgün analiz olunmamış xəbərlərin insanlara mənfi təsirlərindən danışıb.
İKT üzrə ekspert Əlimərdan Sultanov, Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli, APA TV-nin proqram direktoru Rauf Rəcəbov,Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin keçmiş icraçı direktoru Aygül İsayeva və digər qonaqlar da mövzu ilə bağlı fikrilərini bölüşür, sosial şəbəkələrdə yayılan bəzi yalan xəbərlərin müəyyənləşdirilməsi, eləcə də sərhəddə erməni təxribatlarının əsl mahiyyətindən danışıblar.
Qeyd edək ki, onlayn müzakirədə Azərbaycan Texniki Universitetinin tələbələri, gənclər sahəsində fəaliyyət göstərən “İRƏLİ” İctimai Birliyinin üzvləri və digər şəxslər iştirak ediblər.
Onu da qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.
Xatırladaq ki, layihənin icra müddəti üç aydır və bu dövr ərzində Bakı, Sumqayıt və Gəncə sakinləri ilə onlayn müzakirələr keçiriləcək, xüsusi kitabçalar hazırlanacaq, mövzu ilə əlaqədar sorğular təşkil olunacaq, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 23:48
Dünya
04 Avqust 23:24
Dünya
04 Avqust 22:56
Dünya
04 Avqust 22:15
Dünya
04 Avqust 21:54
Dünya
04 Avqust 21:23
Dünya
04 Avqust 20:57
Dünya
04 Avqust 20:26
Dünya
04 Avqust 19:50
Dünya
04 Avqust 19:35
Dünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Siyasət
04 Avqust 12:59
Siyasət
04 Avqust 12:55
Siyasət
04 Avqust 12:54
Siyasət
04 Avqust 12:53
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17

