ŞUŞA VƏ TÜRKİSTAN QARDAŞ ŞƏHƏRLƏR OLSUN!
06.04.2021 [09:01]
Bildiyimiz kimi, bu il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü baş tutdu. Sammitin əsas mövzusu kimi Nursultan Nazarbayevin təklif etdiyi bu sözlər seçilmişdir: “Türkistan - Türk dünyasının mənəvi mərkəzlərindən biridir”. Bu da təsadüf deyil...
Elbası Nursultan Nazarbayev prezidentliyinin ilk illərindən bu günə qədər Türkistan şəhərinə türk xalqlarının mənəvi paytaxtı kimi xüsusi diqqət yetirir. Qazaxıstanın birinci Prezidenti hələ 1990-cı illərin əvvəllərində Türkistanda olarkən demişdir: “Türkistan qədim zamanlardan ona xas olan birləşdirici funksiyasını itirməmişdir. O türkdilli dövlətlərin birləşməsi işinin dayağıdır”.
Bu günə qədər də Qazaxıstanın Türkistan şəhəri Türk dünyasının ruhani, dini, mənəvi paytaxtı kimi qəbul edilir. Hətta deyirdilər ki, “kim üç dəfə Xoca Əhməd Yasəvinin məzarını ziyarət edərsə, Həccə getmiş sayılır”. Hər il Həzrət Sultan deyə anılan bu sufi böyüyünün məzarını minlərlə adam ziyarət edirdi.
Türkistanın türk xalqlarının mənəvi mərkəzi olması fikrinin davamı olaraq Elbası Nursultan Nazarbayev 2018-ci ildə Türkistanı vilayət mərkəzi edərək onu cənubi Qazaxıstanın ikinci böyük şəhərinə çevirməyə başladı. Genişmiqyaslı yenidənqurma işləri və Elbasının paytaxt tikmə təcrübəsi sosial şəbəkə istifadəçiləri arasında paytaxtın Nur-Sultandan Türkistana köçürülməsi kimi fikirlərin dolaşmasına səbəb oldu. Təbii ki, Nursultan Nazarbayev bu şayiələrə öz münasibətini bildirərək təkzib etdi.
Təsadüf deyil ki, 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Sammitdə də Nursultan Nazarbayev “Türk dünyasının beşiyi” olan Türküstan şəhərinin inkişafının vacibliyinə də diqqət çəkmişdir. Bu sammitdə növbəti görüşün İstanbulda keçirilməsi planlaşdırılsa da, Elbasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla məsləhətləşməsi sonrası görüşün 2020-ci ilin payızında Qazaxıstanın Türküstan şəhərində keçirilməsinə qərar verilir. Beləliklə də, Türkistanda birbaşa Elbasının nəzarəti altında tikinti-quruculuq işləri geniş vüsət alır. Lakin bütün hazırlıqlara baxmayaraq, 2020-ci ilin payızında Zirvə görüşü baş tutmadı və tədbir 2021-ci ilin 21 martına, yəni Novruz bayramına təyin olundu. Tezliklə sammitin vaxtı yenə də dəyişdirildi və bu dəfə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü”nə təyin olundu. Düşünürük ki, bu tarix təsadüfən seçilməyib...
Görünən odur ki, 1990-cı illərin əvvəllərindən aparılan ardıcıl siyasət bu gün doğrudan da, Türkistanı Türk dünyasının mənəvi mərkəzinə çevirə bildi. Bunun altında incə bir məqam da var...
Türk Şurasının Türkistan sammitinin əsas mövzusu kimi Türkistan şəhərinin Türk dünyasının mənəvi mərkəzi olması məsələsi ortaya qoyulsa da, bütün sammit boyu əsas diqqət Azərbaycanın 44 günlük müharibəsindəki qələbəsinə, işğaldan azad olunan torpaqlarımızda birgə bərpa və quruculuq işlərinin aparılacağına yönəldi. Qələbəmizin məhz tarixi Şuşa şəhərinin alındığı günə salınması da Şuşanın xalqımız üçün nə qədər böyük önəm daşıdığından xəbər verir. Belə ki, 2021-ci ilin yanvar ayının 5-də Azərbaycan Prezidenti Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. 14 yanvarda isə İSESCO tərəfindən Şuşaya İslam dünyasının mədəniyyət paytaxtı statusu verilməsi təklifi səsləndirildi.
Türk Şurasının baş katibi Bağdad Amreyevin Azərbaycan Prezidenti İlham Əliyevlə videokonfrans zamanı o, 2022-ci ildə Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təklifi ilə çıxış etdi. Bu, sadə bir təklif deyildi. Bunun arxasında Türk Şurası ölkələrinin birləşərək işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işlərində fəal iştirakı durur...
Beləliklə, Türkistanın bu il Türk dünyasının mənəvi paytaxtı elan edilməsini, erməni işğalından azad olunan Şuşanın gələn il Türk dünyasının mədəniyyət paytaxtı elan olunacağını nəzərə alaraq, bu iki şəhərin qardaş şəhər kimi əl-ələ verərək qədim türk mədəniyyətini, mənəviyyatını Cıdır düzündə dünyaya bəyan etməsini də biz təklif edirik.
Güllü Yoloğlu
Dünya Türkologiya
Mərkəzinin rəhbəri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46

