Bizi ələ verən hərəkətlərimiz
26.10.2022 [10:59]
Bədən dilinin sirləri
SƏİDƏ Rəhimli
Gündəlik həyatımızda ünsiyyət zamanı və ya hər hansı bir işlə məşğul olarkən, hətta heç bir şey etmədikdə belə bədən hərəkətlərimiz, jest və mimikalarımız bizim o ankı hisslərimiz və düşüncələrimiz haqqında ətrafa məlumat ötürür. Bəzən demək istədiklərimizlə dediklərimiz üst-üstə düşmür, insanlardan hisslərimizi və ya düşüncələrimizi gizlətmək istəyirik. Bunu bacardığımıza isə əmin oluruq, lakin belə deyil. Bədən dilimiz dilə gətirmədiyimiz düşüncələrimizi aşkar edir.
Çox sadə bir misal gətirək:
Biri fikrinizə etiraz edən zaman səs tonu yumşaq olsun və ya olmasın fərq etmir, ovcunun içi görünürsə, fikrinizi bir daha müdafiə edə bilərsiniz. Çünki belə insanlar aqressiv olmurlar. Eyni situasiyada qarşı tərəf əlini açmır və şəhadət barmağını göstərərək sizə etiraz edirsə, bundan sonra deyəcəklərinizin heç bir mənası yoxdur deməkdir.
Statistikaya əsasən, bədən dili bütün ünsiyyətin 60-65%-ni təşkil edir. Daha emosional insanlarda isə bu faiz dərəcəsi arta bilər. Bədən dilini aydınlaşdıran, bu hərəkətlərin izahını təqdim edən bir çox kitablar çap olunub. Hazırda universitetlərimizdə bir sıra ixtisaslarda xüsusi fənn olaraq da keçirilir.
Bədən dilinin özümüzü daha yaxşı ifadə etməkdə və başqalarını anlamaqda
əhəmiyyəti
Bədən dili haqqında məlumata sahib olmaq insan həyatını xeyli asanlaşdırır. İnsanın jest və mimikalarının, bədən hərəkətlərinin bizə hansı mənaları ötürdüyünü bilmək qarşımızdakı insanların daxili aləminə səyahət kimidir. Dil istədiyi yalanı rahatlıqla deyə bilər, bədən isə yalan danışmağı bacarmır.
Danışan zaman bədən dilimizdən doğru şəkildə istifadə edə bilmək insanlarda müsbət təsir buraxmaqda, qarşımızdakını razı sala bilməkdə və dilə gətirə bilmədiyimiz düşüncələrimizi ifadə edə bilməkdə bizə xeyli kömək edəcəkdir. Burada əsas məsələ odur ki, yalnız dürüst olduğumuz zaman bədən dilimizdən doğru şəkildə istifadə edə bilərik. Doğrudur, bundan insanları aldatmaq üçün xüsusilə istifadə edənlər də var. Lakin bu, elə də uğurlu alınmır. Bədən dili ilə qarşımızdakını aldatmağa çalışsaq da, mikrosiqnallar bizi mütləq ələ verəcək: göz bəbəkləri daralacaq, qaşının biri yuxarı qalxacaq və s. Çünki beynimizin bədən dilini idarə edən sahəsi buna imkan vermir.
Beynimiz duyğuları ifadə etmək üçün bədənimizdən nə üçün və necə istifadə edir?
Beynimizdə yerləşən limbik sistem bədən dilimizi idarə edən sahədir. Limbik sistem bizim hissiyyat mərkəzimizdir və əsla işinə fasilə vermir. Limbik sistem kənardan gələn informasiyalara ən doğru reaksiyanın verilməsidir. Bu reaksiyalar şüursuz halda meydana çıxdığına görə sözlərin əksinə həqiqəti əks etdirir, sinir sistemimizlə bağlı olduğundan onların gizlədilməsi və ya yox edilməsi çox çətindir. Buna görə də limbik sistemi “dürüst beyin” kimi qiymətləndirirlər. Məsələn:
* Musiqinin yüksək səslə başlayacağını bilsək də, diksinməyimizin qarşısı?ı almaq asan olmur;
* Əhvalımız pis olan zaman üz ifadəmizi gizlətmək və gülümsəmək xeyli çətin olur və s.
Bizim “yalançı beynimiz” isə neokorteksdir. “İnsan beyni”, “düşünən beyin” olaraq da tanınır. Bizi digər canlılardan ayıran və inkişaf etdirən məhz bu sahədir. Beynimizdəki neokorteks sahə sayəsində kəşflər, icadlar edərək inkişaf edib bu günlərə gəldik.
Bədən dilinin başa düşülməsi mövqeyindən qadınların və kişilərin beyni fərqlidir. Qadınlar bədən hərəkətlərini anlamaqda fitri istedada malikdirlər. Bunu çox vaxt “qadın intuisiyası” deyə ifadə edirlər. Buna görə də qadınlar yalanı doğrudan ayırmaqda kişilərdən daha yaxşıdırlar.
Harvard Universitetinin psixoloqları bununla bağlı tədqiqat aparıblar. Onlar qadın və kişinin söhbət etdiyi kiçik bir filmi səssiz şəkildə nümayiş etdiriblər. Daha sonra filmi izləyənlərdən film qəhrəmanlarının nə haqda danışdıqlarını soruşublar. Qadınların 87%-i filmdəki situasiyanı dəqiqliklə ifadə edə biliblər. Kişilərdən isə bəzi peşə sahiblərinin (rəssamların, aktyorların, xəstələrə qulluq etməklə məşğul olanların və s.) göstəricisi yuxarı olub. Uşaq böyüdən analarda bu intuisiya daha da güclənir, çünki onlar müəyyən yaşa qədər uşaqları ilə sözsüz ünsiyyət qururlar. Maqnetik Rezonans Tomoqrafiya (MRT) göstərir ki, qadın beynində başqalarının davranışını qiymətləndirməyə xidmət edən 14-16 zona, kişi beynində isə 4-6 zona var. Buna görə də qadınların ünsiyyətə girmək və insanları qiymətləndirmək bacarığı kişilərdən üstündür.
Bədən dilinin aydınlaşdırılması istiqamətində aparılan tədqiqatlar
Bəşəriyyətin inkişaf etdiyi min illər ərzində bədən dilinə, demək olar ki, əhəmiyyət verilməyib. Bu dil fəal şəkildə 1960-cı illərdə öyrənilməyə başlanılıb. Danışıq 2 milyon il əvvəldən başlayaraq, 500 min il əvvələ qədər formalaşıb və bu zaman ərzində insan beyninin ölçüsü 3 dəfə artıb. Danışıq tam formalaşana qədər insanlar hiss və duyğularını bədən hərəkətləriylə, çıxardıqları müəyyən səslərlə ifadə etməyə çalışıblar. Nitq yarandıqdan sonra sözlərə daha çox diqqət yetirməyə başladılar və bədən dili də diqqətdən xeyli kənar qaldı. Halbuki indi də əvvəllər olduğu kimi düşüncələrimizi həm səslər, həm də bədən hərəkətləri, jest və mimika ilə ifadə edirik.
Şifahi nitqimizdə qəlibləşən bəzi ifadələrə nəzər salsaq, bədən dilinin əhəmiyyətinin vurğulandığını görə bilərik:
* “Gözümün içinə bax”;
* “Başını dik tut”;
* “Qoy əlindən gələni etsin” və s.
Bədən dili ilə bağlı aparılan elmi araşdırmalar hələ də davam edir. XX əsrə qədər aparılan araşdırmalar arasında Çarlz Darvinin “İnsan və heyvanda emosiyaların ifadəsi” əsəri ən əhəmiyyətlisi hesab olunur. 1872-ci ildə nəşr olunan bu kitab daha çox elm adamları üçün nəzərdə tutulsa da, bədən diliylə bağlı müasir araşdırmaların əsası məhz bu əsərlə qoyuldu.
Albert Mehrabian 1950-ci illərdə bədən dili istiqamətində apardığı tədqiqatlarında belə nəticəyə gəldi ki, məlumatın təsirinin 7%-i sözün, 38%-i səsin (danışıq tonu, intonasiya və başqa səslərin), 55%-i sözsüz informasiyanın payına düşür.
Sözsüz ünsiyyət haqqında ilk danışanlardan olan Rey Bördvistel araşdırdığı sahəni kinesika (bədən hərəkətlərinin dili) adlandırdı. O, üzbəüz ünsiyyətin söz payının 35%-dən aşağı olduğunu, 65%-nin sözsüz olduğunu müəyyənləşdirib.
Sözlər informasiyanı ötürmək üçün, bədən dili isə insanlararası münasibətlər üçün istifadə olunur. Ona görə də sözlərə nə qədər çox diqqət yetiririksə, bədən dilinə də bir o qədər diqqət yetirməliyik. Bədən dilimiz emosional vəziyyətimizin xarici təzahürüdür. His?lərimizi gizlətdiyimiz otağın açarı məhz bədən dilimizdir.
Keçmişdə televizorlar səssiz olduğu üçün aktyorları bədən dilindən istifadə qabiliyyətinə görə seçirdilər. Çarli Çaplin kimi səssiz film aktyorları bədən dilində danışmağı bacaran pionerlər idilər. Film səsli olandan sonra isə aktyorluğa baxış dəyişdi və səssiz film qəhrəmanlarının çoxu yaddan çıxdı. Yalnız yaxşı nitqi olanlar qala bildilər.
İnsanların nə düşündüyünü görmək
Mədəniyyətlər arasında olan fərqliliklər xalqların danışıq dilinə təsir etdiyi kimi, bədən dilinə də təsir edib. Bir çox xalqlarda bədən hərəkətləri ilə bağlı fərqli məqamlara rast gəlmək mümkündür. Məsələn, əlin şəhadət və orta barmağı ilə göstərilən “V” şəkilli əl jesti bir çox ölkələrdə qələbə və sülh simvolu olaraq istifadə olunur. Lakin Böyük Britaniya, İrlandiya və Avstraliyada bu jesti göstərərkən, ovuc qarşınızdakı insana doğru olsa, “rədd ol” mənasını ifadə edəcək. Bəzi ölkələrdə hər hansı bir əl hərəkəti həbsə belə səbəb ola bilər. Buna görə də səyahət etdiyimiz ölkələrdə bədən dilimizə diqqət yetirsək, daha yaxşı olar.
Bədən dilində gender fərqlilikləri də özünü göstərir. Məsələn, kişi qollarını düz tutanda içəri, qadın isə yuxarı döndərir. Buna görə də kişilər daha yaxşı nişan alaraq hədəfi vura bilirlər. Qadınlar isə qollarını dirsəkdən geniş aça bildikləri üçün uşağı kişilərdən daha rahat saxlayırlar.
Bunlardan əlavə, universal jestlər də mövcuddur:
* Çiyinləri çəkmək qarşınızdakının sizi anlamadığı, nə dediyinizi bilmədiyi mənasını ifadə edir;
* Gülmək sevincin ifadəsidir;
* Qaşqabaq tökmək, mısmırıq sallamaq kədərin, hirsin ifadəsidir;
* Başı sağa və sola yelləmək “yox”, aşağı və yuxarı yelləmək isə “hə” deməkdir və s.
Bədən dilində bəzi hərəkətlərə və onların mənalarına diqqət yetirək:
* Şəhadət barmaq yanağı göstərir, baş barmaq çənəyə dayaq durur, o biri barmaqlar ağzı “bağlayır”. Belə olan zaman ayaqlar bir-birinin üstə aşırılıbsa, o biri qol bədəni örtürsə (müdafiə), baş aşağıdırsa (neqativ-düşmən), bu adam sizinlə razı deyil və dedikləriniz onun xoşuna gəlməyib;
* Ovuc içinin açıq olması hər hansı bir situasiyada insanların dürüst və səmimi olmasına işarə edir. Bəzi insanlar bunun üzərində işləyib yalan danışan zaman əllərini açıq saxlamağa çalışırlar. Lakin jest və emosiyalar bir-birilə birbaşa əlaqəli olduğuna görə açıq əllə yalan danışmaq çətin olur. “Açıq əl” jestləri vərdişə çevrildikdən sonra yalan danışmağa həvəs də azalır;
* Əlin içi aşağı şəkildə nəsə işarə etmək hakimiyyət mənasını ifadə edir. Belə insanlar özlərini hər kəsdən üstün bilirlər. Bu jest insanlarda mənfi təəssürat oyadır. Adolf Hitlerin məşhur jestlərindən biri də bu idi;
* Əllərini qoynuna çapraz qoyub, baş barmaqlarını dik saxlayaraq danışan adamlar fikirlərini həmin barmaqla vurğulayır, ayaq pəncələri üstə qalxır və irəli-geri yellənirlər. Çarpaz qollar neqativ münasibəti, dik dayanan baş barmaqlar isə üstünlüyü ifadə edir və s.
Bədənin müxtəlif hissələri düşüncələrimiz haqqında məlumatı özünəməxsus tərzdə ifadə edir. Əllər duyğularımız haqqında daha çox məlumat ötürür, amma əslində, ən açıq məlumatı ayaqlar verir. Əllər daha çox nəzarət altında saxlanıla bilir, amma heç kəs ayaqlarına xüsusi nəzarət yetirmir. Buna görə də, ayaq hərəkətləri düşüncələrimizi daha aydın şəkildə göstərir. Məsələn, yalan danışan zaman insanlar üzlərini və əllərini nəzarətdə saxlamağa çalışırlar, bu zaman ayaq hərəkətlərinin sayı artır. Çünki onlar buna diqqət yetirmirlər. Ayaqlar həmişə düz danışır.
İnsanların düşüncələrini bədən dili vasitəsilə öyrənməyə çalışarkən, diqqət etməli olduğumuz əsas məqam ayrı-ayrı jestlər deyil, jest dəstələrinə baxmaqdır. Yəni, eyni anda baş verən bütün jestlər şərait və kontekst daxilində tədqiq edilməlidir. Əks halda, düzgün məlumat əldə etmək mümkün olmaz. Hər bir jesti ayrılıqda bir söz kimi düşünək, hər hansı bir söz ayrılıqda fərqli mənalar ifadə edə bilər. Əsas olan sözün cümlə və kontekst daxilində mənasıdır. Məsələn, başını qaşımaq qərarsızlıq əlaməti ola bilər, amma eyni zamanda kəpək əlaməti də ola bilər.
Bədən dilini öyrənərək insanlarla münasibətimizi daha da asanlaşdıra bilərik. Jest və mimikaları, bədən hərəkətlərini bilməklə istənilən situasiyada insanları müşahidə edərək, onların daxili aləmlərinə kiçik səyahətlər edə bilərik.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

