Maksimum nəticəyə çata bilmirik...
08.06.2023 [11:00]
700 bal niyə yoxdur?
II və III ixtisas qrupları üzrə mayın 20-21-də keçirilmiş qəbul imtahanlarında heç bir abituriyentin maksimum nəticə (700 bal) toplaya bilməməsi builki qəbul suallarının səviyyəsi və nəticələri barədə bir çox suallar doğurur. Sosial şəbəkələrdə bəzi abituriyentlər imtahan suallarının çətinliyindən bəziləri isə səhv yoxlamalardan şikayət edir. Mövcud durumdan şikayət edən valideynlər isə daha çox orta məktəb müəllimlərinin və repetitorların kurikulum proqramı üzrə bilgilərinin aşağı səviyyədə olmasından narazıdır. Məsələni bir az da araşdırdıqda üç əsas məqam ortaya çıxır: 700 bal toplayanların sayında azalma, maksimum bal toplamağın yüksək bilik göstəricisi olmaması və qəbul suallarının çətinlik və anlaşıqlıq səviyyəsi. Sözügedən məqamları ekspertlərlə araşdırdıq...
Əvvəlcə müəllimlər öyrənməlidirlər
Hazırda açıqlanan imtahan nəticələrinə görə, aktual olan məsələ nəticələr arasında 700 balın olmamasıdır. Şübhəsiz, bunun da öz obyektiv səbəbləri var. Kurikulumun tətbiqindən sonra müəllimlər bu proqramı şagirdlərə mənimsətməli idi. Ancaq bəzi hallarda proqramdan özünün də xəbəri olmayan müəllim və ya repetitor bunu nə dərəcədə bacara bildi, həmin məqamları mütəxəssislərlə müzakirə etdik. “Yeni Azərbaycan”a məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, ali və orta ixtisas təhsil müəssisələrinə qəbulla bağlı müvafiq olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü tədris ili üçün bugünə qədər keçirilən imtahanlarda maksimum nəticə toplayan olmayıb: “Ümumiyyətlə, son dövrlər qəbul imtahanlarının nəticələri arasında 700 bal çox azdır. Bunun da səbəbi 2019-cu ildən etibarən qəbul imtahanlarının kurikulum sistemi əsasında keçirilməsidir. Burada situasiya tipli açıq suallar öz əksini tapır və şagirdlər bu zaman maksimum nəticəni əldə edə bilmirlər. Kurikulumdan əvvəl 2018-ci il qəbul imtahanlarında 29 nəfər maksimum nəticəni əldə etdi. Ancaq kurikulumun tətbiqindən sonra bu say kəskin şəkildə azaldı”.
Təhsil eksperti kurikulumun şagirdlərə mənimsədilməməsi məsələsinə də diqqət çəkib: “Müəllimlər həm məktəbdə, həm də kənarda kurikulum qaydasında proqramı şagirdlərə mənimsətməkdə çətinlik çəkirlər. Nəticə də gördüyünüz kimidir. Ona görə də sertifikasiya keçirilir ki, konkret bilik sahibləri təhsildə qalsın. Biz, ümumiyyətlə, kurikulumdan nəticəni bir neçə ildən sonra görəcəyik. Hazırda 2008-2009-cu illərdə I sinifə gedənlər 2019-cu ildə ali məktəbə qəbul olaraq bu il artıq məzun olurlar. Onların içərisində pedaqoji ixtisasları bitirənlər əmək fəaliyyətinə bu il başlasa, 2034-cü ildə kurikulum əsaslı təhsilin bəhrəsini görə biləcəyik”.
700 bal təhsil səviyyəsini müəyyənləşdirir?
Digər tərəfdən, hər nə qədər maksimum bal toplanılmasının səbəblərini açmağa çalışsaq da, əslində, təhsildə keyfiyyəti məhz bu məqama bağlamaq düzgün olmazdı. Hər halda burada texniki problemlərin də təsirini nəzərə almaq lazımdır. Bu problem kodlaşdırmada, yaxud da yoxlanılma zamanı baş verə bilər...
E.Əfəndi bildirib ki, DİM imtahan suallarının səviyyəsini hər il sadə, orta və çətin olmaqla eyni təyin edir: “Bu il də eyni meyarlar əsasında imtahan keçirildi. İmtahanların səviyyəsi şagirdlərin faktiki təhsil aldıqları tədris proqramına əsaslanır. Burada birmənalı şəkildə DİM-i günahlandırmaq olmaz. Ancaq qəbul imtahanı sisteminin dəyişdirilməsi yüksək bal toplayanların sayının azalması ilə nəticələndi. Onu da qeyd edim ki, əgər maksimum nəticə yoxdursa, bu o demək deyil ki, təhsilin keyfiyyət göstəriciləri olduqca aşağıdır. 700 bal toplayan tələbə olmasa belə yüksək bal toplayanların sayı çox oldu. Ümumiyyətlə, 700 bal toplamaq təhsilin səviyyəsini müəyyənləşdirmir. Əvvəlki illərdə maksimum nəticə toplayan şagirdlərin sayı çox olduqda belə sualların çətinliyindən narazı olanlar olub və ya əksinə, bu balı toplayan olmadıqda belə əvvəlki illərə nisbətdə sualların asan olduğunu da deyənlər olur. 700 bal şansdan asılı olan bir rəqəmdir. Çünki kiçik mexaniki səhv belə bu balı toplamağa mane olur”.
Qəbul sualları çətindir?
Yeri gəlmişkən, valideynlərin şikayət etdiyi əsas məqamlardan biri də qəbul suallarındakı anlaşılmazlıqlardır. Hətta bəzi valideynlər bu məsələ ilə bağlı müvafiq qurumlara da öz şikayətlərini bildirirlər.
Təhsil eksperti Adil Vəliyev bildirib ki, abituriyentlər ən çox açıq tipli suallarda etdikləri texniki səhvləri diqqətə çatdırırlar: “Belə olduqda apellyasiyaya şikayət etdikdə DİM bunları nəzərə alaraq sualı abituriyentin istədiyi kimi qiymətləndirir. DİM hər zaman bacardığı qədər abituriyentlərin şikayətlərinə obyektiv yanaşıb. Bu ilin də buraxılış imtahanlarında səhv yoxlamalar olub. Ancaq hesab edirəm ki, bundan sonra imtahan sualları daha diqqətli yoxlanılacaq, çünki hər səhv birbaşa abituriyentlərin gələcəyinə təsir edə bilər. Sualları hazırlayan müəllimlər arasında tanıdıqlarım var. Onlar da sualların abituriyentlərin ümumi səviyyəsinə uyğun və dərsliklərdən kənar olmadığını bildirirlər. Hesab edirəm ki, suallar hər zaman oxumayanlar üçün çətinliklər yaradır. Bu prosesdə ən çox şikayətlər sualların yoxlanması barədə olur”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

