Avropa İttifaqında təhdidlər artır
07.06.2024 [10:45]
Yoxsulluq, demokratiyaya hücumlar, irqçilik, ksenofobiya və miqrasiya...
Avropada dini zəmində süni gərginliyin yaradılması - ictimai ziddiyyətlərin dərinləşdirilməsi cəhdləri günü-gündən artır. Avropanın müxtəlif şəhərlərində müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu, həm də onu göstərir ki, Qərbdə, Avropada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir.
Arzuolunandır ki, Avropada belə qarşıdurma ssenarilərinə son qoyulsun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlıq, multikulturalizm seçilsin, bəşəri dəyərlər təbliğ və təşviq edilsin. Lakin proseslər göstərir ki, Avropada mövcud olan bu zərərli tendensiyaya son qoyulması hazırkı dönəmdə real görünmür. Çünki bütün bunların fonunda miqrant problemləri artır, demokratiya və insan haqları məsələlərində ziddiyyətlər güclənir. Üstəlik, bu problemlər Avropada yoxsulluğun artmasına da təsirini göstərir.
Bu neqativ hallar bir sıra təşkilatların hesabatlarında da əksini tapır. Perspektiv üçün proqnozlar isə nikbin deyil. Belə ki, Avropa İttifaqının Əsas Hüquqlar Agentliyinin (FRA) son hesabatında bildirilir ki, yoxsulluq səviyyəsinin artması, demokratiyaya hücumlar, irqçilik və ksenofobiya, eləcə də miqrasiya problemləri 2024-cü ildə Avropa İttifaqında fundamental hüquqlar üçün əsas təhdidlər olacaq. Təşkilatın hesabatına əsasən, yaşayış xərclərinin, xüsusən də enerji qiymətlərinin artması ona gətirib çıxarıb ki, insanların 20 faizi (hər beş nəfərdən biri) səfalət içindədir. Bununla əlaqədar olaraq, Vyanada yerləşən agentlik üzv dövlətləri yoxsulluğun və elektrik enerjisinə xərclərin azaldılmasına dair tədbirlərin əhalinin ən aztəminatlı qruplarına şamil olunmasına çağırır. FRA gəlirlərin artmasına məhdudiyyətlərin mövcud olduğu, sosial gəlirin isə həddindən artıq yoxsulluq hallarına gətirib çıxaran 12 üzv dövlətdə sosial problemlərin yumşaldılmasına dair tədbirləri müəyyən edib.
Agentlik, miqrasiya təzyiqini nəzərə alaraq, dənizdə axtarış-xilasetmə əməliyyatlarını gücləndirməyi (hesabata əsasən, 2023-cü ildə Aİ ölkələrinə üz tutan 4 mindən çox insan həlak olub) və gəldikdən sonra miqrantlarla ünsiyyət üçün daha təhlükəsiz şərait təmin etməyi tövsiyə edir. FRA eləcə də dövlətin dinc yığıncaqlar və fikirləri ifadə etmək azadlığı hüququna münasibətdə həddən artıq müdaxiləsini pisləyir və qeyd edir ki, bu, mülki məkana təhdiddir, belə vəziyyət ictimai işlərdə əhəmiyyətli iştirakın mövcud olmaması deməkdir və dezinformasiya ilə birləşdikdə bütün Avropa ölkələrində demokratiyaya xələl gətirir. “İyirmi yeddi üzv dövlət, həmçinin vətəndaş cəmiyyətinin müdafiəsini gücləndirməli, antisemitizm və islamofobiyanın artması barədə xəbərdarlıq edərək, həyəcanlı tendensiya kimi təsnif etdikləri irqçilik və dözülməzliyin bütün formaları ilə mübarizə aparmalıdır”,-deyə hesabatda vurğulanır.
Avropada sağlam düşüncəli liderlər mövcud problemlərin səbəblərini göstərməklə yanaşı, vəziyyətdən çıxış yolunun tapılmasını vacib hesab edirlər. Belə liderlər sırasında Macarıstanın Baş naziri Viktor Orban xüsusi vurğulanmalıdır. V.Orban Avropa İttifaqı məkanında yaranmış problemlərdə rəhbərliyin əsas səbəbkar olduğunu bəyan edir. Macarıstanın Avropa İttifaqına sədrliyi ərəfəsində Baş nazir Orban Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin tərəfdarı olduğunu bildirib. O, deyib: “Brüssel avropalıların həyatını taleyin ümidinə buraxıb. Bir tərəfdən Brüsselin siyasəti, digər tərəfdən isə avropalıların maraqları və iradəsi arasında heç vaxt bu qədər uçurum yaranmayıb”. Orbanın fikrincə, Avropa İttifaqının rəhbərliyində dəyişikliklərin edilməsi zəruridir. Bu, yalnız məqsədyönlü tədbirlər nəticəsində baş verə bilər. “Brüsseldə bu dəyişikliklər olmalıdır ki, brüsellilər arasında heç olmazsa, bir neçə avropalı da olsun”, - deyə Orban fikrini şərh edib. O, habelə Avropanı yenidən “qüdrətli etməyə” səsləyib.
Slovakiyanın Baş naziri Robert Fitso da ötən ay Azərbaycana səfəri zamanı Avropa İttifaqını tənqid etmişdi. O, “Slovakiya 2020-2023-cü illərdə Avropa İttifaqı tərəfindən nə dərəcədə biganə yanaşmanın nümunəsidir” demiş və Brüsselin başqa ölkələrə “ara-sıra təlimat verməyi xoşladığını” vurğulamışdı.
Göründüyü kimi, Avropa İttifaqı məkanında bütün sferaları əhatə edən problemlər artmaqdadır. Aİ dünyanın müxtəlif regionlarında proseslərə müdaxilə etməkdənsə, özünün daxili məsələlərinə daha çox diqqət ayırmalıdır. Avropa təsisatı isə bu problemləri yaxın zamanlarda həll etməyə hazır görünmür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Dünya
29 İyul 20:16
Dünya
29 İyul 19:50
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21

