Müxtəlif dəyərləri özündə cəmləyən kağızlar
20.05.2022 [10:33]
Poçt markalarının maraqlı tarixçəsi
Nicat
Poçt ödəniş nişanları bütün dünyanı gəzən, geniş yayılmış və ən çox çap edilən yaradıcılıq nümunələridir. Markaların yaranması və ya poçt ödəniş nişanı kimi istifadəsinin tarixi ilə bağlı müxtəlif fikirlər var. Bəzi mütəxəssislər poçt markasının avstriyalı Lourens Kaşmir, bəziləri isə ingilis Ceyms Çalmers tərəfindən yaradıldığını iddia edirlər. Lakin bəzi faktlar onu göstərir ki, poçt markası məhz Roumend Hillin öz layihəsini təcrübədən keçirdikdən sonra İngiltərədə yaranıb. 171 il bundan öncə bu gün isə, yəni 1851-ci il mayın 20-də Kanadada ilk poçt markası işıq üzü görüb.
Nişanlısından gələn məktubu ala bilməyən gənc qız...
1840-cı ildə Londondakı İngilis Poct İdarəsinin sonradan idarəçisi olan Sir Rovland Hill maraqlı bir hadisəyə şahidlik etmişdi. Şotlandiyaya səfərlərinin birində gənc bir qızın daşıma ödənişini verə bilmədiyi üçün nişanlısından gələn məktubu poçtalyona geri qaytardığını görür. Əvəzinə isə ödənişi özü ödəyir. Gənc qız ona təşəkkür edir və bu pula ehtiyac olmadığını söyləyir. Çünki zərfin üzərindəki ünvanda bir tənzimləmə edərək nişanlısından gələn məktubu pul ödəmədən də ala biləcəyini bilirdi.
Poçt müəssisəsində islahatlar
Bu hadisəyə şahid olan Hill məktub yollanarkən pul ödənməsini zəruri edəcək bir üsul inkişaf etdirilməsinin lazım olduğunu düşündü. Daşıma haqqının zərfin üstünə yapışdırılan kiçik bir etiket əvəzi olaraq məktubu göndərən tərəfindən ödənilməsi prinsipini təklif etdi. Bu üsul İngilis Hökuməti tərəfindən qəbul edildi. Belə ki, 1837-ci ildə R.Hill Londonda “Poçt idarəsində (müəssisəsində) islahatlar, onun əhəmiyyəti və həyata keçirilməsi” adlı layihəni dərc edib. O, ölkə üzrə poçtu vahid şəklə salmağı - məktubun üzərinə poçt markası və möhür vurularaq yola salınması layihəsini xüsusi qeyd edib. İslahatlardahəm də parlament üzvlərinin və saray əhlinin poçtdan pulsuz istifadəsinin ləğv olunması da təklif olunurdu. R.Hill bu bəndə görə islahatlarının həyata keçirilməsi uğrunda mübarizəsini 3 ildən artıq davam etdirir və nəhayət istəyinə nail olur.
Beləliklə, 1840-cı il mayın 6-da ilk dəfə olaraq üzərinə pul şəkli (1 penni) təsvir olunmuş poçt markası rəsmi şəkildə İngiltərədə məktubların üzərinə vurulmaqla poçt ödəniş nişanı kimi istifadə edilməyə başlayır. Bununla da demək olar ki, Roumend Hill poçt markasının “atası” kimi tarixə düşmüşdür. Onu İngiltərədə “mister poçtalyon” adlandırırlar.
Rəng dəyişikliyi marağı bir qədər də artırdı
Uzun müzakirələrdən sonra qara rəngdə markanın üzərində 1 penni, mavi rəngdə markanın üzərində isə 2 penni təsvir olundu. Bu çeşidləmə çox davam etmədi. Bir qədər sonra isə markalar çəhrayı rəngdə çap edilməyə başlandı. Ondan sonra poçt göndərişlərinin üzərinə vurulan möhür də qırmızı rəngdə, daha sonralar isə qara və göy rənglərdə oldu. R.Hill gündəliyində markanın bu qədər yayılacağına inanmadığını qeyd edirdi. Belə ki, sonralar 1843-cü ildə Braziliya və İsveçrədə, 1847-ci ildə ABŞ-da, 1849-cu ildə Belçika, Almaniya, Fransada, 1850-ci ildə Avstriya, Avstraliya, İspaniyada, 1851-ci ildə Danimarka, Kanadada markanın çapına başlanılır. İlk markaların üzərində bir qayda olaraq pul vahidlərinin və ölkə rəhbərlərinin şəkilləri təsvir olunurdu.
Ölkəmizdə filateliya
Azərbaycanda ilk marka 1919-cu ilin oktyabrında çap olunub. Həmin markanın üzərində əlində üçrəngli bayraq olan əsgər təsvir edilirdi. Ümumiyyətlə, Azərbaycanda baş verən tarixi hadisələrə müvafiq olaraq markaların təsviri və tarifi kataloqlarda xronoloji bölmələr ilə göstərilir.
Azərbaycanın görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyev haqqında buraxılmış filateliya məhsulları dahi şəxsiyyətin hakimiyyəti dövründə keçirdiyi görüşləri əks etdirir. Xarici rəhbərlərlə görüşlərə həsr olunan markalarda Ulu Öndərin Süleyman Dəmirəl, Vladimir Putin, Bill Klinton və digər dövlət rəsmiləri ilə fotoları əks olunub. Ümummilli Lider haqqında filateliya məhsulları xaricdə də böyük maraqla qarşılanıb.
2011-ci il sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilib.
Kolleksionerlər və ya markamanlar
İlk dəfə marka yığmaq tembrofliya və ya tembrologiya (fransız dilindən tərcümədə tembr - poçt markası deməkdir) adlandırılmışdır. Sonradan marka yığmaq markamaniya adlandırılır. 1864-cü ildə fransalı Jorj Erena marka yığmağı filateliya adlandırıb.1899-cu ildə bütün dünyada filatelistlərin sayı 1 milyona yaxın olub. On il sonra isə İngiltərənin “Ştamp Adventiser” jurnalının yazdığına görə marka yığanların sayı daha 500 min nəfər artır. I Dünya müharibəsindən sonra isə marka yığanların sayı 2,3 milyon, 1940-cı ildə 7,5 milyon, 1967-ci ildə “İtaliya filateliyası” jurnalının yazdığına görə isə marka yığanların sayı 18 milyon nəfərə çatır.
Hal-hazırda aparılmış araşdırmalara görə marka yığanların sayı 100 milyon nəfərə yaxındır.
Filatelistlər hər hansı ölkənin poçt markasını topladıqda istər-istəməz həmin ölkənin tarixini, memarlığını, flora və faunasını, dahi şəxsiyyətlərini, idman aləmində nailiyyətlərini öyrənir. Filateliya dünyada dərin məzmunlu bir elm sahəsi kimi tanınır. Markalarda dövrlər üzrə yaranan ən yeni texnologiyaların təsvir olunması onu toplayanlarda istənilən sahə üzrə dərin biliklər, ensiklopedik məlumatlar toplamasında kömək edir.
Dünya filatelistləri arasında Azərbaycan poçt markalarına böyük maraq var. Azərbaycan Rusiyada, Fransada, Almaniyada, İngiltərədə, Çində, İsraildə, İspaniyada, Belçikada və.s ölkələrdə keçirilən ümumdünya filateliya sərgilərində iştirak etmiş və böyük uğurlar əldə etmişdir. Statistikaya görə, 2000-dən çox əcnəbi filatelistdə Azərbaycanın tarixi xronologiyasını əks etdirən marka toplusu var. Dünya filatelistləri həmin marka toplusunu çox yüksək dəyərləndirib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

