Hər kəs pandemiyaya qarşı fəal mübarizəyə qoşulmalıdır
29.10.2020 [08:36]
Ekspertlərin fikrincə, Vətən müharibəsinin getdiyi indiki dövrdə cəbhədə əsgərlərimizin sağlamlığının mühafizəsi həm də hər birimizin yerlərdə koronavirusun yayılmasına qarşı görülən tədbirlərə verəcəyimiz dəstəkdən asılıdır
Məlum olduğu kimi, son günlər bütün dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma halları sürətlə artmaqdadır. Bu xoşagəlməz proses Azərbaycandan da yan keçməyib və son vaxtlar ölkəmizdə də COVID-19-a yoluxanların sayında kəskin artım müşahidə edilir. Qeyd edək ki, ölkəmizdə əldə olunmuş müsbət dinamikanın yenidən itirilməsi bir neçə səbəblə bağlıdır: vətəndaşlarda arxayınlığın və laqeydliyin yaranması, xüsusi karantin rejiminə, gigiyena qaydalarına riayət edilməməsi, maskadan istifadə olunmaması. Ekspertlərin fikrincə, Vətən müharibəsinin getdiyi indiki dövrdə cəbhədə əsgərlərimizin sağlamlığının mühafizəsi həm də hər birimizin yerlərdə koronavirusun yayılmasına qarşı görülən tədbirlərə verəcəyimiz dəstəkdən asılıdır.
Məsələyə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib ki, bütün dünyada, o cümlədən Avropa və Amerika ölkələrində, xüsusilə Braziliyada yoluxanların sayı kəskin şəkildə artmaqdadır: “Azərbaycan da dünyanın bir hissəsidir. Ölkəmizdə də yoluxma sayının artmasına havaların soyuması təsir göstərir. Belə ki, soyuq hava yuxarı tənəffüs yollarının müdafiə qabiliyyətini azaldır və bu fonda bütün respirator xəstəliklər, tənəffüs yolu infeksiyaları, o cümlədən COVID-19 da aktivləşir”.
“Digər səbəb isə vətəndaşlardan asılıdır. İnsanların arasında təmasların sayının çoxalması, qorunma tədbirlərinə kifayət qədər riayət olunmaması istər-istəməz yoluxma sayının artmasına gətirib çıxarır. Bu da həndəsi silsilə ilə artıma səbəb olur. Ona görə də, yoluxmanın qarşısını almaq üçün lüzumsuz təmaslardan çəkinməliyik. Təmaslar olduğu təqdirdə hökmən qorunma vasitələrindən istifadə olunmalıdır”, - deyə A.Qurbanov bildirib.
TƏBİB rəsmisi onu da qeyd edib ki, yoluxma sayının kəskin artımı havaların soyuması ilə əlaqəli olsa da, digər tərəfdən, buna vətəndaşların psixoloji cəhətdən COVID-i unutmağı da səbəb olub: “Müharibəyə, cəbhədən gələn xoş xəbərlərə kökləndik. Bu da COVID-i psixoloji olaraq ikinci plana keçirdi və qorunma tədbirlərini unutduq. Əslində hər birimiz koronavirusla mübarizə sahəsində vətəndaş məsuliyyəti nümayiş etdirməklə qələbə gününün yaxınlaşmasına töhfə verə bilərik. Hazırda hamımız çalışmalıyıq ki, koronavirusa yoluxanların sayı çox olmasın. Yoluxanların sayı artdıqca ağır xəstələrin sayı çoxalır, nəticədə səhiyyə sistemi, xəstəxanalar yüklənir. Hazırda xəstəxanalar, səhiyyə sistemi müharibədə iştirak edən əsgərlərimiz üçün lazımdır”.
“Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva isə deyib ki, hazırda ölkəmizdə koronavirusla bağlı vəziyyət nəzarət altında olsa da, son dövrlər Azərbaycanda koronavirusa yoluxanların sayında artımın müşahidə edilməsi təəssüf doğurur: “Yoluxma sayında artımın qeydə alınmasına baxmayaraq, əslində sərt karantin rejimi və qaydaları tətbiq etmədən də koronavirusla mübarizədə qalib gəlmək olar. Bunun üçün sadəcə olaraq, insanlar sadə gigiyena qaydalarına riayət etməli, sosial məsafə saxlamalıdırlar. Koronavirusla mübarizədə son vaxtlar əldə olunan uğurlar cəmiyyətdə vaxtından əvvəl arxayınlıq yaradıb, maskadan və dezinfeksiyaedici vasitələrdən istifadə edilməməsi halları kütləviləşib. Ticarət və iaşə obyektlərində, ictimai nəqliyyatda ciddi pozuntu halları artıq insanları narahat etmir”.
“Digər tərəfdən, Ermənistanın növbəti təxribatı nəticəsində başlanmış müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını arxa plana keçirib. Bu gün biz müəyyən dövlət qurumlarının keçirdiyi monitorinqlər zamanı ictimai iaşə müəssisələrində koronavirusla bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi təlimatlara əməl edilməməsinin şahidi oluruq. Təəssüf ki, bir çox hallarda iaşə müəssisələrinin rəhbərləri də həmin təlimatlara əməl edilməsi ilə bağlı vəziyyətə nəzarət etmirlər. Bu isə sonda yoluxma hallarının artmasına səbəb olur. Biz bu gün təkcə özümüzün deyil, səngərdə döyüşən əsgərlərimizin də sağlamlığını düşünməliyik. Ona görə də tələb edilən hər bir yerdə virusa yoluxmanın azaldılması üçün əlimizdən gələni etməliyik”, - deyə Y.Abdıyeva bildirib.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03

