Qida israfına qarşı mübarizə!
12.08.2023 [11:30]
Hər il 570 milyon ton qida məhsulları atılır...
Dünyada əhalinin sayı artsa da, təbii resurslar məhdudlaşmaq üzrədir. Belə ki, hər il itkiyə gedən və ya israf edilən ərzaq məhsullarının sayı durmadan artır. Qlobal aclıq və yoxsulluq kimi problemlərin olduğunu nəzərə alsaq, təəssüf ki, ərzaq məhsullarının yersiz israfı ürəkaçan mənzərə deyil.
735 milyon insan aclıqdan əziyyət çəkir
Artan əhalini qidalandırmaq məqsədilə son 50 ildə kənd təsərrüfatı məhsulları istehsalı təxminən 300 faiz artıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) “Dünyada ərzaq təhlükəsizliyi və qidalanmada vəziyyət - 2023” adlı hesabat dərc edib. Hesabatda qeyd olunan son məlumatlara görə, dünyada orta hesabla 735 milyon insan aclıqdan və doyunca yeməməzlikdən əziyyət çəkir. Böyük miqdarda yeməli qida isə itkiyə və ya tullantıya çevrilir.
Hər il 74 kiloqram qida atırıq...
BMT-nin Ətraf Mühit Proqramının məlumatına görə, məişət vərdişləri səbəbindən dünyada hər il təxminən 570 milyon ton qida məhsulları atılır. Hər birimiz hər il orta hesabla təxminən 74 kiloqram qida atırıq.
Kiçik bir səy göstərilsə...
FAO qida tullantılarının qarşısını almaq üçün tətbiqi asan olan məsləhətlər və tövsiyələrdən ibarət praktik təlimat hazırlayıb. Təlimat alış-verişdən qida istehlakına qədər yolda hər kəsə dəstək göstərir. FAO-nun kənd təsərrüfatı sənayesi üzrə mütəxəssisi Robert van Otterdiyk bildirib ki, bu cür qida tullantılarının yaranmasına gətirən səbəblər, o cümlədən fərdi və sosial amillər çoxdur: “Buna görə qida tullantılarının həcminin azaldılması üçün müxtəlif səviyyələrdə tədbirlər, həmçinin qida sənayesi müəssisələrinin və siyasətçilərin birgə və koordinasiyalı hərəkətləri lazımdır. Lakin infrastruktur, siyasət və normativ-hüquqi bazanın təkmilləşdirilməsi işinin əhəmiyyətinə baxmayaraq, bu tədbirlər yalnız istehlakçıların öz səviyyələrində qarşılıqlı fəaliyyət göstərdiyi və davranış qaydalarını dəyişdirməyə hazır olduqları təqdirdə işləyəcək”.
FAO hesab edir ki, hər kəs kiçik bir səy göstərsə, birlikdə qida tullantılarının azaldılmasına böyük təsir edə bilərik.
Qida tullantıları niyə baş verir?
Qida tullantılarının yaranmasında iqtisadi infrastrukturun qeyri-kafiliyi, yanlış kənd təsərrüfatı və ərzaq siyasəti kimi bir çox amillər həlledici rol oynayır. İstehsal nöqtələrindən toplanan qidaların uyğun şərtlərdə və ən qısa zamanda istehlakçıya çatdırılması hədəflənir. Məhsul yığım texnikasından tutmuş saxlama və soyutma üsullarına, daşınmadan ərzaq məhsullarının əhaliyə mütənasib paylanmasına qədər tədarük zəncirinin hər mərhələsində itkilər baş verir.
Qida tullantılarının demək olar ki, yarısı fərdi fəaliyyətlərdən qaynaqlanır. Təsərrüfatdan süfrəyə gəlmək prosesində miqdarı getdikcə azalan qida, insanların alış və istehlak vərdişləri səbəbindən son tullantı mərhələsinə çatır. Qida tullantılarında ən həlledici amil insanların qida ehtiyaclarını səhv hesablamasıdır. Ərzaq tullantılarının əsas mənbəyi ayrı-ayrı şəxslərin öz ehtiyaclarına uyğun alış-veriş etməmələri, artıq və istifadə olunmayan qidaların atılması və ya çürüməyə buraxılmasıdır.
Qida israfının qarşısını necə ala bilərik?
Dünyada sürətlə artan ərzaq tullantıları ilə bu problemin qarşısının alınması məsələsi əhəmiyyət kəsb edib. Qida tullantılarının azaldılmasında tədarük zəncirinin hər mərhələsində daha peşəkar tədbirlərin işlənib hazırlanması vacibdir. Qida israfının qarşısını almaq üçün aşağıdakılara əməl etmək mühümdür:
Ehtiyacların müəyyənləşdirilməsi: Həftəlik yemək alış-verişini yaxından izləmək lazımdır. Əgər evdə qida tullantıları varsa, nəyin və niyə tullantılara getdiyini müşahidə edərək real ehtiyacları müəyyənləşdirmək önəmlidir.
Ağıllı alış-veriş: Siyahı ilə ərzaq alış-verişinə getmək, ehtiyacdan çox almamaq və qida alarkən həmişə son istifadə tarixlərini yoxlamaq lazımdır.
Qidaları düzgün saxlamaq: Hansı yeməyi və necə saxlamağımızın lazım olduğunu öyrənməliyik. Zəruri hallarda dərin dondurucudan istifadə etmək olar.
Qalıqları qiymətləndirmək: Qalıqları soyuducuda saxlamaq və mümkün qədər tez istehlak etmək vacibdir. Boyat çörəyi və ya təzəliyini itirmiş meyvələri çölə atmaq əvəzinə, onlara yaradıcı reseptlərlə daha bir şans verməyə çalışmaq lazımdır.
Sıfır tullantı yanaşmasını araşdırmaq: Hər cür israfın qarşısını almaq üçün sıfır tullantı yanaşmasını mənimsəmək və gündəlik həyatda bu şüurla hərəkət etməyə səy göstərmək.
Qablaşdırma vacibdir...
Qidalar uzun müddət saxlanılmaq, həmçinin israfçılığın qarşısını almaq və qida təhlükəsizliyini təmin etmək məqsədilə qablaşdırılır. Qidaları qablaşdırmaqdan ötrü ilk dəfə qalayla örtülmüş konserv qutular üçün patent XIX əsrin əvvəllərində Böyük Britaniyadan olan tacir Peter Durand tərəfindən alınıb. Lakin qidaların qablaşdırılması prosesinin daha əvvələ təsadüf etdiyi təxmin olunur. Belə ki, insanlar hələ qədim zamanlarda qidaların daşınması və saxlanması üçün ağacların qabığından və ya yarpaqlarından istifadə ediblər. Sonrakı dövrlərdə onlar bunun üçün heyvan dərisindən, toxunmuş otlardan, boş ağac kötüklərindən və digər vasitələrdən yararlanıblar. Metal və saxsı qabların hazırlanması isə qablaşdırmanın inkişafına təkan verib.
2050-ci ilədək...
Müasir dövrümüzdə bəzən “işlənmiş”, “hazır”, “yarımfabrikat” adlandırılan qablaşdırılmış qidalar “qeyri-sağlam” kimi xarakterizə olunur. Qablaşdırma üçün istifadə edilən qabların isə tullantı kimi ətraf mühitə atıldığı və təbiəti çirkləndirdiyi bildirilir. Lakin qablaşdırmanın əsas funksiyalarına, istifadə istiqamətlərinə, müasir dövrün qidalanma vərdişlərinə və beynəlxalq hesabatlara nəzər yetirdikdə, qidaların qablaşdırılmasının zəruri olduğunu görürük. Belə ki, 2050-ci ilədək dünya əhalisinin sayının 9,8 milyarda çatacağı proqnozlaşdırlır ki, buna uyğun olaraq ərzaq istehsalı indiki dövrlə müqayisədə 60% artmalıdır. Qida itkiləri və tullantıları meyvə və tərəvəzlərdə ən yüksək nisbətə malikdir. Bu məlumatlar qida itkisi və ya israfının qarşısını almaq üçün təcili yollar tapmağa ehtiyac duyulduğunu göstərir. Bu yollardan biri də qidaların qablaşdırılmasıdır. Qidaların xarab olmasında temperatur, rütubət, istilik, işıq və mikroorqanizmlər kimi müxtəlif amillər rol oynayır. Qablaşdırma isə qidaların xarab olmadan uzun müddət saxlanmasını təmin edərək qida israfının qarşısının alınmasında mühüm əhəmiyyətə malikdir. Qoruma, saxlama, daşımada rahatlığın təmin edilməsi və digər amillər qablaşdırmanın əsas funksiyalarına aiddir.
Təhlükəsiz qablaşdırma materialları
Texnologiyanın inkişafı ilə əlaqədar müxtəlif materiallar qablaşdırma materialı kimi istifadə oluna bilir. Bununla belə, qidaların qablaşdırılması zamanı istifadə edilən materiallar qida təhlükəsizliyinə uyğun, möhkəm, cəlbedici və qənaətcil olmalıdır. Bunlara plastik, şüşə, kağız, metal, taxta və birdən çox materialın birlikdə istifadə edildiyi kompozit tipli qablaşdırma materialları daxildir.
Qablaşdırma materialları qidaların üzərində göstərilən istifadə müddəti bitənədək xarab olmasının qarşısını ala bilir. Şübhəsiz ki, qidanın xarab olmadan qalmasında emal şəraiti, düzgün saxlanma və qablaşdırma qoruma funksiyasını bərabər yerinə yetirir. Qablaşdırmanın qidanı qoruya bilməsi üçün qida mikroorqanizmlərdən təmizlənməlidir. Məsələn, vakuumda və ya modifikasiya edilmiş atmosferdə qablaşdırılan ət məhsulları qablaşdırma materialı həmin məhsulun oksigenlə təmasının qarşısını aldığına görə qorunur. Əsas qida məhsullarından biri olan çörək qablaşdırılmadan satışa çıxarılarsa, xəstəlik törədən mikroorqanizmlərin qarşısını almaq üçün təmizlənə və dezinfeksiya edilə bilən nəqliyyat vasitələrində və yeşiklərdə daşınmalıdır. Lakin bu tələblərdən asılı olmayaraq, qablaşdırma çörəyi ətraf mühitin zərərli təsirlərindən qoruyur və gigiyenik qaydada istehlakçıya çatdırılmasına şərait yaradır. Meyvə və tərəvəz kimi tez xarab olan məhsullar üçün hazırlanmış qablaşdırma materialları və texnologiyaları onları qoruyaraq itkilərin qarşısını alır. Bu tip qidalarda ətraf havanın qaz tərkibinin tənzimlənməsi idarə olunan atmosferdə depolama, aktiv və ağıllı qablaşdırma, modifikasiya edilmiş atmosferdə isə qablaşdırma və ya buxar əleyhinə qablaşdırma aparılır.
Göründüyü kimi, aktiv qablaşdırma sistemləri qidanın daha uzun müddət saxlanmasına şərait yaradaraq çürümə səbəbindən baş verən itki və tullantıları minimuma endirir. Digər innovativ ideyalar isə qablaşdırma tullantılarını azaldır və ya başqa mənbələrdən gələn tullantıları qiymətli resurslara çevirir. Bu texnoloji yeniliklər gələcəkdə qlobal qida tullantılarına qarşı mübarizədə çox önəmli vasitə olacaq.
Zəruri məqam...
Hər il itkiyə gedən və ya israf edilən ərzaq istehsalı üçün istifadə olunan suyun ümumi həcmi 250 km3-dir. Yəni Rusiya Federasiyası ərazisindən axan Volqa çayının illik axın həcminə bərabərdir və ya Cenevrə gölündəki suyun həcmindən üç dəfə çoxdur.
Demək olar ki, 1,4 milyard hektar, yəni dünyada kənd təsərrüfatı təyinatlı torpaqların təxminən 30 faizinə bərabər torpaq sahəsi heç vaxt yeyilməyən qida istehsalı üçün istifadə olunur.
Şüurlu istehlakçı kimi ərzaqların yersiz israfını aradan qaldırmaq üçün qida məhsullarının istehlakı və istehsalı vərdişlərimizi dəyişdirməliyik...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

