COVID-19-a qarşı mübarizədə ən effektiv mərhələ vaksinasiya mərhələsidir
29.01.2021 [09:10]
Bir həftədən çoxdur ki, ölkəmizdə əhalinin koronavirusa qarşı vaksinasiyasına başlanılıb. “Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na əsasən, ilk növbədə, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının vaksinasiya edilməsi nəzərdə tutulur. Qeyd edilən strategiyanın əsas məqsədi ölkəmizdə koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva bildirib ki, vaksinasiyanın əhəmiyyəti bu infeksiyaya qarşı orqanizmdə immunitetin yaranmasına nail olmaqla xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və nəticədə, həm də səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir: “COVID-19 pandemiyası zamanı bəzi vətəndaşları tibbi maska istifadəsi və gigiyena qaydaları ilə qoruduq. Həmin üsullarla qoruna bilməyənlər kütləvi məkanlardan uzaq durmaqla mühafizə olundular. Bəziləri özlərində xəstəliyi vaxtında aşkarlayıb izolyasiya olunmaqla ətrafdakıları qorudular. Son və ən effektiv mərhələ isə sırf vaksinasiya mərhələsidir. Vaksinasiya özündən əvvəlki boşluqları doldurmaqla ideala yaxın bir nəticə əldə etməyimizə kömək edə bilər. Dünyada, o cümlədən ölkəmizdə heç olmazsa, əhalinin 60 faizdən çoxu qısa müddət ərzində vaksinasiya olunarsa, bu zaman təsirli nəticədən danışa bilərik”.
Onun sözlərinə görə, Azərbaycan Çin istehsalı olan “Sinovac” şirkətinin peyvəndinə üstünlük verdi: “İkitərəfli danışıqlar davam etdirilir. Yaxın gələcəkdə ölkəmizə digər vaksinlərin də gətirilməsi nəzərdə tutulub. Ümid edirəm ki, ilin sonunadək başqa vaksinlərdən də faydalanmaq imkanımız olacaq”.
Həkim-infeksionist bildirib ki, dünyanın hər yerində COVID-19 və ya digər xəstəliklər əleyhinə peyvəndləmədə məcburiyyət yoxdur. Ölkəmizdə də bu proses tam könüllü əsaslarla aparılacaq. Məcburiyyət olmasa da çalışırıq ki, insanları maksimum şəkildə bu prosesə cəlb edək. Vətəndaşlara vəziyyəti düzgün izah etməklə onların könüllülüyünü təmin etmək lazımdır: “Belə ki, ilkin doza tətbiq olunur. Ondan 21 gün sonra ikinci doza vurulur. İkinci dozadan təxminən 10 gün sonra müəyyən qədər qoruyucu hesab olunmaq olar. Çünki orqanizmə yeridilən vaksin immun sisteminə təsir göstərir və müəyyən immun zülallarının formalaşmasına kömək edir. Formalaşma prosesi də müəyyən qədər vaxt alır. Odur ki, vaksin vurdurandan dərhal sonra onun effekt göstərməsi mümkün deyil”.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

