Bol informasiyalarla zəngin olan “Əkinçi”lərin görüşü maraqlı anlarla yadda qaldı
27.07.2021 [17:04]
Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti media nümayəndələri üçün Quba və Qusara mediatur təşkil edib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "Aqroservis" Açıq Səhmdar Cəmiyyəti media nümayəndələrini yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalar və bu il biçinə çıxarılmış yeni nəsil dağ kombaynları, həmçinin digər innovativ texnologiyalarla tanış edib. Bu məqsədlə KİV təmsilçiləri üçün Quba və Qusar rayonlarına təşkil edilmiş mediaturda "Aqroservis" və "Prior Leasing" Açıq Səhmdar cəmiyyətlərinin bu il fermerlərə təqdim etdikləri ən müasir texnikalar nümayiş etdirilib.
Aqrar sahədə innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən mühüm vasitələrdən biridir

Mediatur iştirakçıları əvvəlcə Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (MÇETİ) fəaliyyəti, buradakı biotexnologiya laboratoriyası ilə tanış olublar. MÇETİ-nin direktoru İlham Qaraqurbanlı öncə onu bildirib ki, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir və bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir: "Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına xüsusi diqqəti sayəsində respublikamızda aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub".
O da bildirilib ki, yaxın gələcəkdə yerli istehsal hesabına Azərbaycana xaricdən ting idxalı minimuma endiriləcək: "Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki institutlar və elmi-tədqiqat mərkəzlərinin, həmçinin tingçiliklə məşğul olan fərdi sahibkarların son illərdə bu sahədə əldə etdiyi nailiyyətlər bunu deməyə əsas verir. Yaxın gələcəkdə fermerlərin sağlam əkin materialları ilə tam təminatında heç bir çətinlik olmayacaq".
Diqqətə çatdırılıb ki, qloballaşan dünyada hər hansı bir sahəni innovasiyalarsız təsəvvür etmək mümkün deyil: "Kənd təsərrüfatı sektorunda da nailiyyətlərin əldə olunması məqsədilə innovativ texnologiyalardan geniş istifadə etmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Aqrar sahədə innovasiyaların tətbiqi gəncləri səfərbər etməyə imkan verən mühüm vasitələrdən biridir. Gənclərin innovasiyalara meyilli olması onları bu sektorla maraqlanmağa sövq edir".
MÇETİ-də yaradılan biotexnologiya laboratoriyası meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyətə malikdir

Jurnalistlər MÇETİ-nin laboratoriyaları və istixana kompleksi, həmçinin Zərdabi adına Elmi Təcrübə Bazasındakı tingçilik təsərrüfatı ilə yaxından tanış olublar. Məlumat verilib ki, institutda yaradılan biotexnologiya laboratoriyası ölkəmizdə meyvəçiliyin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Laboratoriyadakı iqlim otağında mikroklonal çoxaltma üsulu tətbiq edilməklə müxtəlif bitkilər yetişdirilir. Bu üsulla sortun xüsusiyyətlərini özündə daşıyan eyni bitkilərin alınması mümkündür. Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinglərinə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir.
Biotexnologiyalar laboratoriyasının müdiri Sevil Süleymanova deyib ki, bitkilərin mikroklonal üsulla çoxaldılması 4 əsas mərhələdən ibarətdir: "Birinci mərhələdə sort mənsubiyyəti təsdiq olunan bitkilərdən eksplantlar alınır. Sonra həmin materiallar laboratoriyada sterilizə edilir. Mikroklonal çoxalmanın birinci mərhələsi laminar bokslarda həyata keçirilir. Tam sterilizasiya olunan tumurcuqlar xüsusi şüşə qablarda iqlim otağına yerləşdirilir. 21 gündən sonra bitki hissəciklərində ilk cücərtilər nəzərə çarpmağa başlayır. Həmin cücərtilər çoxaltma qida mühitlərinə köçürülür. Təkrar-təkrar çoxaltma nəticəsində lazım olan sayda bitki əldə edilir. Həmin bitkilər isə köklənmə mərhələsinə qədəm qoyur.
Köklənmə mərhələsində bitkilər fərqli qida mühitində bəslənilir. Bu mühitlərdə hər bir bitkinin özünə uyğun fərqli mikroelementlər mövcuddur. Xüsusi şəraitdə və temperaturda saxlanılan cücərtilər 20 gündən sonra köklənməyə başlayır. Kökləri 1,5-2 santimetrə çatdıqdan sonra bitkilər üçüncü mərhələyə – adaptasiya mərhələsinə hazır sayılır".
Qeyd edilib ki, əldə olunan bir tumurcuqdan biotexnologiya laboratoriyasında 105-107 yeni bitki əldə etmək mümkündür. Adaptasiya dövrünü başa vuran sağlam və virusa davamlı bitkilər sahələrə köçürülür.Artıq bu sahədə bir sıra uğurlar əldə edilib.
Qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır

Mediatur zamanı bəlli olub ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda yaradılan biotexnologiya laboratoriyasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində yerli üzüm sortlarının əkin materialları hazırlanır. Vaxtilə dünyada şöhrət qazanan yüksəkkeyfiyyətli məhsulların, markalı şərabların istehsal olunduğu Azərbaycanın nadir üzüm sortları mütəxəssislər tərəfindən laboratoriya şəraitində mikroklonal üsulla çoxaldılır. Həmin bitkilər adaptasiya mərhələsindədir. Laboratoriyada hazırlanan sağlam, virusdan azad əkin materialları daha sonra üzüm tingləri istehsal olunan modern tingçilik sahəsinə köçürüləcək. Bundan əlavə, ölkəmizin 3 regionunda institun dəstəyi ilə özəl tingçilik müəssisələri fəaliyyətə başlayıb.
İnstitutda yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.
Xatırladaq ki, MÇETİ 1926-cı ildə fəaliyyətə başlayıb və 1964-cü ildən Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi haqqında Sərəncamına əsasən, institutun ümumi sahəsi 3504 kvadratmetr olan inzibati-laboratoriya binası əsaslı təmir edilib, kommunal sistemləri yenilənib, yardımçı təsərrüfat binaları tikilib. İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş torpaq, bitki və su analizi ilə məşğul olan aqroekologiya və analiz, bitkilərin mikroklonal çoxaltma üsulu ilə artırılması laboratoriyaları yaradılıb. Laboratoriyalarda alınmış bitki sortlarının böyüdülməsi və uyğunlaşdırılması məqsədilə xüsusi istixana-tingçilik kompleksi tikilib.
Bir çox yeniliklərin tətbiqi ilə salınan "Ağıllı bağ"da 23 min meyvə ağacına cəmi 3 nəfər nəzarət edir

Jurnalistlər, həmçinin Azərbaycanda ilk dəfə müasir texnologiyaların tətbiq olunduğu "Ağıllı bağ"la da tanış olublar. 15 hektar sahədə salınan meyvə bağına cəmi 3 nəfər nəzarət edir. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunur. Bildirilib ki, Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun "Ağıllı bağ" layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb, kompüter idarəetməsi tətbiq olunur.
Qeyd edək ki, "Ağıllı bağ"ın rəngarəng və dadlı meyvələri var. Belə ki, qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, ümumilikdə, 23 min meyvə ağacı becərilir. Bu bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılıb. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. Gələcəkdə bu təcrübədən ölkəmizin çətinrelyefli, elektrik enerjisi ilə təminat yerindən uzaq məsafədə yerləşən təsərrüfat sahələrində də yararlanmaq mümkün olacaq.
"Ağıllı bağ"da günəş şüalarına, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılıb. Bununla da məhsul itkisinin qarşısı alınır. Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, məhsuldarlıq 25 faiz artacaq. Bağda cəmi 3 nəfər – su mühəndisi, mexanizator və aqronom becərilmə prosesinə nəzarət edir. "Ağıllı bağ"ın tam formalaşdırılması, becərilmənin avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulması iyun ayının sonuna kimi başa çatdırılacaq.
"Xırman düşərgəsi"ndə innovativ yeniliklər tətbiq olunur

Daha sonra mediatur iştirakçıları Qusar rayonunda "Xırman düşərgəsi"ndə olublar. "Aqroservis" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib ki, bu il Səhmdar Cəmiyyətə məxsus 700 kombayn biçinə çıxarılıb. Növbəlilik prinsipi ilə aparılan biçin prosesi əkin sahələrinin 40 faizini əhatə edib. Biçində tətbiq edilən yeni innovativ metodlar sayəsində məhsul biçini ən qısa zamanda həyata keçirilir. GPS izləmə sistemi ilə mərkəzləşdirilmiş dislokasiyaya əsasən, biçinə nəzarət gücləndirilib, operativ və şəffaf biçin sistemi təmin edilib.
Dağlıq və çətinrelyefli sahələrin biçini üçün MDB məkanında ilk dəfə "New Holland TC 5.90 Hillside" dağ kombaynları sahələrə çıxarılıb. Bu kombaynlar tam innovativ işləmə mexanizmi ilə biçində operativlik yaradır. Çətinrelyefli sahələrdə biçin aparan bu kombaynların sayəsində əkin təyinatlı olub, lakin əkilməyən sahələrin yenidən əkinə cəlb edilməsinə şərait yaranacaq. Bu ildən bu kombaynlar Lerik, Yardımlı, Cəlilabad, Şəmkir, Tovuz, Gədəbəy, Şəki, Qusar, Xızı rayonlarında dağlıq sahələrdə biçin aparırlar. Bu gün bu sahə ölkəmizdə biçilən sonuncu taxıl sahəsidir.
Vurğulanıb ki, Azərbaycan Prezidentinin 19 dekabr 2018-ci il tarixli "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" Fərmanının icrasının nəticəsi olaraq bu gün kənd təsərrüfatı texnikası bazarı liberallaşdırılıb. Fermer və sahibkarlar istədikləri təchizatçıdan özlərinə lazım olan texnikanı seçərək, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) vasitəsilə təqdim edilən 40 faiz dövlət güzəştindən faydalanaraq, istər nağd, istər güzəştli kredit, istərsə də lizinq yolu ilə əldə edə bilir.
Media nümayəndələrinə bildirilib ki, liberallaşmadan ötən müddət ərzində (2019-cu ildən indiyədək) fermerlər AKİA xətti ilə verilən dövlət güzəştindən faydalanaraq "Prior Leasing" ASC-dən 3290 ədəd texnika əldə edib. "Prior Leasing" regionlarda fəaliyyət göstərən 11 nümayəndəliyi ilə fermerlərə bölgələrdə texnika satışı, satış sonrası servis təqdim edir.
Yeri gəlmişkən, "Aqroservis" bu il ölkədə ilk dəfə təqdim etdiyi "AgroUber" platformasında mexanizatorların qeydiyyatına başlayıb və Səhmdar Cəmiyyətin 380 mexanizatoru artıq qeydiyyatdan keçib. Ölkənin 42 rayonunda fəaliyyət göstərən bölmələri və 9 regional nümayəndəliyi vasitəsilə "Aqroservis" fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatlarını ödəyir, aqrotexniki qulluq təqdim edir, səyyar gübrə və pestisid satışları həyata keçirir.
"Aqroservis" ASC tərəfindən aqrar sahədə tətbiq edilən innovativ yeniliklərdən biri də gübrələmədə yeni texnologiyadan istifadə olunmasıdır. Belə ki, ASC fermerlərə aqrodronlar vasitəsilə dərmanlama və gübrələmə təklif edib. Aqrodronlar ilk öncə sahəni monitorinq edir, xəstəlik və ziyanverici sirayətləmə arealını skan edir. Skan olunan ərazi isə operativ şəkildə dərmanlanır. Aqrodronlarla dərmanlama və gübrələmə əsasən, texnikaların girə bilmədiyi sahələrin, sahənin xəstəlik sirayətlənən sahələrin dərmanlanmasını həyata keçirir.
Media nümayəndələrinə "Pinochio 250/5" riperinin də fəaliyyəti nümayiş etdirilib. Bildirilib ki, bu riperin ənənəvi kotandan əsas üstünlükləri ondan ibarətdir ki, onun istifadəsi zamanı dərində kipləşmiş torpaq qatları partladılır və bitkinin kök ifrastrukturu düzgün inkişaf edir. Kipləşmiş torpaq qatlarının partladılması suvarma zamanı torpağın dərin qatlarına suyun daxil olmasını təmin etməklə vegetasiya dövrü ərizində bitkinin kök strukturunda nəmliyi qoruyub saxlayır. Qeyd olunan proses əlavə su sərfiyyatının da qarşısını alır. Riperlə şum zamanı torpaq çevrilmədən şumlanır, bu da öz növbəsində, torpağın münbit qatında olan mikro və makro elementlərdən bitkinin faydalanmasına səbəb olur və torpağın nəmliyini daha uzun müddət saxlayır.
Əlavə olaraq, aqreqatın arxasında yerləşdirilmiş bir-birinin əksinə işləyən dişli mərdanələr vasitəsilə torpaq kəltənləri xırdalanır və torpağın relyefi düzəlir. Bu isə fermerlərə imkan verir ki, bir əməliyyatla həm şum aparılmasını, həm də və diskləmə prosesini həyata keçirərək, toxum səpininə başlasınlar.
KİV təmsilçiləri həm zəngin informasiyalar əldə etdi, həm də gözəl bir gün keçirdilər

Sonda qeyd edək ki, həm də 22 İyul – Milli Mətbuat Günü münasibətilə təşkil edilən bu mediatur maraqlı anlar və bol informasiyalarla yadda qaldı. Belə ki, təşkilatçılar olduqca maraqlı, kreativ məqamlarla zəngin bir səfər proqramı təşkil etmişdilər. Yəni mediatur həm qələm əhli üçün lazım olan zəngin informasiyaların əldə edilməsi, həm də "Əkinçi"nin ənənələrini davam etdirənlərin mənalı bir istirahət günü yaşaması üçün musiqili, əyləncəli, kreativ proqramı özündə ehtiva edirdi. "Aqroservis" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədovanın ideyası əsasən də xüsusi həssaslıqla hazırlanmış mediatura, ümumilikdə, "Əkinçi"lərin görüşü" adının verilməsi də təşkilatçıların kreativ yanaşmasının daha bir göstəricisi idi.
Beləliklə, günün birinci yarısı yuxarıda bəhs edilən istehsalat və təsərrüfat sahələrində olan, "Ağıllı bağ"dan öz əlləri ilə meyvə dərən, fermerlərlə birgə çay süfrəsində maraqlı söhbətlər edən KİV təmsilçiləri, günün ikinci yarısı Qusar rayonunda "Xırman düşərgəsi"ndə uzun zaman unudulmayacaq anlar yaşadılar. Burada təbiət qoynunda, uca dağ başında qurulan çadırlar, yaradılan şərait bizləri xəyalən tarixin dərinliklərinə, həm də Zərdabi "Əkinçi"sinin işıq üzü gördüyü illərə apardı.
Yazının sonunda bizə belə yaddaqalan anlar yaşatdıqları üçün başda Kənd Təsərrüfatı Nazirliyi, nazirliyin tabeliyindəki "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinə, o cümlədən Aytəkin Məmmədova başda olmaqla mediatur zamanı zəhmətimzi çəkən "Aqroservis"in bütün əməkdaşlarına minnətdarlıq edirəm.
Nadir AZƏRİ
Baki-Quba-Qusar-Bakı
#əkinçi #mediaəkinçi #ktnəkinçi #aqroservis #newholland #priorlizinq
Xəbər lenti
Hamısına baxDünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19

