Təmiz hava “axtarışı”...
29.09.2023 [11:34]
Dəniz və dağ havasının orqanizmə təsirləri
Müasir şəhər mühiti bəlkə də insanlara komfort dolu bir həyat təqdim edir-əla yollar, rabitə imkanı, gecə sayrışan işıqlar və sonsuz əyləncə. Təbii qidalanma və ya bol oksigen məsələsinə gəldikdə isə... Vəziyyət dəyişir. Təəssüf ki, böyük şəhərlərdəki ekovəziyyət təmiz hava ilə bağlı daha mürəkkəbdir. Demək olar ki, böyük şəhərlərdəki hava hər gün yüz minlərlə insanı zəhərləyən təhlükəli qazlardan ibarətdir. Gün keçdikcə nəqliyyat vasitələrinin çoxalması isə təmiz havaya olan ehtiyacımızı daha da artırır.
Mütəxəssislər insan orqanizmi üçün vacib, hətta həyati elementlərdən biri kimi hava qəbulunu xüsusi vurğulayırlar. Burada söhbət təmiz havadan gedir - bəzən həkim məsləhəti ilə dağ, dəniz, meşə kimi ekogen zonalardakı hava məsləhət görülür. Adətən şəhərin sıxlığından, qarışıqlıqdan uzaq olmaq istəyən şəxslər də rahatlığı dəniz kənarında gəzinti ilə və ya dağ mənzərəsinə baxmaqla tapırlar. Bu gəzintilərin və ya seyrin bir məqsədi də təmiz hava qəbul etməkdən ibarətdir.
Zərərli vərdişləri belə unutdurur...
Həkim-terapevt Şahvələd Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dağlar bədən üçün ən təmiz, tamamilə təhlükəsiz və sağlam bir havaya sahibdirlər. Həkimin sözlərinə görə, bu havanın təmizliyi bəzi şəhər sakinlərinə siqaret yandırmaq kimi zərərli vərdişləri belə unutdurur: “Faktiki olaraq dağ havasının faydaları əsasən özlüyündə zərərli olmaması ilə bağlıdır. Dağ havası insanın ciyərlərini oksigenlə doldurur, xüsusilə tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün çox faydalıdır. Təəssüf ki, ətraf mühitin pis vəziyyəti səbəbindən bu cür xəstəliklər indi daha çox yayılıb”.
Oroterapiya: Dağ havası ilə müalicə
Ş.Məmmədov qeyd edib ki, dağlarda insanların ömrünü uzadan tək bir amil var - bu, havadır: “Son zamanlarda oroterapiya (dağ havası ilə müalicə) kimi texnikalar tibbdə geniş yayılıb. Dağlıq ərazilərdə iqlimin bütün müalicə xüsusiyyətləri spa praktikasında uğurla istifadə olunur. Hipertansiyondan əziyyət çəkənlər üçün balneoterapiya ilə birlikdə dağlarda istirahət və müalicədən sonra il ərzində qan təzyiqi normaya yaxın qalır. Nevroz, asteniya və hava həssaslığının təzahürləri yox olur. Qanın biokimyəvi, immunoloji xüsusiyyətləri yaxşılaşır, allergik reaksiyalar daha az nəzərə çarpır”.
Bu xəstəliklərə kömək olur...
Həkimin sözlərinə görə, dağ havasının köməyi ilə bir çox xəstəliklərin qarşısını almaq və müalicə etmək mümkündür: “Yuxarı tənəffüs yollarının zədələnməsi ilə əlaqəli xəstəliklər, allergik və immun çatışmazlığının müxtəlif formaları, bronxial astma, çox sayda sinir sistemi xəstəlikləri, əzələ-skelet sistemi xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, mədə-bağırsaq traktının xəstəlikləri və dəri xəstəliklərini qeyd edə bilərik. Hipoksiterapiya dərmansız müalicə üsulu kimi yan təsirləri aradan qaldırır”.
Dəniz havası da faydalıdır
Ş.Məmmədov dəniz kənarında vaxt keçirməyin də insanlar üçün nə dərəcədə faydalı ola biləcəyindən danışıb: “Əlbəttə ki, dəniz havası xüsusilə ağ ciyərlər üzərində daha faydalı nəticələr göstərir. Çünki dəniz havasında demək olar ki, insan orqanizmi üçün faydalı olan bir çox mikroelementlər var. Dəniz havası bu mikroelementlərin sayəsində iltihabı yatırdır və selikli qişanı bərpa edir. Xüsusilə də, dəniz havası bir çox ağ ciyər xəstəliklərinin profilaktikasında önəmli rol oynayır”.
Xoşbəxtlik hormonlarını artırır...
Həkim qeyd edib ki, dəniz havasının sinir sisteminə müsbət təsirləri var: “Dəniz üzərində ionlaşmış hava insan orqanlarını oksigenlə zənginləşdirir, iş qabiliyyətini artırır, pozitiv emosiyalar bəxş edir. Dəniz havası faydalı minerallarla, bromla, litiumla zəngindir. Brom və litium maddələri beyindəki serotonin, triptamin kimi xoşbəxtlik hormonlarını artırır. Dəniz kənarında 2 saat yerimək və tətil keçirmək sinir sistemi xəstəliklərində müsbət rol oynayır”.
Hər kəsə düşmür...
Terapevt bütün bunlarla yanaşı, dəniz və yaxud dağ havasının bir çox insanlara müsbət təsir göstərmədiyini də vurğuladı. Onun sözlərinə görə, xüsusilə mədə-bağırsaq sistemi həssas olan şəxslərə dağ havası yaxşı təsir bağışlamır: “Məsələn, elə insanlar var ki, hansısa dağ rayonlarına gedərkən oranın havasını, suyunu qəbul etdikdə artıq onda əks-reaksiyalar baş verir. Təbii ki, hər birimiz dağ havasının daha təmiz və faydalı olduğunu bilirik. Lakin istər dəniz, istərsə də dağ havası hər kəsdə fərqli reaksiyalara səbəb ola bilər. Elə insanlar var ki, dənizə getmirlər, bəlkə də yayda dənizə getmək, suda çimmək, dəniz qumunu qəbul etmək istəyərlər. Ancaq dəniz havası bəzi allergik xəstəliyi olan insanlar üçün əks-reaksiyalara səbəb olur, onlarda narahatlıq yaradır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

