Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir
18.09.2020 [09:12]
Ekspertlərin fikrincə, təhsil sahəsində həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, dövlətimiz bu istiqamətdə məqsədyönlü və uğurlu siyasət həyata keçirir
Məlum olduğu kimi, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Onu da qeyd edək ki, təhsilin inkişafı istiqamətində həyata keçirilən işlər davamlı xarakter daşıyır və pandemiya dövründə atılan addımlar da bunu bir daha təsdiqləyir. Elə Prezident İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində də bu məqama toxunulub. Müraciətdə qeyd olunduğu kimi, yeni dərs ili yeni formatda təşkil edilib. Bunun əsas məqsədi şagirdləri, təhsil işçilərini və ümumilikdə vətəndaşlarımızı pandemiyadan qorumaqdır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, pandemiya dünyanın əksər ölkələrində müəyyən çətinliklər yaradıb: “Azərbaycan da sözsüz ki, pandemiyanın zərərləri ilə üzləşən ölkələrdəndir. Amma bütün bunlara baxmayaraq ölkəmizdə heç bir sosial layihə ixtisara salınmadı. Yeni məktəblər inşa, təmir və bərpa olundu. Eyni zamanda bu il 147 məktəb məktəbin inşası nəzərdə tutulub. Ümumiyyətlə isə, son 17 ildə ölkəmizdə 3700 məktəb tikilib”.
Millət vəkili deyib ki, son illər Heydər Əliyev Fondunun xətti ilə də çoxlu sayda məktəbin tikintisi həyata keçirilib: “Bu günlərdə onların bir neçəsinin açılışı keçirildi. Fond öz fəaliyyətində elm və təhsilə xüsusi önəm verir”.
Artıq ali və orta təhsil müəssisələrinin tədris ilinə tam hazır olduğunu deyən deputatın sözlərinə görə, bütün bunlara bu sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində nail olunub: “Hər il tədris ili ərəfəsində təhsil sahəsində yeniliklərin şahidi oluruq. Son bir neçə gündə İqtisad və ADA universitetlərinin yeni korpuslarının istifadəyə verilməsi, yeni orta məktəblərin inşası, təmir və bərpası, eyni zamanda təhsilə ayrılan büdcə vəsaitinin artırılması bu fikri bilavasitə təsdiq edir”.
“Ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikilməsi, təhsil müəssisələrinin ən müasir avadanlıqlarla təmin olunması istiqamətində mühüm işlər həyata keçirilir. Dünyada COVID-19 pandemiyasının tüğyan etdiyi, ölkələrin iqtisadiyyatının iflic olduğu bir vaxtda heç bir ölkədə bu sahənin inkişafı ilə bağlı layihələr reallaşmır. Sosial sahələrə, xüsusilə təhsillə bağlı işlərə böyük önəm verilmir. Lakin çətinliklərə baxmayaraq ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən dövlət proqramları və layihələr uğurla davam etdirilir. Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində qeyd etdiyi kimi, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilib”.
Bu fikirləri isə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.
İ.Orucov bildirib ki, bu gün təhsilin, insan kapitalının inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir: “Ölkəmizdə təhsil sahəsinin inkişafında, təhsil infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri xüsusi qeyd etmək olar. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın ən ucqar kəndlərində məktəblərin təmir-tikinti işləri davam etdirilir, təhsil ocaqları müasir avadanlıqlarla təchiz olunur. Bu sahəyə diqqət və qayğı təkcə orta, ümumi təhsillə kifayətlənmir. Peşə təhsilinin inkişafı, ali təhsil sisteminin yenilənməsi, müasir ali məktəb korpuslarının istifadəyə verilməsi, universitetlərdə müasir kitabxana sisteminin qurulması, ali məktəblərin rəqabətədavamlılığının artırılması, yeni peşəkar kadrlarla təmin olunması istiqamətində görülən işlər onu göstərir ki, sosial strateji sahə olaraq təhsilə çox böyük önəm verilir”.
Ekspert qeyd edib ki, bu gün Azərbaycanda dövlət büdcəsində ikinci yeri təhsilə ayrılan vəsait tutur: “Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin hər il artırılması davam edir. Məqsəd güclü, savadlı, intellektli vətəndaş yetişdirmək və Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasında görməkdir. Çünki inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, onların uğurlu gələcəyini təbii resurslar deyil, insan kapitalı, elm, təhsil və bilik təmin edib. Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, dövlətimiz bu istiqamətdə çox məqsədyönlü və uğurlu siyasət qurub. Hər bir ölkənin uğurlu gələcəyini təmin edəcək elm və təhsilə yüksək səviyyədə önəm verir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53

