Parlamentari 3 suala cavab vermir
18.12.2021 [11:30]
“Millət vəkili”, yoxsa “parlamentari”?
Yeganə Bayramova
Dil millətin kimliyini şərtləndirən əsas amillərdən biridir. Azərbaycan xalqının varlığını yaşadan dilimiz neçə yüz illərdir ki, onun milli və mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Ancaq tez-tez orfoqrafiya lüğətimizə dəyişikliklər edilir, bəzi əcnəbi sözlərin qarşılığı yaradılaraq dilimizə uyğunlaşdırılır. Bu dəyişikliklər ictimaiyyət tərəfindən hər dəfə birmənalı qarşılanmır.
1970-1980-ci illərdə Azərbaycan dilinin işlənməsinin yeganə bir qarantı vardı, o da ulu öndər Heydər Əliyev idi. 1972-ci ilin ortalarında yazıçıların biri “Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız”, - deyəndə, ulu öndər gülümsəyərək belə cavab vermişdi: “Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”.
Məhz bu müdrik sözlər öz dilinə xor baxan Azərbaycan ziyalılarının milli tərbiyəsinə təsir edərək ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoya bildi. Heydər Əliyev atdığı bu addımla Azərbaycan dilinə məhəbbət, milli-mənəvi dəyərləri yaşatmaq və milli mədəniyyəti çiçəkləndirmək strategiyasının həyatiliyini, önəmini, gücünü və həmişəyaşarlığını dönə-dönə sübut etdi.
Elə bir dil yoxdur ki, başqa dillərdən söz almasın. Qloballaşan dünyada bu, bir həqiqət olmaqla yanaşı, həmçinin qaçılmaz prosesdir. Xüsusilə, müstəqillikdən sonra dilimizə yüzlərlə söz daxil olub. Digər dillərdə olduğu kimi Azərbaycan dilində də çoxlu sayda alınma sözdən istifadə olunur. Bəzi mütəxəssislər bunun düzgün tendensiya olmadığını söyləsələr də, digərləri alınma sözlərdən istifadə etməməyin qeyri-mümkün olduğunu vurğulayırlar. Məsələn, dilimizdə “millət vəkili” və “deputat” sözünə paralel olaraq “parlamentari” sözündən istifadə olunur. Bir çoxları “parlamentari”nin daha çox işlək olmasından yanadır desək, yanılmarıq. Nədənsə “parlamentari” sözü bəzilərinə daha cəlbedici görünür. Maraqlıdır, bu söz dilimizə necə daxil olub və geniş şəkildə istifadə edilməsi nə dərəcədə düzgündür?
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hər bir xalqın dilində alınma sözlərdən istifadə edildiyi qaçılmaz bir həqiqətdir, lakin yerli-yersiz alınma sözlərə üstünlük verilməsi düzgün deyil.
Professorun sözlərinə görə, əgər hansısa dildən gələn söz cəmiyyət tərəfindən anlaşılırsa və geniş çevrəni əhatə edirsə, o zaman alınma sözlərdən istifadə məqbul sayıla bilər:
““Parlamentari” sözü “parlament” sözündən yaranıb və millət vəkili, deputat sözü ilə müqayisədə çox da işlək deyil. Yəni parlamentari sözü məhdud dairədə işlənir. İnsanların çoxu parlament sözünü başa düşsə də, parlamentarinin millət vəkilinə aid olduğunu dəqiq anlamırlar. Düşünürəm ki, dilin sözlərə münasibətdə əsas qaydası işləklikdir. Hansı söz daha çox işlənir və daha aydındırsa, mənalı və dürüst ifadə edilirsə, həmin söz də işlənməlidir. Üzeyir Hacıbəyovun alınma sözlərlə bağlı maraqlı yanaşması var idi. O, 1907-ci ildə rusca və türkcə hərbi-siyasi və iqtisadi terminlərdən ibarət lüğət hazırlamışdı. Həmin lüğətdə sözlərin kifayət qədər maraqlı izahı qeyd olunub. Ü. Hacıbəyov alınma sözlə yerli sözü işlətməyin arasındakı tənasübü həll etməyin yolunu göstərirdi. O, deyirdi ki, hansı söz mənanı daha dolğun ifadə edirsə, onu da işlətmək lazımdır. Yəni bir yerdə millət vəkili, digər yerdə deputat, başqa bir yerdə parlamentaridirsə, sözü dəqiq yerinə qoymaq lazımdır ki, mənanı düzgün çatdırmaq mümkün olsun. Bəzi insanlar cəlbedici göründüyünü düşündükləri üçün xüsusi bir həvəslə yerli-yersiz alınma sözlərdən istifadə edirlər. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Maksimum şəkildə çalışmalıyıq ki, ana dilimizin leksik xəttindəki gərəkli sözləri tapaq və istifadə edək. Bu il “Alınma sözlər” adlı yeni kitabım nəşr olunub və həmin kitabda “parlamentari” sözünü qeyd etməmişəm. Çünki bu sözü çox işlək hesab etmirəm”.
Q.Məhərrəmli dilin alınma sözlər olmadan keçinmədiyinin bir həqiqət olduğunu da vurğulayıb:
“Məsələn, hazırda ən məşhur lüğət ingilislərin yaratdığı “Oxford” lüğətidir, amma orada da 600 mindən çox sözün təxminən yarısı ingilis dilinə aiddir, digərləri isə başqa dillərdən ingilis dilinə keçən sözlərdir. Hətta Hindistanda hansısa dialektdə ingilis sözü işlənirsə, onu da lüğətə aid edirlər. Azərbaycan dilində isə vaxtilə fars sözləri, sovet dövründə rus dilindən gələn sözlər çoxluq təşkil edirdi. İndi isə qapılar taybatay açıqdır və bütün dillərdəki sözlərin birbaşa Azərbaycan dilinə gəlməsi mümkündür. Ona görə də alınma sözlərsiz mümkün deyil. Həsən Bəy Zərdabi də vaxtilə deyirdi ki, “Əkinçi”də alınma sözlər olmadan keçinmək olmur. Çünki tayfalar, xalqlar, ölkələr bir-biri ilə ticarət əlaqələri qururlar, ona görə də istər-istəməz dilimizə alınma sözlər gəlir.
Ağıllı və məqsədyönlü olan budur ki, alınma olsa da, lazımlı sözlərdən istifadə olunsun. Yəni əşyaları, predmeti, hadisələri doğru-düzgün ifadə edən alınma sözləri işlətmək lazımdır”.
Dilçi alim, filologiya elmləri doktoru, professor Adil Babayevin qənaətincə, alınma sözlərdən hansısa dilimizin tələffüz bazasına uyğundursa, onu istifadə etmək olar. Amma “parlamentari” sözü dilimizin kontekstinə uyğun gəlməyən bir sözdür:
“Məsələn, parlamentari əvəzinə parlament üzvləri demək mümkündür. Son zamanlar postmünaqişə və postmüharibə sözü dilimizdə çoxluq təşkil edir. Ancaq bu düzgün deyil. Münaqişədən sonrakı dövr demək daha məqsədəuyğundur. Hətta cənab Prezidentin də sərəncamı var: Bir halda ki, hansısa sözü ana dilində söyləmək mümkündürsə, başqa dildəki sözlərdən istifadə etmək olmaz. Çünki həmin sözlər dilimizi anlaşılmaz edir. Xalqımızın genetik koduna daxil olan söz və ifadələrin işlənməsi daha düzgündür”.
Alim qeyd edib ki, bəzi adamlar daxili iddialarından irəli gələn situasiyalara görə, xüsusilə alınma sözlərdən istifadəni üstün tuturlar:
“Ancaq öz dilimizin çox gözəl ahəngi var. Alınma sözlər lüğət fonduna daxil olur və 3 suala cavab verirsə, dilimizdə istifadəsi uyğun hesab edilir. Kimə?(hamıya), Harada?(hər yerdə) və Nə vaxt? (hər zaman) sualına cavab verdikdən sonra həmin sözlər ana dilində işlədilə bilər. Parlamentari sözü isə bu 3 suala cavab vermir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10

