İşimizi “ASAN”laşdıran sistem...
29.12.2023 [10:24]
11 il əvvəl ilk “ASAN xidmət” mərkəzinin açılışı olub
Prezident İlham Əliyevin çoxşaxəli islahatlarından biri də dövlət xidmətlərinin şəffaf, operativ və əlçatan təşkili ilə bağlı müəllifi olduğu “ASAN xidmət” layihəsidir. “ASAN xidmət”in uğurlarının əsasında Prezident İlham Əliyevin insan amilinə verdiyi dəyər dayanır.
“ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. 29 dekabr 2012-ci il tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan 1 nömrəli “ASAN xidmət” mərkəzinin açılışı olub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Qeyd etmək lazımdır ki, son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm işlər görülmüşdür. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılmışdır. “ASAN xidmət” mərkəzləri məhz dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipi əsasında fəaliyyət göstərir. Vətəndaşlara müxtəlif dövlət xidmətlərinin təqdim olunması zamanı inklüzivliyin yüksək səviyyədə təmin edilməsi ilə bağlı qarşıya qoyulan hədəf odur ki, ölkədə həm qanunçuluq, nizam-intizam, şəffaflıq yüksək səviyyədə təmin edilsin, həm də vətəndaş məmnunluğu artsın. Ölkəmizin bu məqsədlərə çatmaq üçün seçdiyi “ASAN xidmət” sistemi bu baxımdan unikal bir platformadır.
İslahatların tərkib hissəsi kimi yaradılan “ASAN xidmət”in respublikamızda yüksək populyarlıq qazanması üçün böyük zaman kəsiyi lazım gəlməyib. Bakıda pilot layihə kimi əsası qoyulan “ASAN xidmət” mərkəzləri özünü doğruldub və respublikamızda qısa müddətdə bu şəbəkənin coğrafiyası regionlara doğru genişlənib. “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. Bu mərkəzlərin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, dövlət strukturlarına etimadın daha da möhkəmləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin təmin edilməsidir.
Bu prinsiplərə yüksək səviyyədə əməl olunması bütün ölkə miqyasında “ASAN Xidmət” mərkəzlərinə inamı artırıb. Əlamətdar haldır ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə də “ASAN xidmət” mərkəzlərinin sayı artırılmaqdadır. Bütövlükdə, ölkə üzrə vətəndaşların “ASAN Xidmət” mərkəzlərinin fəaliyyətindən məmnunluq səviyyəsi 100 faizə yaxındır.
Beynəlxalq səviyyəli milli brendimiz
“ASAN xidmət”in təsis olunması və genişləndirilməsi də daxil olmaqla, ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə istiqamətində islahatlara beynəlxalq ictimaiyyət tərəfindən göstərilən dəstəyin bariz göstəricisidir. İndiyədək Dövlət Agentliyi və tabeliyində olan qurumlar öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb. Beynəlxalq əməkdaşlığın coğrafiyası kifayət qədər genişdir. Bunu İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də ICESCO və UCLG Afrika təşkilatları ilə imzalanmış Anlaşma Memorandumları da təsdiqləyir. 2019-cu ilin iyun ayında Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu çərçivəsində “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın (“ASAN Assosiasiyası”) yaradılması barədə Niyyət Bəyannaməsi imzalanıb. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq qurumlarının rəhbərləri imzalayıblar.
Ötən ilin noyabr ayında Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında hökumət təcrübələrinin mübadiləsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum “ASAN xidmət” təcrübəsinin BƏƏ ilə, habelə qarşı tərəfin “Hökumət Akselerasiya Proqramı”nın Azərbaycanla paylaşılması üzrə əməkdaşlığı nəzərdə tutur.
Azərbaycanın intellektual brendi olan “ASAN Xidmət”in bir sıra nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi də qürurverici haldır. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

