Kişilər qadın rəhbərdən niyə qorxur?
11.03.2022 [11:17]
Kişilər çox zaman məşhur bir qadının əri, qardaşı, atası və ya oğlu olduqlarını gizlədirlər
İlhamə HƏKİMOĞLU
Bu günlərdə 8 Mart “eyforiyasından” keçdik. Bütün deyilənlərdən məlum oldu ki, qadın kişisiz, kişi qadınsız bir heçmiş. Bu fikir birmənalı şəkildə qəbul edilir. Maraqlıdır ki, bu iki heç birləşib bir aləm yaradır. Heç deməyəsən, sıfırın üstünə sıfır gələndə sıfır yox, bir alınırmış.
İki yarım bir bütövü yaradır. Bəs bir-biriləri olmadan heç olan bu yarımlar nədən yola getmirlər? Niyə hərəsi öz üstünlüyünü isbatlamağa çalışır? Azərbaycan reallığında qadın-kişi münasibətlərinin öz rəngi, öz gedişatı var. Bizim kişilər baxımlı qadını görüb, bəyənib aşiq olur, evləndikdən sonra onu sadə və müti bir qadına çevirməyə çalışırlar. Sonra öz “əsərlərini”, öz yaratdıqlarını bəyənməyib “sən belə deyildin, çox dəyişdin” deyirlər. Narazılıq ayrılıqlara, münaqişələrə səbəb olur. Elə qadınlar da çox zaman kişini “tərbiyələndirib, “ütü çəkib”, “adam eləmək” düşüncələri ilə yanaşır, ailə qurur və dəyişdirə bilməyəndə xəyal qırıqlığına uğrayırlar. İnsan yalnız özü istəyərsə, dəyişər. Qalan bütün hallarda müəyyən müddətə qədər maskalanar. Bu, aksiomdur. Siyasətin dünyanı qütblərə ayırması azmış kimi, insanlıq da qadın-kişi olaraq qütbləşib, yerdə əlləri birləşsə də, göydə ulduzları barışmır. Bu məsələdə ən çox cığallıq edənlər də kişilərdir. Kişilər əsrlər boyudur qadınların onlardan daha yüksək mövqelərdə dayanmasını həzm edə bilmirlər.
Halbuki biz matriarxat və ya anaxaqanlıq dövründən sıyrılıb gəlmişik. Qədim türk dastanlarında ərlərindən bir addım öndə gedən döyüşçü qadınlardan bəhs edilir. Amazon qadınlar haqqında əfsanəni duymayan yoxdur. Yəni bəzi kişilərin “biz qadınlara haqq, hüquq verməsəydik, onlar bunu ala bilməzdilər” deməsi ən azından haqsızlıqdır. Qadın kişinin qulu olaraq yaranmamışdı axı.
Türk dünyasında qadın həmişə azad olub. Amma bu azadlıq könüllü surətdə kişiyə hörmətlə, sayğıyla çərçivələnirdi. Avropanın qaranlıq çağa qədəm qoyduğu, inkvizisiyanın hökmü ilə qadınları? tonqalda yandırıldığı dövrlərdən daha öncə bizdə Möminə xatuna abidə ucaldılmışdı. Dədə Qorqud boylarında “Ana haqqı Tanrı haqqıdır” deyilirdi.
Osmanlı imperiyasında tarixə “qadınlar səltənəti” adı ilə bir dönəm həkk olunmamışdımı? Azərbaycanda Səfəvilər sarayındakı xanımlar siyasi proseslərə təsir edəcək qədər hökm sahibi deyildilərmi? “Xanım, bəyim, sultanım” kimi xitablar qadına verilən dəyərin göstəricisi deyildimi?
Avropada feminizm məhz qadınların inkvizisiyaya məruz qalması, sıxışdırılması, hüquqlarının tapdanması, öz həyatlarını itirməsi nəticəsində onların öz hüquqları uğrunda mübarizə ilə başladı. Sonradan öz formasını, məzmununu dəyişib, müəyyən siyasi çalarlarla fərqli axara düşdü, kimlərinsə əllərində alətə döndü. Artıq çoxdan dünyada maskulist, antifeminist cərəyanlar, düşüncələr yayılıb. Adı yeni olsa da, maskulizm yeni deyil, kişilərin öz hökmranlığını möhkəmləndirmək cəhdidir.
Azərbaycanda qadın hüquqları, qadına sayğı olmamışdımı ki, bu gün yenə kişilərimiz “uzunsaçlının ağlı topuğunda olar”, “əlinin xəmiri ilə kişi işinə qarışma” kimi kobud deyimlərlə qadını arxa plana itələməyə çalışırlar?
Bu kimi səhv düşüncələrdən irəli gələrək, müasir dövrümüzdə bir çox kişilər qadın rəhbərlərin idarəçiliyi altında çalışmaq istəmirlər. Sorğu keçirdiyimiz respondentlərin yarısı qadın rəhbərlərin əli altında işləməyin çətin olduğunu dedi. Bir neçəsi kəskin şəkildə qadın rəhbərlərin idarəçiliyi altında əsla işləmək istəmədiyini vurğuladı. Elə nə işdirsə, qadınların özləri də qadın rəhbərlərin idarəsi altında işləmək istəmirlər. Səbəb sadədir. Qadın rəhbər daha punktualdır, işinə daha məsuliyyətlə yanaşır və yeri gələndə kişi rəhbərdən daha sərt ola bilir. Karyera, iş həyatında əldə edilən uğurlar qadınlara ucuz başa gəlmir. Qadın hər nə olursa-olsun, ilk növbədə, ailəsinin həm xanımı, həm nökəridir. Ev təsərrüfatının idarəçiliyi, övlad tərbiyəsi onun nəzarəti altındadır. Ailə və işi paralel şəkildə yaxşı idarə etmək böyük əmək, böyük məsuliyyət deməkdir. Qadınlara kişilərlə eyni imkanlar təmin edən ölkələrdə belə yüksək vəzifə tutan qadının uğurlu ailə qurması eyni situasiyada olan kişilərə nisbətən azlıq təşkil edir.
Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, işdə uğur qazanmaq qadınlara baha başa gəlir, statusları yüksəldikcə boşanma ehtimalı artır. Hətta İsveç kimi bir ölkədə belə məşhur bir deyim var: “Tez boşanmaq istəyirsənsə, yaxşı işlə”. 30 ilin göstəricilərinə görə, dövlət qulluğu, yaxud seçkilər nəticəsində əldə edilən mer və ya deputat statusu qadınlar arasında boşanma ehtimalını iki dəfə artırıb. Seçkilərdən 8 il sonra onların 25%-i boşanmış olub. Kişilərdə belə hal ümumiyyətlə olmayıb. Bu, onu deməyə əsas verir ki, qadınlar vəzifədə olan ərlərinin qayğısına daha çox qalır, onlarla fəxr edirlər. Kişilərə isə bu vəziyyəti həzm etmək o qədər də asan deyil. Kişilər çox zaman məşhur bir qadının əri, qardaşı, atası və ya oğlu olduqlarını gizlədirlər. Çox zaman qısqanclıqdan deyil, iqtisadi zəiflikdən utandıqları üçün bu baş verir. Bu qədər fikir ayrılığımız nədəndir? Yoxsa Jon Qreyin o məşhur kitabında deyildiyi kimi, “Kişilər Marsdan, qadınlar Veneradandır”?
Qadın və kişi anatomiyasının fiziki fərqləri kifayət qədər aydın görünsə də, cinslər arasındakı psixoloji fərqlər daha qəliz və daha mübahisəlidir.
Kişilərlə qadınların arasındakı daimi rəqabətin səbəbi əslində, cəmiyyətdədir, cəmiyyətin əl çəkmək istəmədiyi, yapışıb qaldığı köhnə fikirlərdədir. O fikirlər ki, elə qadınlar da, kişilər də öz zəifliklərinə bəhanə tapmaq üçün qalxan kimi istifadə edirlər, arxasında gizlənirlər. Qadın da, kişi də eyni işi eyni rahatlıqla görə bilərlər. Hər şey insanın yetişdirilmə tərzindən asılıdır.
Psixoloji aspektdən yanaşsaq, kişilərdə abstrakt düşüncə daha çox inkişaf edib, onlar strateji məsələləri daha rahat həll edirlər. Qadınlar isə öz fikirlərini müəyyən məsələlər üzərində daha çox cəmləyə bilir, ən xırda detallar əsasında ümumi mənzərəni təsvir edə bilirlər. Naməlum bir yerdə kişi yolu xəritə ilə, qadın isə müəyyən oriyentirlərlə (misal üçün, sarı bina, mağaza və s.) axtarır.
Əgər kişilər hər hansı qərarı qəbul edərkən öz ağlını rəhbər tutur və rasional hərəkət edirlərsə, qadınlar, bunun əksinə olaraq, hər davranışında intuisiyaya daha çox etibar edirlər. Məntiq nöqteyi-nəzərindən məntiqsiz görünsə də, qadınlar doğru qərar qəbul etməyə müvəffəq olurlar. Bəs qadınlar bunu necə bacarır? İntuisiya və “onlara xas olan məntiq” qadınlara arzuolunan nəticəni əldə etməyə kömək edir.
Napaleon demişdi ki, qadın eyni anda həm danışa, həm qulaq asa, həm də düşünə bilir. Haqsız deyildi. Qadın qərar qəbul edərkən eyni vaxtda telefonla danışa, bir əli ilə şorbanı qarışdıra, digər əli ilə isə uşağı yırğalaya bilir. Kişi isə qərar verərkən mütləq səssizlik tələb edir, öz fikrini bir problemə cəmləyir. Hər hansı hərəkət onu yayındıra bilər. Buna görə qadınlar hətta qeyri-standart vəziyyətdən asanlıqla çıxış yolu tapır, kişilər isə buna daha çox vaxt sərf edirlər, lakin onların yekun nəticəsi daha obyektiv olur. Başqa sözlə, qadınlar kişilər qədər yaxşı idarəçi ola bilərlər. Bəzi məsələlərdə qadınlar, bəzi məsələlərdə kişilər daha yaxşı qərarlar ala bilərlər. Birmənalı şəkildə “o, yoxsa bu” deyə seçim etmək əsla düzgün deyil.
Qadınla kişinin mübarizəsi Həvvanın Adəmi cənnətdən qovdurması səbəbilə başlamadı. Adəm Həvva üçün cənnətdən vaz keçməyi gözə aldı, onu sevdi. “Öncə Adəm yarandı, kişi bir addım öndə olmalıdır” deyib inanırlar, axı Adəm özü Tanrıdan ömrünə bir Həvva gəlsin istədi. Kişinin sükut və hüzur içində keçən dünyasına həyəcanı məhz qadın gətirdi.
Qadın kişini vəzir də edər, rəzil də. Bu da danılmazdır ki, hər güclü kişinin arxasında ağıllı bir qadın dayanır. Məncə, hər güclü qadının arxasında da həyatını cəhənnəmə çevirmiş bir kişinin məyusluğu dayanır (istisnalar yox deyil). Həyatın ən çətin anlarını təkbaşına atlatmış, çiyinlərində ağır yüklər daşımağa öyrənmiş bir qadını nə ilə qorxutmaq olar? O, artıq yenilməzdir, güclüdür.
Əslində, cəmiyyət olaraq insanların çiyinlərinə daşıya biləcəklərindən ağır yüklər qoymağa adət etmişik. Hər qadın paklıq simvolu, bütün analar müqəddəs, bütün qocalar müdrik, bütün kişilər mərd və dürüst, bütün oğlanlar da igid deyil.
Biz sadəcə söyüd ağacından meyvə gözləməklə yanlışa yol verib sonra da məyus olmaqla xətalıyıq.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

