Qərb həmişə demokratiya gətirmir
31.03.2022 [10:19]
Əllərinə milyonlarla insanın qanı bulanmış “qoca senyora”
İlhamə HƏKİMOĞLU
Dini əfsanələrə əsasən, ilk qatil Adəm peyğəmbərin oğlu Qabil olub. Qardaşı Habilin paxıllığını çəkdiyi üçün onu öldürüb. Yer üzündə hələ cəmi bir ailə yaşayarkən ilk cinayət baş verib. Deyilənə görə, bəşəriyyətin sonuna qədər hər nə qədər insan ölümləri baş versə, bunun günahı qatillə yanaşı, həm də Qabilə yazılacaq. Qabil haradan biləydi ki, həyat davam etdikcə onun nəsilləri milyardlarla dəfə qan tökəcək, onun günahlarını dağlar kimi böyüdəcəklər. İlk vəhşi insanların başlatdığı bu “qan tökmək ənənəsi” müasir dövrümüzdə də davam edir. Adını, səbəbini hər nə qoyuruqsa qoyaq, insan insan tərəfindən öldürülürsə, demək ki, biz hələ də vəhşi olaraq qalırıq.
Bir xalqın digər xalq tərəfindən məhv edilməsinə, soyunun kəsilməsinə dair ən qədim tarixdə nümunələr var. “Tarixi izləyincə, əslində ən böyük qətliamların baisinin “qoca qitə”, “qoca senyora” adlandırılan “sivil düşüncəli” Avropa olduğunu görürsən.
1490-cı ildən Xristofor Kolumbun yeni dünyanı kəşf etməsi ilə, əslində qorxulu hadisələrin əsası qoyuldu. Dünyanın bətninə çox güclü bir “qatil”in toxumları səpildi.
Kolumb Amerikaya ayaq basandan yerli əhalinin sayı 100 milyondan 1,8 milyona düşmüşdü. Yalnız Braziliyada yerli əhali Kolumbaqədərki dövrdə olan 3 milyon nəfərdən 300 min nəfərədək azalmışdı. Səbəb həm ağ adamların aborigenləri qətl etməsi, həm də onların yeni yayılan xəstəliklərə dözə bilməyib məhv olması idi. Bax beləcə soyqırımların əsası qoyuldu. 1870-ci ildə Argentinada baş vermis “Səhra İstilası”nda 1300 nəfər yerli hindu avropalılar tərəfindən öldürüldü. Avstraliyada, Yeni Zelandiyada məskunlaşan avropalılar yerli əhalini sıxışdırmaqla qalmayıb, məhv etməklə özlərinə yer etdilər.
XX əsr insanının üzqarası
1904-1907-ci illərdə Alman Cənub-Qərbi Afrikasında Herero və Namaqua (indiki Namibiya) soyqırımında Herero əhalisinin 80%-i, Nama əhalisinin isə 50%-i, ümumilikdə 200 minədək insan məhv edilmişdi. Səbəbkar almanlar idi.
XIX əsrdə çar Rusiyası tərəfindən çərkəzlərə qarşı törədilmiş soyqırımı da unutmadıq. Təxminən 1-1,5 milyon çərkəz öldürülmüş, çarın əmri ilə müsəlman əhalisinin əksəriyyəti Osmanlı İmperiyasına deportasiya olunmuşdu.
1918-ci ilin 30 mart-3 aprel tarixlərində daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə soydaşımız etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi.
1954-cü ildə Fransa öz müstəmləkəsi altında olan Əlcəzairdə mübarizəyə qalxmış minlərlə insanı edam etdi. 1954-cü ildən 1962-ci ilə qədərki müstəqillik mübarizəsində 1 milyon əlcəzairli həyatını itirdi.
Əsrin ən böyük faciələrindən biri də Ruanda soyqırımıdır. 1994-cü ildə Hutu hökumətinin əmri ilə Ruandada yaşayan tutsilərin hutular tərəfindən qətliamı başladı, 1 milyona yaxın insan məhv oldu. Qurbanların ümumi sayı ölkə əhalisinin 20 faizini təşkil edirdi. Təşkilatçı müstəmləkəçi ölkə Belçikaydı.
1943-cü ilin martında faşistlər Belarusun Xatın kəndində 149 dinc sakini xüsusi amansızlıqla məhv etdi. Əsgərlər Xatının bütün əhalisini anbara dolduraraq diri-diri yandırdı. Almanlar sonra bütün kəndi dağıdıb, kəndi yer üzündən sildilər. Sonrakı tədqiqatlarda bu faciəni, əslində alman paltarı geyinmiş rus kəşfiyyatçılarının törətməsinə dair ehtimallar irəli sürülüb.
Holokost, başqa sözlə Yəhudi soyqırımı Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Yəhudilər başda olmaqla, sintlər, romanlar və digər “qaraçı” qəbul edilən insanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı oldular, ölüm düşərgələrində işgəncələrlə məhv edildilər. Qurbanların sayı 17 milyon nəfərə yaxındır.
1968-ci ilin 16 mart tarixində ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı törədilən kütləvi qətl Sonqmi soyqırımı kimi tarixə düşüb. 504 silahsız insan ABŞ ordusunun əsgərləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmişdi. Qurbanlar arasında kişilər, qadınlar, uşaqlar və körpələr də var idi.
1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusu ən azı 8300 bosniyalı müsəlmanını Srebrenitsa şəhərində xüsusi amansızlıqla qətlə yetirdi. Soyqırımdan əvvəl əhalisi 24 min olan şəhərə digər bölgələrdən qaçqınlar axın etdikdən sonra şəhər əhalisinin sayı 60 minə çatmışdı Bir həftə davam edən soyqırım II Dünya müharibəsindən sonra bəşəriyyətə qarşı törədilən ən böyük cinayət sayılır.
1992-ci ildə ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı həyata keçirilmiş Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı amansızlığına görə ötən əsrin Xatın, Xolokost və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada yer alır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.
1944-cü ilə qədər “soyqırım” anlayışı yox idi. İlk dəfə 1944-cü ildə ABŞ-ın Müdafiə Nazirliyində müşavir vəzifəsində çalışan yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Vaşinqtonda nəşr etdiyi “İşğal olunmuş Avropada faşist idarəetməsi” kitabında yəhudilərin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos-”nəsil, kök, soy” sözü ilə latın dilindən caedo - “öldürürəm” sözlərinin birləşməsindən “genosid” (soyqırımı) terminini təklif etdi.
Bir ildən sonra Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini “bəşəriyyət əleyhinə cinayətlərdə” ittiham etdi. Nürnberq beynəlxalq hərbi tribunalının ittiham aktında “soyqırım” anlayışı hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlədilmiş, nəticədə tribunalın nizamnaməsində soyqırım öz əksini tapmamışdı. Həmin Nizamnaməyə uyğun olaraq sülh və insanlıq əleyhinə cinayətlərin təqibi nəzərdə tutulurdu. Ancaq həm 6 oktyabr 1945-ci il tarixli ittihamnamədə, həm də Amerika Birləşmiş Ştatlarını, Böyük Britaniyanı və Fransanı təmsil edən ittihamçıların çıxışlarında “soyqırım” ifadəsi istifadə edilirdi.
Bu gün özünü qondarma “erməni soyqırımının” müdafiəçisi kimi göstərən bəzi ölkələr konvensiya hazırlanan dövrdə tamamilə başqa mövqe sərgiləyiblər. Məsələn, Fransa ümumiyyətlə Konvensiyanın qəbul edilməsinə qarşı çıxaraq “soyqırım” ifadəsini “mənasız” və “təhlükəli” neologizm adlandırmışdı. Böyük Britaniya soyqırım konvensiyası layihəsinin qəbul edilməsinə şübhə ilə yanaşmışdı.
“Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiya 9 dekabr 1948-ci ildə qəbul edilib. 147 dövlət bu beynəlxalq müqavilənin iştirakçısıdır. Azərbaycan 1996-cı ildən bu müqaviləyə qoşulub.
Soyqırıma münasibətdə heç bir müddət tətbiq edilmir, yəni törədilməsi vaxtından asılı olmayaraq, bu cinayəti törədən şəxslər daim təqibetmə obyektidir.
Xalqımızın başına müsibətlər açmış bütün qatillər, o cümlədən özü öldürüb, amma “öldüm” deyə dünyaya hay salan qatil dövlət barəsində ədalətli hökm çıxarılacağı günün gələcəyinə inanırıq. Haqq nazilər, üzülməz!
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

