Həbs, edam, işgəncə...
20.12.2022 [10:19]
Tehran nüvə təhdidindən də əl çəkmir
İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsinə etiraz olaraq başlanan aksiyalar artıq 3 aydan çoxdur ki, davam etməkdədir.
Molla rejiminin qeyri-qanuni davranışlarına, SEPAH dəstələrinin özbaşnalıqlarına etirazdan qaynaqlanan aksiyalar mühüm bir həqiqəti üzə çıxardı - ötən dövr ərzində İran hökuməti etirazçıların istəklərini dinləməkdənsə, dəyənək gücündən istifadə etməyə üstünlük verir. Bu işdə isə hökumətin ən yaxın “xidmətçisi” İran İslam İnqilabı Keşikçilər Korpusu, başqa adla SEPAH-dır. Məhz SEPAH şəhər və bölgələrdə insanlara qarşı görünməz vəhşiliklər törədir, divan tutur, işgəncələr verir, günahsız insanların ölümünə səbəb olur. Eyni zamanda, xalqın tələblərini dinləməyən rejim özünün ritorikasında da sərt ifadələrə üstünlük verir.
Yeri gəlmişkən, İranda etirazlar başlayandan bəri 496 nəfər ölüb, 18 mindən çox adam həbs edilib. Bu barədə məlumatı ABŞ-da yerləşən “İranda İnsan Haqları Müdafiəçiləri” təşkilatı “Telegram”da yayıb. İlkin məlumatlara görə, ölənlər arasında 68 nəfər 18 yaşdan kiçik şəsxlərdir. Qeyd olunur ki, sentyabrın 17-dən indiyədək 18 452 nəfər həbs edilib. Onlardan 3928 nəfərin kimliyi və saxlandığı yer məlum deyil. Eyni zamanda, həbs olunanların 649-u tələbədir. Nümayişlərə 144 universitetdən tələbələrin qatıldığı vurğulanır. Məlumata görə, ölkənin 160-dan çox şəhərini əhatə edən aksiyalar zamanı hüquq-mühafizə orqanlarının 62 nümayəndəsi öldürülüb.
Beynəlxalq aləmdən kəskin etiraz
İran dövlətinin bu repressiv addımları isə beynəlxalq aləmdə də mühüm etirazlara səbəb olub. Hətta sosial şəbəkələrin xarici seqmentində də İranla bağlı müzakirələr, yazılan statuslar önə çıxır. Məsələn, “Amnesty İnternational” təşkilatının Birləşmiş Krallıq bölməsi bildirib ki, İran hakimiyyətinin etirazçılardan amansız şəkildə intiqam almasına son qoyulmalıdır. Ən azı daha 20 nəfər bu təhlükə ilə üz-üzədir. İranın Birləşmiş Krallıqdakı səfirliyindən İranı bütün etirazçılara qarşı hökmləri və ölüm hökmlərini dərhal ləğv etməyə çağırmaq tələb edilib.
“Human Rights Watch” təşkilatı isə İranın qeyri-müəyyən ittihamlarla və ədalətsiz məhkəmələrlə etiraz aksiyaları ilə əlaqədar olaraq həbs olunan iki nəfəri də edam etməsi xəbərini yayıb. Təşkilat İranı ölüm hökmlərini ləğv etməyə və qorxu yaymaq məqsədi daşıyan bu biabırçı məhkəmələrə son qoymağa çağırıb.
Britaniya parlamentinin Leyboristlər Partiyasından olan üzvü Stiv Makkeyb isə ölkəsinin xarici işlər nazirinə yazdığı məktubda hökumətdən sanksiyaları gücləndirməklə yanaşı, İranın Londondakı müvəqqəti işlər vəkilini ölkədən qovmağı və Britaniya-İran münasibətlərinin səviyyəsini azaltmağı istəyib.
Bu kimi faktlar isə bir daha göstərir ki, İranın daxildə apardığı repressiv siyasət, özünütəcrid, islahatlardan imtina siyasəti onun beynəlxalq səviyyədə də qınaq obyekti olmasını təmin edir. Dünya rəsmi Tehranın nümayiş etdirdiyi qeyri-qanuni və qeyri-insani davranışları diqqətlə izləyir və bu addımlar birbaşa molla rejiminin özünə qarşı mənfi tendensiyalar yaradır.
BMT isə İran rejiminin qadınların hüquqlarını pozduğunu düşünür. Bununla əlaqədar olaraq İran BMT-nin gender bərabərliyinin təşviqinə və qadınların səlahiyyətlərinin artırılmasına həsr olunmuş Qadınların Statusu Komissiyasından çıxarılıb. Beynəlxalq Amnistiya Təşkilatı İranda həbs edilən ən azı 26 etirazçının edam təhlükəsi ilə üzləşdiyini açıqlayıb. Hollandiya hökuməti İranda əsas hüquq və azadlıqların davamlı şəkildə pozulduğunu pisləmək üçün İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İtaliyanın xarici işlər naziri Antonio Tacani də parlamentdə çıxışı zamanı İran səfirinin etimadnaməsini dövlət başçısına təhvil verməsindən dərhal sonra XİN-ə çağrılacağını bildirib.
Xameneinin bacısı oğlu: Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var
Bu arada İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı Bədri Hüseynin oğlu, hazırda həbsdə olan Fəridə Muradxaninin qardaşı Mahmud Muradxani də rejimə qarşı fikirləri ilə yadda qalıb. O bildirib ki, Əli Xameneinin başçılıq etdiyi rejim 40 ildən çoxdur ki, demokratiya, insan haqları və qadın hüquqlarına qarşı çıxır. İran rəhbərinin ölümü ilə hakim sistem dağılacaq: “Hakimiyyət daxilində də Xameneinin siyasəti ilə razılaşmayan şəxslər var, ancaq onların fikirlərini ifadə etmək imkanları yoxdur”.
Qeyd edək ki, M.Muradxaninin bacısı, İranın ali dini lideri ayətulla Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani beynəlxalq ictimaiyyəti Məhsa Əmininin ölümü ilə başlayan etirazların zorakılıqla yatırılmasına görə Tehranla bütün əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edilib. Göründüyü kimi, artıq İranın molla rejiminə rəhbərlik edən şəxslərin qohumları belə etiraz səslərini ucaldırlar. Bu isə prosesin get-gedə daha kəskin hal almasını şərtləndirir. Baş verənlər onu deməyə əsas verir ki, etiraz aksiyaları qarşıdakı dövrdə daha da güclənəcək.
İranın uran təhdidi - Beynəlxalq Atom Enerjisi Agentliyi təftişə başladı
Nümayiş etdirdiyi daxili qeyri-konstruktiv mövqeyi ilə yanaşı, İran nüvə təhdidi yaratmaqda da davam edir. Belə ki, İran uranın zənginləşdirilməsi sürətini ölkənin nüvə sənayesi tarixində ən yüksək həddə çatdırıb. Bu barədə İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami məlumat verib. Onun sözlərinə görə, İranın uranın zənginləşdirmə qabiliyyəti əvvəlki səviyyəni iki dəfədən çox üstələyib.
İran uranın zənginləşdirilməsini rəsmən 60%-ə çatdığını açıqlayıb. Bunu isə İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi deyib. “Strateji Fəaliyyət Qanunu əsasında bu gün zənginləşməmiz rəsmən 60%-ə çatıb” - deyə B.Kamalvəndi bildirib. O qeyd edib ki, davamlı və fasiləsiz tədqiqat və inkişafla yanaşı, yeni nəsil sentrifuqaların təkmilləşdirilməsi də davam edir.
Dekabrın 19-dan etibarən isə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ekspertlər qrupunun İranın üç elan edilməmiş obyektində zənginləşdirilmiş uran hissəciklərinin mənşəyinə dair araşdırma aparmaq üçün Tehrana səfəri başlayıb. Yayılan məlumatda bildirilir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin beş nəfərdən ibarət nümayəndə heyəti İranın Atom Enerjisi Təşkilatı və Xarici İşlər Nazirliyi ilə yeni danışıqlar aparmaq üçün Tehrana gəlib. Qeyd edək ki, İranın atom siyasəti ilə bağlı yaradılan Hərtərəfli Birgə Fəaliyyət Planı üzvləri rəsmi Tehrana uranın zənginləşdirilməsinin dayandırılması ilə bağlı dəyişikliklər təklif ediblər. Amma rəsmi Tehran Hərtərəfli Birgə Fəaliyyət Planında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. 2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. Bu planın avropalı üzvləri sazişi qorumaq istiqamətində 2019-cu ilin yanvar ayında İranla ticarəti davam etdirmək üçün
İNSTEX maliyyə mexanizminin yaradıldığını bəyan ediblər.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45
Sosial
03 Oktyabr 22:24
Hadisə
03 Oktyabr 21:18
Sosial
03 Oktyabr 20:31
Dünya
03 Oktyabr 19:17
Dünya
03 Oktyabr 18:23
Dünya
03 Oktyabr 17:40
Siyasət
03 Oktyabr 16:56
Dünya
03 Oktyabr 16:26
Dünya
03 Oktyabr 15:32
Hadisə
03 Oktyabr 14:58
Dünya
03 Oktyabr 14:19
Dünya
03 Oktyabr 13:25
Siyasət
03 Oktyabr 13:05
Sosial
03 Oktyabr 13:02
Siyasət
03 Oktyabr 12:18
Siyasət
03 Oktyabr 11:37
Siyasət
03 Oktyabr 11:25
Gündəm
03 Oktyabr 11:03
Siyasət
03 Oktyabr 10:54
Gündəm
03 Oktyabr 10:39
Gündəm
03 Oktyabr 09:22
Siyasət
03 Oktyabr 08:57
İdman
02 Oktyabr 23:56
İdman
02 Oktyabr 23:05
Elm
02 Oktyabr 22:39
İqtisadiyyat
02 Oktyabr 22:22
Sosial
02 Oktyabr 22:04
İqtisadiyyat
02 Oktyabr 21:43
Elm
02 Oktyabr 21:29
İqtisadiyyat
02 Oktyabr 21:27
Elm
02 Oktyabr 20:52
Sosial
02 Oktyabr 20:31
Siyasət
02 Oktyabr 20:19
Siyasət
02 Oktyabr 20:17
Elm
02 Oktyabr 19:06
Elm
02 Oktyabr 18:45
Dünya
02 Oktyabr 18:34
Mədəniyyət
02 Oktyabr 18:17
Siyasət
02 Oktyabr 18:13
Siyasət
02 Oktyabr 18:11
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:04
Siyasət
02 Oktyabr 18:03
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:01
Siyasət
02 Oktyabr 18:00
Sosial
02 Oktyabr 17:56
Dünya
02 Oktyabr 17:51
Sosial
02 Oktyabr 17:44
Sosial
02 Oktyabr 17:21
Gündəm
02 Oktyabr 16:14
Dünya
02 Oktyabr 16:12
Siyasət
02 Oktyabr 15:50
Sosial
02 Oktyabr 14:53
Siyasət
02 Oktyabr 14:32

