Təhlükə saçan sahibsiz itlər...
07.03.2024 [11:13]
Necə davranmalıyıq?
Yeganə BAYRAMOVA
Heyvanları sevmək və onları qorumaq digər canlıların həyatda qalmasına kömək etmək deməkdir. Bu baxımdan bəzi ailələr mənzildə ev heyvanı saxlamağa üstünlük verirlər. Lakin küçədəki canlıları sevənlər qədər, onlardan qorxanların sayı da az deyil.
Səbəblər isə müxtəlifdir. Həmin səbəblərdən biri son vaxtlar paytaxt və rayonlarda sahibsiz itlərin çoxalmasıdır. Hətta paytaxtın mərkəzi küçə və parklarında da çoxlu sayda sahibsiz itləri görmək artıq adi hala çevrilib. Bu da vətəndaşların haqlı olaraq narahatlığına səbəb olur. Xüsusilə valideynlər hər an övladlarının təhlükə ilə üz-üzə qalmasından narahatdırlar.
Son vaxtlar itlərin hücumuna məruz qalanlar hədsiz çoxalıb. Məsələn, ötən günlərin birində Qobuda 9 yaşlı uşağı it dişləyib. Hadisə “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında qeydə alınıb. Uşaqda çoxsaylı yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Təbii ki, yer üzü bütün canlılar üçündür. Lakin vəhşi heyvanların uşaqlara sürü halında hücum etməsi artıq gündəlik baş verən hadisədir. Küçə itləri əsasən köhnə binaların həyətinə cəmlənirlər. Artıq sahibsiz itlərin əlindən nəinki gecə, heç gündüz də küçəyə çıxmaq olmur.
500 manat cərimə...
Şübhəsiz ki, küçədə qarşılaşdığımız sahibsiz itlər quduzluq, ya da yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Bunun qarşısını almaq üçün bəzən onları elə insanların gözü önündəcə güllələyir, öldürürlər. Ancaq Azərbaycan 1997-ci ildə Strasburqda “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə “Heyvanların mühafizəsi haqqında” qanun qəbul olunub. Qanuna əsasən, heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsi ilə cərimə olunurlar. Cərimə isə əvvəllər 25-45 manat arasında dəyişirdisə, hazırda bu məbləğin 500 manat olduğu bildirilir.
Dünya ölkələrində vəziyyət necədir?
Fransada 80 milyon ev iti var. Digər ölkələrdə-Almaniya, Amerika, İngiltərədə də oxşar rəqəmlərdir. Burada ev heyvanını küçədə buraxmaq işgəncəyə bərabər sayılır. Fransada bununla bağlı 30.000 avroya qədər cərimə və ya 2 ilə qədər həbs cəzası var. Heyvanların sağlamlığı, qidalanması və yaşayış mühiti ilə bağlı qaydalar qüvvədədir.
Hollandiyada heyvan polisinə şikayət edən qaynar xətt yaradılıb. 400 heyvan polisi işləyir. Belçikada heyvanlara təcavüzə görə cəza 100 min avroya qədər artırılıb. Bundan əlavə, 2 ilə qədər həbs də var. Daha ağır hallarda cərimə 300 min avroya qədər artır. Almaniyada isə 3 il həbs var. Heyvanlara qarşı pis rəftar və işgəncə hallarında 3 ilə qədər həbs və 25 min avroya qədər cərimə tətbiq olunur. Adını çəkdiyimiz xarici ölkələrdə bütün sahibsiz itlər və digər heyvanlar mühafizə sığınacaqlarına aparılır.
Küçə itlərinin azaldılması üçün nə edilməlidir?
Məlumat üçün bildirək ki, əvvəllər sahibsiz itlərin küçələrdən yığılması ilə Bakı Şəhər Mənzil-Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi məşğul olurdu. Hazırda isə bu qurumun və eləcə də icra hakimiyyətlərinin küçə itlərinə qarşı mübarizəsi məhdudlaşdırılıb. Belə ki, əgər əvvəllər qurumun əməkdaşlarına tüfəng vasitəsilə itləri öldürməyə icazə verilirdisə, indi bu, belə deyil. Hazırda ölkəmizdə sahibsiz itlərlə bağlı sığınacaq mərkəzləri fəaliyyət göstərir. Onlar isə itlərə zərər vermədən toplayıb qısırlaşdırırlar. Həmin mərkəzlər itləri qısırlaşdırdıqdan sonra yenidən götürdükləri ərazilərə buraxır. Qısır itlər kimsəyə hücum etmir. Dünya ölkələrində də küçə itlərini qısırlaşdırmaqla onları təhlükəsiz vəziyyətə gətirmək nümunəsi var.
Qeyd edək ki, 2017-ci il mart ayının 1-dən ölkəmizdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan İDEA Heyvanlara Qayğı Mərkəzi fəaliyyət göstərir. 2019-cu il fevral ayının 15-də isə Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə bağlı işin təkmilləşdirilməsi üzrə birgə layihəsi həyata keçirilib. Layihə çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin açılışı olub. Layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.
Yeməyimizin qalığını küçədəki itlərə versək...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan it təlimçisi Elmir Əliyev bildirib ki, quduz itdə məlum simptomlar olur: “Bunlara misal olaraq ağızdan köpük gəlmə, arxa nahiyə ayaqların işləməməsi və, s aiddir. İt ümumiyyətlə uzanıb tərpənmirsə, ona özbaşına toxunmaq olmaz, çünki quduzluq vaxtı arxa ayaqlar qıc olmağa başlayır və avtomatik olaraq da it aqressiv olur. Bu itlər sürüdə yaşamır. Yəni quduz olan it təbii ki, insanı dişləyə bilər.
O ki qaldı itin birbaşa insana hücum etməsinə, Gürcüstanda, Türkiyədə də itlər yaşayır, amma belə hallarda həmin ölkələrdə çox yaşanmır, çünki o ölkələrdə insanların itlərə olan sevgisi başqadır. Əgər yediyimiz yeməyin qalıqlarını küçədə itlərə versək, o itlər heç vaxt bizə hücum çəkməyəcək, hər zaman bizi qoruyacaq, kömək edəcək, yalnız yemək üçün bizə tərəf gələcək.
Amma görürük ki, ölkəmizdə hətta böyük şəhərlərdə insanlar sahibi olan ən kiçik itlərdən belə çəkinir, qorxurlar. Və yaxud uşaq itə toxunmaq istəyəndə valideynləri qoymur. Bununla da uşaqlarda itlərə qarşı fobiya yaranır”.
Küçədəki itlərin nə üçün hücum etməsinə gəlincə, ekspert qeyd edib ki, buna səbəb valideynlərin uşaqlara itin təhlükəli olduğunu öyrətməsidir: “Uşaqlar da itlərə daş atır, neqativ enerji, hərəkət göstərməyə başlayır. Bu zaman itlərdə elə bir hiss yaranır ki, insanları görəndə onlara hücum edirlər. Əgər bir iti avtomobil vurursa, həmin it hər dəfə yoldan keçən avtomobilin arxasınca hürür. İt şüursuz canlı, heyvandır, necə anlasın ki, sürücü iti görməyib, ona görə vurub, daim avtomobilə düşmən kimi baxır, ona hürür, sanki özünü qoruyur. Avtomobil də keçib gedəndə elə anlayır ki, o qovub deyə, avtomobil getdi”.
Daimi təbliğat aparılmalıdır...
E.Əliyev küçə itləri ilə davranış qaydalarından da söz açıb: “Uşaqlar itə daş atanda, qovalamağa başlayanda itlər də özlərini qorumağa başlayır. Şəxsən mənim yaşadığım küçədə də itlər var, amma onlar insanlara hücum çəkmir. Çünki daim təbliğat aparıram ki, itlərə yemək verin, yemək qalıqlarını çölə qoyun ki, itlər qidalansın. Ona görə də problem yoxdur.
Bir daha qeyd edirəm, Gürcüstanda, Türkiyədə küçə itləri çox sakit şəkildə yaşayır, bəzən böyük ticarət mərkəzlərində yatırlar, amma bir kimsəyə toxunmurlar. Çünki onlara yanaşma doğru aparılır. Əlbəttə ki, küçə itləri çaqqal, canavar deyil. Necə ki, çöldə gəzən inəyi vursanız, o da cavab olaraq sizə təpik atacaq. İtlərlə davranış da bu cürdür”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10

