Peşə məktəbləri niyə önəmlidir?
02.08.2022 [10:58]
Gələcəkdə ölkəmizdə iqlim mühəndisliyi üzrə kadr hazırlanacaq...
Günel ABBAS
Peşə təhsili təkcə bu sahədə təhsil alanların özü üçün yox, həm də rəqabətqabiliyyətli iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin təşəkkül tapmasında böyük əhəmiyyətə malikdir. Əmək bazarının tələblərinə uyğun kadr hazırlayan peşə təhsili sisteminin yaradılması böyük əhəmiyyət kəsb edir. Peşə təhsili və təliminin ümumi iqtisadi inkişafdakı əhəmiyyətini nəzərə alaraq, bir çox ölkələr bu sahənin inkişafı üzrə proqramlar hazırlayır və həyata keçirir. Son illərdə ölkə iqtisadiyyatında risklərin idarə olunması, qeyri-neft sektorunun davamlı inkişafının təmin olunması istiqamətində aparılan məqsədyönlü islahatlar ölkədə əlavə dəyər yaradan sektorların inkişafını təmin etməklə yanaşı, əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmaqla, bu tələbatın ödənilməsinə imkan verən çevik və bazaryönümlü peşə təhsili sisteminin qurulmasını zəruri edir.
Son illərdə Azərbaycanda peşə təhsilinin inkişafının təmin edilməsi istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanına əsasən, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və Əsasnaməsinin təsdiq edilməsi bu addımlardan biridir. Peşə təhsili müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi də daim diqqət mərkəzindədir. Bu diqqət ilbəil artırılır. Peşə təhsilinin dünya standartları səviyyəsinə çatdırılması məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq qurulur. Peşə təhsilinə göstərilən bu diqqət, qayğı bu sahəyə olan marağı artırır. 2021-ci ildə elektron tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb. Ötən illə müqayisədə qəbul olanların sayı 12 faiz artıb. 2021-2022-ci tədris ilində ilk dəfə olaraq 4 regionda 6 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsilinə 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib.
XXI əsrin çağırışları və trendlərinə müvafiq olaraq təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi prioritet istiqamət kimi müəyyən olunub. Bu sahədə peşəkar tədris prosesinin qurulması, əmək bazarının, o cümlədən işəgötürənlərin tələbatlarına uyğun ixtisaslar üzrə kadr hazırlığının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Son dövrlər paytaxt Bakı ilə yanaşı, bölgələrdə də yeni peşə təhsili müəssisələri qurulur.
Bu diqqət və qayğının nəticəsidir ki, peşə təhsilinə maraq əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə artmaqdadır. Göstərilən marağı nəzərə alaraq bu il dövlət sifarişi üzrə ümumi qəbul planı ötən illə müqayisədə 10 faiz artırılıb. Eyni zamanda, ödənişli ixtisaslar üzrə də qəbul planı artırılıb. Ötən gün verilən məlumata görə isə peşə təhsili müəssisələrində tələbələr hibrid avtomobillər üzrə tələb olunan bilik və bacarıqlar da alacaq. Bildirilib ki, bu il peşə təhsili üzrə 5 yeni ixtisas əlavə edilib, bunlardan 2-si yüksək-texniki, 3-ü isə texniki peşə ixtisasıdır. Eləcə də 2026-cı ilə qədər 8 yeni peşə təhsili müəssisəsinin yaradılması hədəf kimi müəyyənləşdirilib.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, peşə təhsili üzrə dövlətin xüsusi və strateji proqramı əsasında həmin istiqamətdə mütəxəssislərin hazırlığı davam edir: “Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasından sonra son illərdə peşə təhsilinə üz tutanların sayında müəyyən qədər artım müşahidə edirik. Təbii ki, bunun da başlıca səbəbi peşə təhsili alanlara subbakalavr dərəcəsinin verilməsidir. Eyni zamanda bu sahədə təhsil alanların müvafiq şirkətlərlə əməkdaşlığı və qardaş ölkə Türkiyə ilə olan anlaşmalar əsasında təhsilin keyfiyyətinin artımı peşə təhsilinə marağı artırır. Ümumiyyətlə, peşə təhsili şəxslərin gələcəkdə işlə təminatı baxımından ən uyğun təhsil formasıdır. Təəssüf ki, bizdə bu vaxta qədər peşə təhsilinə o qədər yüksək münasibət yoxdur. Halbuki hər birimizin xüsusi peşə sahiblərinin əməyinə ehtiyacımız var. Bu istiqamətdə də mütəxəssislərin yetişməsində məhz peşə təhsili məktəblərinin rolu böyükdür. Ali təhsil müəssisələri bu istiqamətdə kadr hazırlamır. Deməli peşə təhsilini bitirən şəxslər əmək bazarında yaxşı işlərlə təmin oluna bilirlər. Təklif edirəm ki, peşə təhsili müəssisələri beynəlxalq şirkətlərlə əlaqələri genişləndirsinlər. Belə olduqda kadrların birbaşa işlə təminatı asanlaşdırılacaq və peşə məktəbinə üz tutanların sayı bir qədər də artacaq”.
E.Əfəndi qeyd edib ki, son illərin ən çox müzakirə edilən peşəsi-iqlim mühəndisliyi üzrə ölkəmizdə konkret bir sahə yoxdur: “Ancaq ona yaxın olan ekologiya mühəndisliyi üzrə ali təhsil müəssisələrində ixtisas var. Əgər biz Bill Qeytsin fikirlərinə əsaslansaq, dövrün ən qlobal problemlərindən biri iqlim dəyişikliyidir. Ona görə də, bu sahədə kadrların yetişdirilməsinə ehtiyac var. Düşünülür ki, sırf bu istiqamətdə növbəti illərdə kadr hazırlığına başlanılsın. Fikrimcə, həmin kadrların ali təhsil müəssisələrində yetişdirilməsi daha məqsədəuyğdundur. Bilirsiniz ki, müxtəlif ölkələrdə iqlimə birbaşa təsir etmək bacarığı olan vasitələr var. Bunun da əsas yaradıcı şəxsləri həmin sahədə təhsil alan mütəxəssislərdir”.
Ekspert peşə təhsili müəssisələrinin vəziyyətini də qiymətləndirib. Vurğulayıb ki, hazırda bəzi peşə təhsili müəssisələrində şərait olduqca yaxşıdır. Ancaq bunu bütün müəssisələrə tətbiq etmək lazımdır.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30

