“Yaşından asılı olmayaraq hər bir uşaq COVID-19 infeksiyasına yoluxa bilər”
03.02.2021 [09:01]
Uşaqların yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma riski böyüklərlə müqayisədə aşağı olsa da, həkimlər valideynləri ehtiyatlı olmağa çağırır. Bəzən valideynlər koronavirusun simptomlarını mövsümi qriplə səhv salır və bu zaman xəstəliyin müalicəsi gecikir, nəticədə isə daha böyük fəsadlar yaranır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən həkim-pediatr Sevinc Həsənova bildirib ki, yaşından asılı olmayaraq hər bir uşaq COVID-19 infeksiyasına yoluxa bilər. Onun sözlərinə görə, uşaqlarda halsızlıq, hərarət və öskürək halları müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır: “Valideyn virusa yoluxduğu təqdirdə təcrid olunmalı və qoruyucu maska taxmalıdır. Virus yüklənməsi deyilən bir anlayış var, nə qədər çox virus uşağın bədəninə yüklənsə, xəstəlik də o qədər ağır keçəcək. Yaxşı cəhət orasıdır ki, uşaqlar bu xəstəliyi yüngül keçirilər. Lakin bu, heç də bütün uşaqlara şamil edilmir. Əgər uşağın başqa xəstəlikləri varsa, məsələn, yarımçıq doğulubsa, çəki azlığı varsa, bağırsaq problemləri, immunitet zəifliyi, ürək xəstəliyi varsa, infeksiya yoluxduğu halda xəstəliyi ağır keçirə, sətəlcəm qazana bilər”.
Həkim-pediatr onu da qeyd edib ki, COVID-19-dan qorunmaq üçün gigiyenik qaydalara mütləq şəkildə riayət edilməlidir. Həmçinin düzgün qidalanma olduqca mühüm şərtdir. Onun sözlərinə görə, bəzən və ya bir çox hallarda uşaqlar zərərli qidalara meyil göstərirlər ki, bu da onların mədə-bağırsaq sisteminə mənfi təsir göstərir: “Qəbul edilən qidaların tərkibindəki vitamin, mineral, şəkər, su, lazım olan maddələr, eyni zamanda, dərmanlar bağırsağa sorulur. Hansısa bir uşağın bağırsaq və həzmsizlik kimi problemləri varsa, həmin uşaqda immunitet zəifliyi və çəki azlığı olur. İmmunitet zəifliyi olanda uşaq nəinki koronavirusu, hətta hər bir xəstəliyi ağır keçirə bilər”.
Uşaqların immun sisteminin güclənməsi üçün valideynlər onların bol vitamin və minerallarla zəngin qidalar qəbul etməsini diqqətdə saxlamalıdırlar. Bundan başqa uşaqları havalandırmanın zəif olduğu qapalı məkanlara aparmaq məsləhət görülmür. Bu cür sadə və vacib qaydalara əməl etməklə uşaqları xəstəlikdən qorumaq mümkündür.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17

