Ənənəvi müalicə, yoxsa cərrahi əməliyyat?
18.06.2022 [12:45]
N.PAŞA
Gənclərin xaricdə təhsil almalarına çıxış imkanlarının genişlənməsi, özəl müəssisələrin sayının artması səbəbindən ölkəmizdə fəaliyyət göstərən həkimlərin sayı günü-gündən artır. Xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan öncə vətəndaşlar həkim çatışmazlığından əziyyət çəkirdilər. Lakin bu gün kifayət qədər həkimlərimiz var. Onlar həm dövlət, həm də özəl səhiyyə müəssisələrində çalışırlar. Yüksək ixtisaslı, peşəkar kadrlarla yanaşı, xəstəxanalar həm də ən son müasir tibbi avadanlıqlarla təchiz edilib. Və ölkəyə gətirilən avadanlıqlardan istifadə üçün də təbii ki, xəstə lazım olur...
Son vaxtlar həkimlərə üz tutan pasiyentlərin şikayətləndikləri əsas məqamlardan biri də müalicə üsulunun düzgün seçilməməsidir. Belə ki, vətəndaşlar həkimlərin ənənəvi terapiya üsulları ilə müalicədənsə cərrahi müdaxilə etməyə meyilli olmalarından şikayətçidirlər. İddialara görə, əsasən cərrahlar hansısa bir şikayəti olan xəstəni heç bir digər müalicə üsulu tətbiq etmədən əməliyyat masasına uzatmağa üstünlük verirlər.
“Yeni Azərbaycan” qəzeti olaraq mövzunu araşdırmağa, insanları narahat edən məsələnin qaranlıq tərəflərinə işıq salmağa çalışdıq.
“Tibbin, xüsusi diaqnostika üsullarının bu qədər inkişaf etdiyi bir vaxtda hansısa bir xəstəni yanlışlıqla, hansısa “məqsəd”lərlə əməliyyat etmək kimi fikirlər tamamilə absurd fikirlərdir”. Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında kardioloq-cərrah Vüqar Zamanov səsləndirib. Kardioloq xəstələr arasında buna bənzər düşüncələrin olduğunu da istisna etməyib: “Bəzi xəstələr deyirlər ki, doktor, 20-30 il bundan öncə bəyəm stend, açıq əməliyyat var idi? Mən isə onlara cavab olaraq deyirəm ki, niyə hazırda yeni telefondan və ya avtomobildən istifadə edirsiniz? Necə ola bilər ki, başqa bir sahədəki yeniliyi qəbul edirsiniz, amma tibbdəki yeniliyi qəbul etmirsiniz”.
Həkim əməliyyata qədərki prosedurlar, müayinələr haqqında da məlumat verib: “Xəstə ilkin müraciət etdikdə onun şikayətinə uyğun müayinə aparılır. Əgər xəstənin göstəriciləri tamamilə normaldırsa, təbii ki, profilaktik məsləhətlərimizi veririk. Əgər müayinələr sırasında xəstədə hər hansı bir şübhə etdiyimiz məqam varsa, yaxud pasiyentin günlük həyatda şikayəti varsa - məsələn, xəstə deyir ki, yol gedir, hərəkət edir, hündürə qalxır, ürək nahiyəsində göynəmə, yanma, acışma yaranırsa, dayandıqda bu ağrılar keçirsə - bu halda biz angioqrafiya deyilən daxili müayinə ilə yoxlayırıq. Bundan sonra əgər tutulma, problem varsa, onun həlli yolunu seçirik. Yəni xəstəyə əməliyyat təyin edilənə qədər müəyyən mərhələləri keçməlidir. Bu qədər diaqnostik müayinələri əldə olan xəstəni heç bir həkim göstəriş olmadan əməliyyata sala bilməz. Bu, özü bir cinayətdir. Məsələn, Kompüter Tomoqrafiya (KT) olunmuş xəstəyə həkim necə səhv bir şey yaza bilər? Mexaniki səhv ola bilər, bəli, amma tamamilə absurd, kobud bir səhv etmək mümkün deyil. Hər bir xəstənin həmin müayinə diskini götürüb, gedib başqa bir həkimdə də müayinə olunmaq kimi bir haqqı var. Yəni yanlış diaqnostika milyonda bir ola bilər”.
Əgər xəstəni müayinə zamanı ciddi damar tutulması müşahidə edilirsə - istər stendlik, istərsə də açıq əməliyyatlıq olsun - bunun ənənəvi müalicəsi mümkün deyil: “Yəni bizim bildiyimiz el təbabəti üsullarından istifadə etməklə - qatıqla, sarımsaqla - damar açılan deyil. Əgər belə olsa idi, bütün dünya dövlətləri büdcələrindən milyardlar xərcləməzdilər. Şükürlər olsun ki, bizdə də artıq iki ildən çoxdur ki, icbari tibbi sığorta var, onun vasitəsilə minlərlə insan müxtəlif əməliyyatlar olunur”.
“Vətəndaşlarımızın yağlı qidalardan, siqaretdən uzaq durması və gündəlik ən azı bir saat piyada gəzməsi, ildə isə, sadəcə bir dəfə olaraq normal bir kardioloji mərkəzə müraciət edib müayinələrdən keçmələri məsləhətdir” deyə, - V.Zamanov tövsiyəsində vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

