Müharibə yeni mərhələyə keçdi
12.10.2022 [10:16]
Krım körpüsünün ardından Kiyevin vurulması sülh məsələsini sual altına salır
Rusiya ilə Krımı birləşdirən Krım körpüsünün bomba yüklü yük maşını ilə partladılmasının ardından iki ölkə arasındakı hərbi əməliyyatlar daha da kəskin hal alıb. Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib ki, Krım körpüsünün dağıdılması Rusiyadan yarımadaya lazım olan hər şeyin, o cümlədən silahların çatdırılmasını çətinləşdirəcək. O söyləyib ki, bu, Kiyev üçün böyük dividentdir: “Krım körpüsü Rusiyanı Krım və Xersonla birləşdirirdi”.
Xatırladaq ki, Krım körpüsü Rusiyanın ən uzun körpüsüdür, uzunluğu 19 kilometrdir. Körpü Rusiya ilə Krım yarımadasını birləşdirir. Avtomobil hissəsi 2018-ci ilin may ayında istismara verilib. 2019-cu ilin dekabrında isə onun dəmir yolu hissəsi ilə ilk qatarlar hərəkət etməyə başlayıb.
Bu hadisədən sonra rus ordusu əllərindəki Ukrayna əsgərlərinin görüntülərini paylaşaraq “Artıq təslim olmaq belə sizi xilas etməyəcək”, - deyə bildiriblər. Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov partlayışla bağlı verdiyi açıqlamada bunları bildirib: “Rusiya Fövqəladə Hallar Nazirliyi və Nəqliyyat Nazirliyinin Krım körpüsündəki vəziyyətlə bağlı hesabatları Rusiya prezidenti Vladimir Putin və Rusiyanın baş naziri Mixail Mişustinə təqdim edilib. Putin partlayışı araşdırmaq üçün komissiyanın yaradılmasına göstəriş verib”.
Dünən səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətləri raket atəşinə tutulub. Kiyevdə partlayışlar zamanı 8 nəfər ölüb, 20-dən çox insan isə yaralanıb.
Müharibənin aktiv fazaya qədəm qoyması isə aylardır davam edən nüvə məsələsini yenidən aktuallaşdırıb. Qərb mətbuatı Krım körpüsünün ardından Rusiyanın nüvə silahına əl atacağına “ümid etsə də”, Rusiya tərəfi belə bir addım atmaq niyyətində olmadığını deyir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib ki, Rusiya bu il yanvarın 3-də nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin yolverilməzliyini təsdiq edən bəyanatına sadiq qalır. Onun sözlərinə görə, ən yüksək səviyyədə təsdiq edilmiş bu sənədə uyğun olaraq, nüvə silahına malik ölkələr arasında hər hansı silahlı münaqişənin qarşısını almaq lazımdır: “Rusiyanın müəyyən nəticələrlə üzləşəcəyi barədə səs-küylü bəyanatlara gəlincə, bu cür təhdid dili, təbii ki, qəbuledilməzdir. Onlarla bu mövzunu müzakirə etmək fikrində deyilik, çünki bunun faydasızlığı açıq-aydındır”.
Bu arada Rusiya Prezidenti Vladimir Putin oktyabrın 10-da Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirədə bildirib ki, Kiyev rejiminin cinayətlərini cavabsız qoymaq mümkün deyil. Krım körpüsünün partladılması ilə bağlı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin məruzəsi üzrə danışan Rusiya Prezidenti vurğulayıb ki, Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub. Putin Ukraynanın şəhərlərinə endirilən raket zərbələri barədə də danışıb. “Yüksək dəqiqliyə malik silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”, - Putin qeyd edib.
Rusiya Müdafiə Nazirliyi “xüsusi hərbi əməliyyat” kimi təqdim edilən Ukrayna müharibəsində iştirak edən Birləşmiş Hərbi Qüvvələrin komandanının dəyişdirildiyini də açıqlayıb. Son günlər bəzi cəbhələrdə verilən itkilərdən və Rusiya daxilində artan narahatlıqdan sonra prezident Vladimir Putin Ukraynada döyüşən qoşunların komandanlığına əvvəllər Tacikistan, Çeçenistan və Suriyada xidmət etmiş general Sergey Surovikini gətirib.
Oktyabrın 10-da rus qoşunlarının bəzi şəhərlərə kütləvi raket zərbələri endirməsi nəticəsində Ukrayna məktəblərində tədris dayandırılıb. Ukrayna ordusu da öz növbəsində Rusiyanın Belqorod vilayətinə zərbələr endirib. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib. Onun sözlərinə görə, Şebekino rayonunun vurulması nəticəsində 3 ev dağılıb, 1 sakin ölüb. Bundan başqa, Valuysk şəhər dairəsi və Konoplyanevka kəndi də atəşə məruz qalıb.
Baş verənlər Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesinə ümidin itdiyini göstərirmi? Bununla bağlı qəzetimizə açıqlamasında politoloq İlyas Hüseynov bildirib ki, Krım körpüsündə baş verən partlayış Rusiya ilə Ukrayna arasındakı gərginliyin daha da dramatikləşməsinə yol açdı. Onun sözlərinə görə, Rusiya bu addımı birbaşa olaraq Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı kimi dəyərləndirib. Rəsmi Moskva artıq bu addımın cavabını verməyə başlayıb: “Bunun nəticəsi olaraq biz artıq Kiyev başda olmaqla digər şəhərlərin də raket atəşinə tutulmasının şahidi oluruq. Bu, Rusiyanın cavabıdır. Moskva Kiyevi vurmaqla sanki Krım körpüsündə baş verən partlayışın qisasını alır. Qarşıdakı mərhələdə belə tendensiyaların daha da güclənəcəyi gözlənilir”.
Politoloqun fikrincə, Ukrayna müxtəlif kəndləri və qəsəbələri azad etdikcə Rusiya tərəfinin daha da kəskin addımlar atacağı mümkündür. Eyni zamanda, nüvə təhdidi də öz aktuallığını qoruyur. Belə ki, taktiki nüvə silahından istifadə əsas prioritet kimi görünür. “Ukrayna prezidenti Zelenski də Rusiyaya cavab verib. Öz növbəsində siyasi, iqtisadi, hərbi ritorikanın güclənməsi Qərbi də hərəkətə keçirib. Artıq Ukraynaya olan maliyyə və hərbi təchizat dəstəyinin daha da artırıldığının şahidi oluruq. Düşünürəm ki, Krımda baş verənlər, ardından Kiyevin vurulması Ukrayna- Rusiya müharibəsinin yaxın vaxtlarda dayandırılması istiqamətindəki bütün proqnozları və fikirləri alt-üst etdi. Rusiya Ukraynanın 4 regionun özünə birləşdirilməsi ilə bağlı referendum keçirməklə bütünlükdə prosesi sonlandırmaq istəyirdi. Amma görünən budur ki, bu, baş vermədi. Qarşıdakı dövrdə proses çox da asanlıqla səngiməyəcək. Beynəlxalq ictimaiyyətin möqeyinin, danışıqlar prosesinin nəticəsindən asılı olmayaraq Ukrayna ərazi bütövlüyü məsələsində çox kəskin müqavimət göstərir”, - deyə İ.Hüseynov əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

