İsrailin müdafiə nazirinin Türkiyə səfəri
28.10.2022 [10:56]
İki ölkə arasında dondurulmuş çoxşaxəli sazişlər aktivləşdirilir
Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunmaqdadır. Ard-arda reallaşan qarşılıqlı səfərlər iki ölkə arasında münasibətlərin müsbət inkişafına zəmin yaradır. Yeri gəlmişkən, İsrailin müdafiə naziri Benni Qantz dünən Türkiyəyə səfər edib və Türkiyənin milli müdafiə naziri Hülusi Akarla görüşüb. Türkiyə mətbuatının yazdığına görə, görüşdə 1994 və 1996-cı illərdə imzalanmış sazişlərə əsasən, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin aktuallaşdırılmasına diqqət yetirilib. Eləcə də, iki nazirin görüşündə Ukrayna, Suriya və Cənubi Qafqazdakı hadisələr də müzakirə obyekti olub.
Qeyd edək ki, 2010-cu ildə Mavi Mərmərə böhranından sonra İsrail ilə Türkiyə arasında təhlükəsizlik, kəşfiyyat və müdafiə sənayesi sahəsində əməkdaşlıq dayandırılmışdı. Son 12 ildə İsrailin müdafiə nazirləri Türkiyəyə səfər etməyib. Bu mənada, son səfər İsrail müdafiə naziri Ehud Barakın 2010-cu ildə Ankaraya etdiyi səfər sayılır. Qantzın səfərindən öncə İsrail müdaifə nazirliyinin yaydığı məlumatda da bildirilib ki, səfər zamanı 12 ilə yaxın dondurulmuş hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığın canlandırılması, yenilənməsi və yenilənməsi üçün yaradılacaq yol xəritəsinin müzakirə olunacağı gözlənilir.
Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin normallaşması istiqamətində ilk addım İsrail prezidenti İsaak Hersoqun mart ayında Ankaraya səfəri ilə gerçəkləşmişdi. Daha sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun mayın 25-də İsrailə səfəri bu əlaqələrin daha da möhkəmlənməsinə xidmət edib. İki ölkə arasında səfirliklərin bərpası məsələsi də artıq həll edilib. Ankara səfirliyinin müvəqqəti işlər vəkili İrit Lillian İsrailin Ankaradakı yeni səfiri təyin edilib. Daha əvvəl Qüds Baş Konsulluğu vəzifəsində çalışmış səfir Şakir Özkan Torunlar isə Türkiyənin İsraildəki səfirliyinə gətirilib.
Bu iki ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. Diplomatik əlaqələrin ardınca milli müdafiə və hərbi sahədə də əməkdaşlığın yaradılması çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirə bilər. İsrail ilə Türkiyə arasında münasibətlərin inkişafı isə regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə yaxın əməkdaşımız İsrail arasında münasibətlərin inkişafı bölgənin təhlükəsizliyi ilə bağlı yeni mərhələ formalaşdırır. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-hərbi əməkdaşlıq konfiqurasiyasının əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, iki dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi Azərbaycan üçün də mühüm perspektivlər yaradır. Bu ayın əvvəlində İsrailin və Türkiyənin müdafiə nazirlərinin Bakıya səfər etməsi də bu faktı təsdiqləyir.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, regionda yaranan yeni reallıqlar qlobal siyasi mənzərəyə də mühüm çalarlar əlavə etməkdədir. Azərbaycanın yaxın tərəfdaşı olan Türkiyə ilə İsrail arasında münasibətlərin genişlənməsi bölgənin təhlükəsizliyi və inkişafı ilə bağlı yeni çağırışlar formalaşdırır. Nəzərə alsaq ki, İsrail də Azərbaycanın mühüm tərəfdaşlarından sayılır, ölkələr arasındakı qarşılıqlı səfərlər olduqca böyük maraqla izlənir: “Bir neçə ay öncə İsrailin prezidenti İsaak Hersoq 15 illik fasilədən sonra Türkiyəyə səfər etmişdi. Bu tarixi səfər Türkiyə-İsrail münasibətlərində yeni bir dönüş nöqtəsi hesab olundu. Hər iki dövlətin başçısı ikitərəfli əlaqələrin inkişafında ortaq maraqlara əsaslanan siyasi dialoqun canlandırılmasını əsas məqam kimi diqqətə çatdırmışdılar. Türkiyə-İsrail əlaqələrinin hərbi sferada da inkişafı və güclənməsi regional sabitlik və sülh üçün böyük əhəmiyyət daşıyır. Hər iki dövlət hərbi sənaye sferasında mühüm yol qət ediblər”.
Millət vəkilinin fikrincə, bu iki dövlət arasında vaxtilə yaşanan problemlərin həlli üçün də dialoq mühitinin formalaşdırılması əsas şərtdir. Bu mənada, İsrail müdafiə nazirinin Türkiyəyə səfəri olduqca əhəmiyyətlidir. Hazırda qlobal siyasətdə olduqca ciddi proseslər getməkdədir. Hətta yeni dünya nizamının formalaşması aktuallıq kəsb edir. “Türkiyə artıq nəinki regionda, böyük bir coğrafiyada mühüm güc mərkəzi statusu qazanıb. İki ölkənin müdafiə nazirlərinin görüşü bölgədə sülhün və əməkdaşlığın inkişafına böyük töhfələr vəd edir. Türkiyə Azərbaycanın strateji müttəfiqi, İsrail isə bizə dost ölkədir. Onların arasında isti münasibətlərin formalaşması bizim üçün də müsbət perspektivlər yaradır. İnanıram ki, bu görüş çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirəcək,” - deyən R.Həsən bildirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35

