Aclıqla, dəhşətli işgəncələrlə məhv edilmiş 6 milyondan çox insanın anım günü
28.01.2022 [10:27]
İlhamə RƏSULOVA
Bir insan nə dərəcədə dəhşətli düşünə və düşündüklərini hansı həddə həyata keçirə bilər? Mərhəmət duyğusunu tamamilə itirə bilərmi? Tarixin yaddaşına insanın insan üzərində utancı kimi düşmüş 6 milyondan çox insanın məhv edilməsi - Holokost hadisəsi sübut edir ki, əlinə fürsət verilərsə, insan ən qəddar yırtıcıya çevrilə bilərmiş, vəhşiliyinin sonu olmazmış. Əslində eyni faciəni xalqımız da Xocalı soyqırımının timsalında yaşamadımı?
Yəhudi xalqı uzun illər soyqırıma məruz qaldığını sübut edə bilməyib. 2006-cı ildə BMT Baş Məclisi yəhudi xalqının soyqırımının inkar olunmasını pisləyən qətnamə qəbul etdi. Faşizmin ən böyük düşərgəsi sayılan Osventsimin Covet ordusu tərəfindən azad edildiyi gün - 27 yanvar Holokost qurbanlarının xatirə günü elan edildi. İsraildə isə “Yəhudi soyqırımı” qurbanları üçün hər il 27 apreldə anım mərasimləri keçirilir.
Təkcə Osventsim ölüm düşərgəsində bir milyondan çox yəhudi işgəncələrə məruz qalmışdı. 1945-ci il yanvarın 27-də Sovet qoşunları tərəfindən düşərgədə sağ qalmağı bacarmış 7,5 minədək əsir azad olundu.
Holokost (yunanca “holos” bütün, “kaustos” yanmış, köz olmuş deməkdir) zamanı faşistlər tərəfindən 6 milyondan çox yəhudi sistemli şəkildə öldürülüb. Holokost zamanı törədilən cinayətlər Avropanın şərq hissəsindəki yəhudi icmalarını tamamilə məhv etmişdi.
“Böyük son”un dəhşətli başlanğıcı
Hitler yəhudilərin kökünü kəsmək haqda qərarını 14 il əvvəl - 1925-ci ildə yazdığı “Mein Kampf” (Mənim mübarizəm) adlı kitabında açıqlamışdı. Bəzi versiyalara görə, Hitler yəhudiləri Avropadan köçürüb, Sibirdə yerləşdirməyi planlamışdı, lakin müharibə uzandıqca o məhvetmə planına start verib. Yəhudi soyqırımını Hitlerin əmri ilə Himmer idarə etməli idi. Sonralar Himmerin şəxsi həkimi Felix Karsten Himmerin ona dediklərini məhkəmə qarşısında belə ifadə etmişdi: “Müharibənin sonuna qədər bir tək yəhudi belə həyatda qalmayacaq, Hitlerin bunu belə istəyib”
1933-cü ildə sayı 9 milyonu ötmüş Avropa yəhudilərinin qara günləri başladı. Faşistlər Avropa yəhudilərini tamamilə məhv etmək planı olan “Yəhudi məsələsinin” birdəfəlik həlli üçün hərəkətə keçdilər.
1933-cü il 1 aprel tarixində Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota çağırdı. Faşist Almaniyasında qəbul edilən 1935-ci il 15 sentyabr tarixli “Nurnberg qanunları”na görə, ari irqdən olmayanlar “aşağı sinif” insanlar elan edildi, onlarla ailə qurmaq almanlara yasaqlandı, yəhudilərin həkimlik, əczaçılıq kimi işlərdə, yüksək vəzifələrdə çalışması, hərbi xidmətə getməsi qadağan edildi. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi ad və soyadlarından istifadə etməsi haqqında qayda qoyuldu. Berlində 1600 yəhudinin məcburi şəkildə qapalı düşərgələrə aparılması xəbəri yayıldıqdan sonra, onlar ölkədən qaçmağa çalışsalar da, bir qədər sonra bu köçlərə də icazə verilmədi. 1939-cu il sentyabrın 1-dən açıq formada yəhudi soyqırımına start verildi.
1939-cu ildə Almaniyadakı bütün yəhudilərin toplanıb Polşada gettolara yerləşdirilmələrinə qərar verilmişdi. 1940-cı ildə Polşada sayı sürətlə artan gettolarda aclıqdan, soyuqdan və epidemiyalardan minlərlə insan ölürdü. Gettolarda ölüm o qədər adiləşmişdi ki, can verən və küçələrə səpilən cəsədlərə kimsə dönüb baxmırdı.
1941-ci ildə faşistlərin əmrinə əsasən, yəhudilər fərqlənmək üçün mütləq yaxalarına Davud ulduzu simvolunu taxmalıydılar. Almaniyada yaşayan yəhudilərin qapılarına da bu simvol yapışdırılırdı. Almaniyadakı son yəhudilərə keyfiyyətli qidalar, həmçinin dərman vermək qadağan idi.
Faşist həkimlər yəhudilər və əlil qurbanlar üzərində çoxlu sayda işgəncə, yeni öldürmə üsullarını sınaqdan keçirirdilər. Əsirləri bir-bir qətl etmək zaman alır və almanlara “əziyyət” verirdi deyə, onları xüsusi otaqlara yığıb, “Zyklon B” adlı zəhərli qazla boğurdular. Daha sonra ölənlərin cəsədləri böyük sobalarda yandırılırdı.
1942-ci ildə keçirilmiş “Wannsee” konfransında qeydə alınmış protokola görə, ümumilikdə 11 milyon Avropa yəhudisi edam edilməliydi. Faşizmin vüsət aldığı illərdə Ausçvitz-Birkenau, Kulmhof, Varşava, Lublin, Belzec Lublin kimi əsir düşərgələri qorxunc ölüm düşərgələri adını qazanmışdı.
Holokost zamanı faşistlər yalnız yəhudiləri deyil, “yarımçıq”, şikəst hesab etdikləri digər insan qruplarını da məhv edirdilər. Bu qrupa qaraçılar, əqli və fiziki qüsuru olanlar, kommunistlər, sosialistlər, polyaklar, ruslar, “Yehovanın şahidləri” dini icmasının üzvləri, homoseksuallar daxil idi və onlar sorğu-sualsız güllələnirdilər.
Ölümə məhkum olanlar arasında 200 minə yaxın qaraçı, əqli və fiziki qüsurlu, xəstəxanalarda yaşayan almanlar da var idi. Onlar guya özləri evtanaziya proqramına qoşulmuş könüllülər idilər. Belə qurbanlarının sayı 200 min nəfər təşkil etmişdi.
Holokostdan, daha doğrusu II Dünya Müharibəsi başa çatdıqdan sonra sağ qalan yəhudilər müttəfiq dövlətlərin köçkünlər üçün saldığı düşərgələrə sığındı. 1948-1951-ci illər arasında İsrailə təxminən 700.000 yəhudi köçdü. Onlardan 136.000 nəfəri Avropadan gəlmişdi. Digər yəhudilər ABŞ-a və ya başqa ölkələrə mühacirət etdi. Son köçkün düşərgəsi 1957-ci ildə bağlandı.
Holokostun bir soyqırım layihəsi olduğunu sübut edən yazılı sənədlərin sayı azdır. Hitler və tərəfdarları gələcəyə sübut saxlamamaq üçün sənədləri yox edirdilər, bu, dövlət sirri olaraq dəyərləndirilirdi və Holokostu hazırlayan rəhbərlik bu işdə əli olan insanlara susmaq əmri vermişdilər.
İnsanlığın ən acı dramı olan Holokostdan bu gün siyasi alət kimi istifadə etmək cəhdləri var.
Məsələn, ABŞ-da yəhudi soyqırımından danışmaq cəmiyyətdəki nifrəti artırdığına görə, bu mövzunu müzakirə etmək qadağan olunub. Halbuki, ABŞ dəfələrlə nifaq toxumu səpən açıqlamalardan çəkinməyib, münaqişələri istədiyi axara çevirib.
Almaniya soyqırımı etiraf edib, yəhudilərdən üzr istəməyi, təzminat verməyi bacardı və özünü müasir, sivil dövlət kimi sübut etdi. Bu gün bu soyqırımdan əziyyət çəkmiş yəhudi ailələri öz təzminatlarını rahatlıqla ala bilirlər.
Yeri gəlmişkən, bu günlərdə vaxtilə Azərbaycanda yaşamış, sonradan İsrailə köçmüş İkinci Dünya müharibəsi veteranı Giorgi Ginzbur? bu ölkənin Ədliyyə Nazirliyi tərəfindən İkinci Dünya Müharibəsi qəhrəmanı kimi tanınıb və bir sıra imtiyazlar əldə edib.
103 yaşlı Giorgi Ginzburg ötən əsrin 90-cı illərinin sonlarına qədər Azərbaycanda yaşayıb. Ginzburg İsraildə 30 ildən çox yaşasa da, bu yaxınlarda II Dünya Müharibəsi veteranlarına verilən “Nasistlərə qarşı döyüşçü” medalı üçün müraciət edib.
Bəlkə də düşünmək olar ki, ömrün son illərində bu nəyə lazım idi? Məşhur bir əfsanə var. Yəqin hər kəs bilir. Nəmrud İbrahim peyğəmbəri tonqalda yandırmağı əmr edərkən sərçə alovlara saman, qaranquş dimdiyindəki bir damla suyu atır. “Bir damla su ilə sən onu xilas edə bilməzsən” deyənlərə, qaranquş “ən azından kimin tərəfində olduğumu göstərərim” cavabını verir.
Yəqin ki, qoca Ginzburg bu gərginləşən dünyanın gedişatını görüb, bəzi güclərin müharibə üçün təşnə olduğunu hiss edib və gücü heç nəyə çatmasa da, ən azından insanlıq qarşısında öz mövqeyini sübut etmək üçün addım atıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

