Turizm sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı gücləndirilir
03.04.2026 [20:21]
Antalya şəhərində Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 5-ci iclası keçirilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, iclasda turizm sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət imkanları, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarə olunması, qış, sağlamlıq və qastronomiya turizmi istiqamətləri, eləcə də dayanıqlı turizm üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, regional turizm və mədəni irsin idarə olunması, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, həmçinin 2026-cı il üçün birgə Fəaliyyət Proqramının hazırlanması mövzularına toxunulub.
İclas Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun həmsədrliyi ilə keçirilib və tədbirdə turizm sənayesi üzrə ixtisaslaşmış qurumların nümayəndələri iştirak ediblər.
Görüş çərçivəsində 2025-ci il üzrə Birgə Fəaliyyət Planının icrası qiymətləndirilib, 2026-cı il üçün yeni Birgə Fəaliyyət Planı üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.
Həmçinin BMT Turizm Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Lahıc üçün BMT Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” nominasiyası üzrə müraciəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Xüsusilə Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən turizm paytaxtı elan edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bununla yanaşı, DTA sədri Fuad Nağıyevin adından Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoya Şuşada keçiriləcək Turizm Nazirlərinin 7-ci görüşündə və Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasında iştiraka dair dəvət çatdırılıb.
İclas çərçivəsində COP31 ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub, Azərbaycanın 2024-cü ilin noyabr ayında uğurla ev sahibliyi etdiyi COP29 tədbiri xüsusi vurğulanıb. Qeyd edilib ki, COP tarixində ilk dəfə olaraq turizm mövzusu tematik gündəliyə daxil edilib və bu sahədə Azərbaycan təcrübəsinin Türkiyə tərəfi ilə paylaşılması barədə razılıq əldə olunub.
Bununla yanaşı, İstanbulda fəaliyyətə başlayan Azərbaycan Turizm Bürosunun nümayəndəlik ofisinin iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, sənaye nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi və B2B formatlı görüşlərin təşkili baxımından rolu qeyd olunub.
Görüşdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Hotel Assosiasiyası (AHA), həmçinin Türkiyə tərəfdən Türkiyə Hotel Assosiasiyası (TÜROB) və Türkiyə Səyahət Agentliklər Birliyi (TÜRSAB) nümayəndələri iştirak ediblər.
İclasın yekununda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Protokol imzalanıb.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45

